YOXA ÇIXAN BALIQÇILARI FHN AXTARIR
Tarix: 10-12-2011, 13:06 |
Çap et
AXTARIŞA HELİKOPTERLƏR CƏLB OLUNUB
Xəzərin Azərbaycan sektorunda yox çıxan qayıqların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopteri cəlb edilib.
APA-nın məlumatına görə, bu barədə FHN-in saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, dekabrın 7-də Xəzər dənizində dalğaların və axının təsirindən Xaçmaz rayonu istiqamətində aparıldığı bildirilən 2 qayığın axtarışları davam etdirilir. Bu gün səhər saatlarından etibarən FHN-in Aviasiya Dəstəsinin 1 ədəd helikopteri qayıqların axtarışlarına başlayıb.
Qeyd edək ki, dekabrın 6-dan 7-ə keçən gecə 2 qayıq şəxsi məqsədlərlə Pirallahı adası ətrafında dənizə çıxıb, mühərriklərində yaranmış nasazlıq səbəbindən dalğaların və axının təsirindən Xaçmaz rayonu istiqamətində hərəkət edib.