HƏRBİ DƏNİZ QÜVVƏLƏRİMİZİN ƏSGƏRİ VƏFAT EDİB
Tarix: 12-12-2011, 14:51 |
Çap et
ONU ELEKTRİK CƏRƏYANI VURUB
Azərbaycan Ordusunun əsgəri vəfat edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində qeydə alınıb.
Hərbi Dəniz Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Afiq Alı oğlu Əhmədov elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.
Qeyd edək ki, A. Əhmədov 2010-cu ildə Qazax Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Allah rəhmət eləsin.