KREMLİN AZƏRBAYCANDA DƏHŞƏTLİ PLANLARI
Tarix: 25-05-2013, 08:17 | Çap et
RUSLARIN ETNİK SEPARATİZMİ QIZIŞDIRMASINA DAİR İNANILMAZ FAKTLAR
Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Sadval” rəhbərinə məxfi məktubunda nələr var?
DİA.AZ: - “Rusiya Federal Təhlükəsizlik Xidməti (rus. Федеральная служба безопасности Российской Федерации, qısaca rus. ФСБ) Dağıstan üzrə idarəsinin “Sadval” ləzgi milli hərəkatı şurasının sədri N.Hacıyevə.
Hörmətli Nazim Hacıyev
Sizin Dağıstan Respublikasının prezidenti səlahiyyətlərini yerinə yetirən Ramazan Abdulatipova müraciətiniz R.F FTX-nin Dağıstan idarəsinin direktoru Bortnikov A.B tərəfindən nəzərdən keçirilib. FTX-nin Dağıstan üzrə idarəsi sizin müraciətinizdə göstərilən faktları yoxlanılması üzrə müvafiq işlər həyata keçirir. Məlumat üçün bildirək ki, Dağıstan Respublikasının prezidentinin 03.04.2013 tarixli, 111 nömrəli fərmanı ilə Dağıstanın Azərbaycandakı səlahiyyətli nümayəndəsi Maqomed Qurbanov tutduğu vəzifədən azad edilib.
A.E.Sobol Rusiya FTX, Dağıstan idarəsinin direktorunun müavini”
Qurbanovlara qarşı hücum: hədəf daha böyükdür
Etibarlı mənbədən əldə etdiyimiz bu məktub Mahaçqaladan “Sadval” ləzgi hərəkatının rəhbəri Nazim Hacıyevə göndərilib. Məktubdan da göründüyü kimi, N.Hacıyevin müraciətinə cavab olaraq yazılıb. N.Hacıyevin müraciətində hansı faktların göstərildiyi bəlli olmasa da, onun M.Qurbanovun vəzifəsindən azad edilməsi xahişini etdiyi məlumdur.
Ümumi fonda “Sadval” ləzgi milli hərəkatı şurasının sədri N.Hacıyevə ünvanlanmış bu məktubun Rusiya dövlət təhlükəsizliyi xidmətindən gəlməsi Şimal qonşumuzun Azərbaycanda etnik kartı işə salmasının daha bir göstəricisidir. Son illər baş verən hadisələrdə bununla bağlı irəli sürülən fikirlər daha çox ehtimal xarakteri daşısa da, bu sənədin ortaya çıxması çox şeylərə aydınlıq gətirir və təsdiqini tapır.
Sənəddə Dağıstanın Azərbaycandakı daimi nümayəndəsi Maqomed Qurbanovun vəzifəsindən azad edilməsi tarixi bu ilin mart ayının 3-ü olaraq göstərilir. Həmin tarixdən bir neçə gün sonra Maqomed Qurbanovun geri çağırılması ilə bağlı qeyri-rəsmi xəbərlər yayılmağa başladı, ardınca rəsmi olaraq təsdiqini tapdı.
Maraqlıdır, “Sadval”ın rəhbəri N.Hacıyev Qurbanovdan nə üçün narazı qalıb? Bunun səbəbini Azərbaycanın şimalında, Dağıstanda baş verənlərdə tapmaq mümkündür. Qurbanovun işdən azad edilməsinin səbəbi kimi Dağıstanda nəşr olunan “Real zaman” qəzetinin baş redaktoru və “Nezavisimaya qazeta”nın şərhçisi Milard Fətullayevin Bakıdan deportasiyası olunduğu deyilir, bir növ jurnalistin hüququnu qoruya bilməməsi ilə əlaqələndirilir. Lakin bu, sadəcə səbəbləri pərdələmək üçün bəhanə idi və belə bir məqam çoxdan gözlənilirdi. Çünki M.Qurbanova qarşı son illər Dağıstanda ləzgi və avar klanlarının hücumu başlamışdı. Etnik klanlar iddia edirdilər ki, Qurbanov Azərbaycanda ləzgilərin və avarların hüquqlarını kifayət qədər müdafiə etmir, daha artıq Azərbaycan hakimiyyətinin maraqlarına xidmət edir. Onun milliyyətcə azərbaycanlı olması, bununla yanaşı, qardaşı Qurban Qurbanovun Dərbənd rayonunun rəhbəri vəzifəsini daşıması da kölgədəki səbəbi üzə çıxarır.
