AZƏRBAYCANDAN ERMƏNİSTANA QARŞI MƏHKƏMƏ İDDİASI
Tarix: 12-12-2011, 13:28 |
Çap et
MƏSƏLƏ VANDALİZMLƏ BAĞLIDIR
Azərbaycan Media Mərkəzində “İşğal olan ərazilərdə tarix və mədəniyyət abidələrinin müdafiə təşkilatı” İctimai Bilrliyi dövlət əhəmiyyətli 8 memarlıq abidəsinin ermənilər tərəfindən dağıdılması və milli mənsubiyyətinin dəyişdirilməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsində qaldırılmış məhkəmə iddialarının yekunlarına dair hesabat verib.
SalamNews-un məlumatına görə, tədbirə Mədəniyyət və Turzm Nazirliyi, Qacınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, hüquqşünaslar və KİV nümayəndələri dəvət olunublar.
Birliyin sədri Faiq İsmayılov layihə cərçivəsində işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir çox vandalizm hərəkətləri və digər qanun pozuntuları aşkara çıxarılması faktını diqqətinə catdırıb.
Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi bu barədə göndərilən materiallarla bağlı tədbir görüləcəyi barədə İctimai Birliyə məlumat verib.
Jurnalistlərin çoxsaylı suallarına cavab verən F.İsmayılov erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı da Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı iddianın qaldırıldığını bildirib.