
TURANIN YENİ LAYİHƏSİ VAR
Aparıcı Turan İbrahimov ATV telekanalına geri qayıdır.
Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl “ANS”də yeni layihə hazırlığına başlayan Turan fikrindən daşınıb. Verilişinin yayımlanacağı tarix gecikdiyi üçün aparıcının telekanalla işbirliyi baş tutmayıb.
ATV-dən daha sərfəli təklif alan Turan layihəsini məhz bu kanalda reallaşdıracaq. Onun yeni verilişinin hansı formatda olacağı hələ ki, tam bəlli deyil.