Nəzərə alsaq ki, Qurbanov qardaşları Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda azərbaycanlı icmasının görkəmli nümayəndəsi, mərhum Səid Qurbanovun övladlarıdır və ailənin Bakı ilə münasibətləri hələ sovetlər dönəmindən sıxlığı ilə seçilir, o zaman Dağıstandakı etnik klanın bu ailəni “vurmaq” üçün uzun müddətdir zaman gözlədiyini demək olar. Nəticədə belə bir bəhanə tapıldı və reallaşdı. Lakin “Sadval” rəhbərinə ünvanlanan məktubda “Sizin müraciətinizə baxılıb və Dağıstan Respublikası prezidentinin 111 nömrəli 03.04.2013 tarixli fərmanı ilə Dağıstanın Azərbaycandakı səlahiyyətli nümayəndəsi Qurbanov tutduğu vəzifədən azad edilib” sözləri ilə keçən ifadələr N. Hacıyevin Moskvadan istədiklərinin arasında məhz Qurbanovun da “vurulması” məsələsi olduğunu göstərir.
Bu arada Dağıstanın yeni rəhbərliyinə - Dərbəndə erməni əsilli şəxsin mer olaraq gətirəcəyi ilə bağlı xəbərlər yayılır ki, bu da baş verənlərin heç də əsas gətirilən bəhanələrdən deyil, məhz azərbaycanlılara qarşı gizli, bəzən də açıq formada hücumdan qaynaqlandığını ortaya qoyur.
“Etnik qrupların Dağıstanda azərbaycanlılara qarşı qaldırılması kimin marağına xidmət edir?” sualı cavabın Rusiyada axtarılmasını zəruri edir.
Yayılan rəsmi sənəd Moskvanın Azərbaycanda etnik ədavəti qızışdırmaq siyasətini yenidən dövriyyəyə saldığını, bunun üçün də məhz “Sadval”ın fəaliyyətini yenidən gücləndirdiyini təsdiqləyir. Bu baxımdan, Qurbanovlara qarşı hücum olaraq qeyd edilən son hadisələr, etnik klanların nüfuz uğrunda savaşı deyil, əslində Kremlin Azərbaycana qarşı etnik separatizmi qızışdırmaq üçün gizli hücumudur. Bunun üçün “Sadval”a müraciət etmək, ölmüş bir təşkilatın yenidən dirildilməsi üçün əmək sərf etmək təsadüf deyil. Moskva üçün Azərbaycanın şimalında tarixi dayaqları olan etnik separatizmdən yararlanmaq əlverişli hesab edilə bilər. Çünki 90-cı illərdə yaradılan və bir sıra terror aktlarını həyata keçirməklə, həmçinin ləzgilərin azadlığı adı altında etnik bölücülük yaradan “Sadval” məhz bu bölgədə fəaliyyət göstərib.
“Sadval”ın donu açıldı, separatçıların terroru başlaya bilər
Bu təşkilatın adı 20 il öncəki hadisələr, 1994-cü ildə Bakı metrosunda törədilən partlayışlar, ermənilərlə işbirliyinə gedərək Azərbaycanda dövlətçiliyin əsaslarının dağıdılması istiqamətində aparılan fəal işlərlə bağlıdır. “Sadval” 1991-ci ildə Dərbənddə yaradılıb. Ləzgilərin azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı təşkilat olaraq tarixə keçib. Məqsəd Dağıstanın cənub, Azərbaycanın şimal bölgələrinin hesabına Ləzgistan adlı dövlət yaratmaq olub. 20 il əvvəlki “Sadval” xarici yardımlara rəğmən, ləzgi xalqından dəstək ala bilmədiyi üçün fəaliyyətini dayandırdı. Ötən müddət ərzində təşkilatın fəaliyyətinə dair heç bir məlumat yox idi, 2012-ci ilin iyun ayına qədər...
Ötən ilin iyun ayında Moskvada “President Hotel”in “Qızıl” zalında “Rusiya və Azərbaycan sərhədləri ilə ayrılan ləzgi və avar xalqlarının hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın belə bir hoteldə təşkili və beynəlxalq statuslu olması Rusiya rəsmi dairələrinin dəstəyi əsasında həyata keçirildiyi ehtimalını artırır.
Sonrakı hadisələrdə bu öz təsdiqini tapacaqdı. Həmin konfransdan bir ay sonra, iyulun 20-də Mahaçqalada ləzgi ictimaiyyəti nümayəndələrinin toplantısı keçirildi. Toplantıda müzakirə edilən əsas məsələ Dağıstanın yerli qanunvericiliyi və Rusiya qanunları əsasında ləzgi xalqlarının maraqlarının və hüquqlarının qorunması idi. Toplantıda müxtəlif ləzgi
təşkilatlarını təmsil edən 39 nümayəndənin, o cümlədən “Hacı Davud” regional hərəkatının, “Ləzgilər” fondunun, Ləzgi Xalqları Ağsaqqalları Şurasının, həmçinin, Azərbaycanın Xaçmaz rayonu ərazisində yerləşən, 2010-cu ildə sərhədlərin delimitasiyasına dair dövlətlərarası müqavilə əsasında Azərbaycanın tərkibinə verilən rutul kəndləri Xrax-Oba və Uryan-Obanın təmsilçilərinin iştirak etməsi diqqəti cəlb edir. Yayılan məlumatlarsa etnik separatçıların əslində “Sadval”ı bərpa etmək üçün toplandığı barədədir. Toplantıda özünü ləzgi xalqının Ağsaqqallarının Siyasi Şurası elan etmiş qurumun üzvü Əmirxan Babayevin nəsə yeni bir şey kəşf etməməsi, sadəcə “Sadval”ı dirçəltməyi təklif etməsi və “məhz bu struktur çərçivəsində ləzgilərin maraqlarını daha yaxşı müdafiə etmək mümkündür” deməsi bunu təsdiqləyir.
Ləzgi etnosunun müdafiəçisi, yoxsa etnik separatçı? “Sadval”ın yeni rəhbəri kimi Nazim Hacıyev seçilib. N.Hacıyevin bioqrafiyasına nəzər saldıqda onun hələ gəncliyindən başlayaraq etnik separatizm idealları ilə yaşadığı aydın olur. Belə ki, Dağıstanın cənubundakı məşhur ləzgi kəndi Kuruşdan olan N.Hacıyev 1961-ci ildə Dağıstan mexanika texnikumunda oxuyarkən ləzgilərin birləşməsi ideyası ətrafında təbliğata başlayıb. 1967-ci ildə gizli fəaliyyət göstərən “Ləzgi muxtar respublikası”nı yaradıb, bu gizli təşkilat 1976-cı ilə qədər fəaliyyətdə olub. 90-cı illərin əvvəllərində N. Hacıyev “Sadval” separatçı hərəkatının idarə heyətinin üzvü seçilib, eyni zamanda Qafqaz Xalqları Konfransının İdarə Heyətinin üzvü olub. Qafqazdakı münaqişə ocaqlarında mütəmadi olaraq iştirak edib.
N. Hacıyev “Sadval”ın rəhbəri seçiləndən sonra Rusiyanın “Kavkazskaya politika” saytına müsahibəsində də separatçı olduğunu öz fikirləri ilə etiraf edir. Separatist təşkilatın rəhbəri bildirib ki, ləzgilərin Rusiyada və Azərbaycanda yaşayan digər xalqlarla eyni hüquqlara malik olmasını istəyirlər. O, əsasən Azərbaycanda ləzgilərin və ləzgidilli xalqların(???) hüquqlarını müdafiə edəcəklərini, onların digər xalqlarla eyni hüquqlara malik olmasına nail olmağa çalışacaqlarını deyib: “Biz burada Dağıstanda qardaş xalqlarıq. Dağıstan hökuməti insanların həyatını yaxşılaşdırmaq üçün nəsə etməyə çalışır”. “Sadval” rəhbəri onu da bildirib ki, Rusiyada onlara böyük dəstək verirlər: “Xalq bizi dəstəkləyir. MƏN RUSIYA HAKIMIYYƏTININ DƏ BIZI
DƏSTƏKLƏMƏMƏSI ÜÇÜN HEÇ BIR SƏBƏB GÖRMÜRƏM. Biz ancaq konstitusiya və qanunlar çərçivəsində işləyəcəyik”.
Maraqlıdır ki, nə üçün xüsusi olaraq Azərbaycanda?..
N.Hacıyevin bu fikirləri onun konkret olaraq separatizm toxumu səpməkdə maraqlı insan olduğunu təsdiqləyir. Lakin onun iddia etdiyi kimi ləzgi etnik qrupundan dəstək alması inandırıcı deyil. Çünki hələ 90-cı illərdə “Sadval”ın fəaliyyətini dondurması (bu gün baş verənlər təşkilatın ləğv edildiyini deyil, fəaliyyətinin müvəqqəti olaraq dondurulduğunu göstərir) ləzgi xalqından dəstək ala bilməməsi və sadə yerli əhalidən sərt təpki göstərilməsi idi. 20 il əvvəlki reallıqla hazırkı reallığı nəzərə alsaq, etnik qrupun belə bir separatist təşkilata dəstək verəcəyi ümumiyyətlə, inandırıcı görünmür. Çünki Azərbaycanda azərbaycanlılar və digər xalqlar kimi ləzgilər də eyni hüquqlu vətəndaşlardır, dövlətin mühüm postlarında kifayət qədər bu etnosdan olan şəxslər əyləşiblər və hər kəs bir nəfər kimi Azərbaycan dövlətçiliyinin qorunması məqsədi ilə çalışır. Eyni zamanda, bu gün 94 məktəbdə (891 sinif) ləzgi dilində dərslər keçirilir ki, bu təhsil ocaqlarında da 15000-ə yaxın şagird təhsil alır. Bu baxımdan, N. Hacıyev kimi şəxslərin ləzgi etnosunun deyil, digər qüvvənin maraqlarında vasitəçi olması ehtimalı güclüdür. FTX-nin Dağıstan idarəsinin “Sadval” rəhbərinə ünvanlandığı məktubda bu öz təsdiqini tapır.
Bölgədə dəyişən etno mənzərə, 300 ilin gizli deportasiyası
Azərbaycanın şimalında, o cümlədən azərbaycanlıların tarixi torpaqları olan Dərbənddə son 3 əsrdə baş verənlər, demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi, yerli azərbaycanlıların əvəzində bölgədə dominant xalqın ləzgi və avarların olması istiqamətində aparılan işlər, daha dəqiq desək, məhz Rusiyanın apardığı siyasət bu günün prosesləri ilə uzlaşır. Bunu daha aydın görmək üçün son 300 ildə Dərbəndin dəyişən etno mənzərəsinə nəzərə salmaq vacibdir.
Sankt-Peterburq İmperator Akademiyasının akademiki S.Q.Qmelin 1770-ci ildə Dərbənddə etnoqrafiyası ilə bağlı hazırladığı hesabatda deyilir ki, Dərbənd şəhərində 11 min 060 nəfər əhali yaşayır. Onlardan 10 min 777 min nəfər türk-azərbaycanlı (5407 nəfər kişi, 4970 nəfər
qadın), 444 nəfər yəhudi, 239 nəfər isə ticarət məqsədilə buraya müvəqqəti olaraq yaşamaq üçün gələnlərdir.
100 il sonra, 1873-cü ildə Çar Rusiyasının qərarı ilə ölkədə bütün regionlar üzrə əhalinin siyahıya alınması zamanı V.Sabrovun rəhbərliyi ilə aparılan araşdırmalar zamanı Dərbənd əhalisi 11 min 278 nəfər olub. Onlardan 9 min 572 nəfər türk idi.
Üstündən daha 100 il ötür. 1989-cu ildə Dərbəndin 100 min nəfər şəhər əhalisinin 21 min 600 nəfəri azərbaycanlı olaraq sənədlərə keçib. Bu günün rəsmi statistikasına görə, şəhərin 101 min 031 nəfər əhalisinin (47 kəndin əhalisini buraya daxil etmirik) 32 min 064 nəfəri azərbaycanlı, 32 min 955 nəfər isə ləzgilərdir.
Bu demoqrafik dəyişkənliyin fonunda son 300 ilə yaxın tarixdə Dərbənd əhalisinin çoxluğunu təşkil edən azərbaycanlıların mərhələ-mərhələ öz yerini digər xalqlara verdiyini görmək mümkündür.
Böyük oyun
Tarixin fonunda bu gün Dağıstanın cənubunda “Şimali Ləzgistan” ideyasının formalaşdırılması və mərkəz olaraq Dərbəndin seçilməsi, o cümlədən, ləzgi əsilli şəxsə Dağıstan prezidentinin səlahiyyətlərinin həvalə edilməsi və proseslərin gedişində Dərbənd azərbaycanlılarına qarşı gizlin formada aparılan repressiyalar bundan xəbər verir. Bu ilin mart ayında Moskvada Millətlərarası Münasibətlər Şurasının iclasında prezident Putinlə məhdud çərçivədə görüşdə iştirak edən Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına daxil olan Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri, Oğuz ləzgisi kimi tanınan Arif Kərimovun da dövriyyəyə buraxılması, etnik separatizmin geniş çevrədə aparıldığını göstərir. A.Kərimovun başçılıq etdiyi heyətinin Brüsselə səfər edərək Avropa Parlamentində görüşlər keçirməsi və Azərbaycanda ləzgilərin və digər etnik qrupların “hüquqlarının pozulduğu” barədə təbliğat aparması maraqlı dairələrin bu oyuna Avropa institutlarını da qoşmaq istəklərini açığa çıxarır. Etnik separatizm tendensiyasına nümunə kimi Rusiyada yayımlanan “www.lezgi-yar.ru”, “www.lnka72.ru”, “www.lezgistan.tv” və “www.flnka.ru” internet saytlarında Azərbaycana qarşı separatçı mövqeli məqalələrin, açıqlamaların və çıxışların artmasını göstərmək olar. Bu istiqamətdəki siyasətin tərkibində Azərbaycanın şimalı və Dağıstanın cənubunda yaşayan xalqların “vahid ləzgi dili”nin formalaşdırılması da var. Bunu etnik qrupun tərkibindəki separatçı şəxslər də iddia edirlər. Lakin şərti olaraq ləzgi dil qrupu adlandırlan dil qrupuna bir deyil, onlarla, yüzlərlə müxtəlif dil və dialektlər daxildir. Həm də bu dillər arasında fərqlər bəzən alman və ingils dilləri, monqol və türk dilləri arasındakı fərqdən daha çoxdur. Bunları nəzərə alsaq, bu iddianın absurd olduğu da aydın olur. Digər tərəfdən, belə bir iddianın ortaya atılmasını məhz Moskvanın bölgədə öz siyasətini yürütmək üçün yeni etnos yaratmağa başladığının göstəricisi saymaq olar. Biz 19-cu əsrdə “böyük gürcü” və “qədim erməni” miflərinin necə yaradıldığının şahidi olmuşuq axı. Bu prizmadan yanaşanda Rusiya mərkəzi mətbuatında Üzeyir Hacıbəyli və Nizami Gəncəvinin etnik mənşəyini şübhə altına salan yazıların dərcini təsadüfi saymamaq lazım gəlir. İstənilən etnik millətçiliyi qidalandıracaq miflərə ehtiyac var - bu miflərin nə dərəcədə tarixi reallığa söykənməsi isə elə də vacib deyil.
19-cu əsrdə erməni millətçiliyi də “Aşıq Qərib”ə , “Koroğlu”ya, Səyyad Nəvaya iddialarla başlamışdı. Kobud ssenaridir, amma sınanmış, özünü “doğrultmuş” ssenaridir. Həyatın təsadüfləri, yoxsa Şimaldan daxil olma Ötən ilin iyul ayında Rusiyada elan edilən, Kremlə birbaşa bağlılığı olduğu, bir sözlə, rəsmi Moskva tərəfindən yaradılan “Milyarderlər İttifaqı”nın gündəmə gəlməsinin iyulun 20-də Mahaçqalada “Sadval”ın təsis konfransı ilə eyni dövrə “təsadüf” etməsi diqqət çəkən məqamdır. “Milyarderlər İttifaqı”nın Azərbaycanın daxili siyasətinə birbaşa qoşulmaq cəhdləri, ölkə daxilində rusiyameyilli siyasi təşkilatların yaradılması Moskvanın zəncirvari olaraq böyük oyun oynadığı deməkdir. İttifaqın bir üzvü, ləzgi əsilli Ramazan Abdulatipovun Dağıstana rəhbər gətirilməsi də təsadüf hesab edilməməlidir. Proseslərin gedişində daha bir ilginc məqam: hazırda “Milyarderlər İttifaqı”na bağlı olan, ittifaqın üzvü Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Ziyalılar Forumu, forumun üzvləri və dəstəyi ilə yaradılan “El” hərəkatında təmsil olunan şəxslər ötən ilin 14 noyabr tarixində Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini təsis etdi.
“Sadval”ın bərpası ərəfəsində cənub bölgəsində daha bir etnik birliyin formalaşdırılması diqqəti cəlb edir. Xüsusi məqamlardan biri isə 1990-cı illərdə də həm “Sadval”, həm də qondarma “Talış-Muğan Respublikası”nın paralel fəaliyyət göstərməsi, o cümlədən Talış Birliyinin təsis edildiyi tarixin 20 il öncə “Sadval”ın yarandığı günlə eyni olmasıdır.
Baş verənlər - etnik separatizmin körüklənməsi, Rusiyanın Azərbaycana aktiv müdaxiləçiliyi, ən əsası isə “Sadval”a ünvanlanan sözügedən məxfi məktub Moskvanın gündəliyində Azərbaycanda etnik kartın istifadəsinin olduğunu bir daha təsdiqləyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
|