KTN ŞEFİNİN ANALOQU OLMAYAN ÖZƏLLƏŞDİRMƏ İŞİ
Tarix: 9-05-2013, 10:40 | Çap et
DEPUTATIN QARDAŞININ DA ADININ KEÇDİYİ İLGİNC KREDİT MAXİNASİYALARI
DİA.AZ: “Bir Kredit İttifaqının Sədri kimi özümə borc bilib aşağıda qeyd edəcəyim məlumatları ictimaiyyətin və lazımi qurumların nəzərinə çatdırmaq istərdim”. Bu sözlər DİA.AZ-a göndərilən və kənd təsərrüfatı naziri İsmət Abbasova qarşı çox ciddi ittihamların da yer aldığı məlumatda qeyd olunub. Məlumatı verən mənbə anonimliyini qoruyaraq daha sonra aşağıdakıları ifadə edib:
“Artıq üç ildir ki, İsmət Abasovun kadrı olan “İcraçı Kredit Agentliyi Bank Olmayan Kredit Təşkilatı” MMC-nin (İKA) Baş Direktoru Arif Əliyev İsmət Abasovun göstərişi ilə Kredit İttifaqlarından rüşvət yığaraq, eyni zamanda Dövlətin zəmanəti ilə Dünya Bankı tərəfindən ölkəyə ayrılan 18,8 milyon ABŞ dolları məbləğində vəsaiti də talamaqda davam edir. Paradoks ondan ibarətdir ki, adı çəkilən Bank Olmayan Kredit Təşkilatı - İKA məhz Kənd Kreditləşməsi Layihəsi üçün yaradılmış təşkilatdır və uzun illər onun təsisçisi “Azərbaycan Kredit İttifaqları Assosiasiyası” İctimai Birliyi (AKİA) olmuşdur.
Layihə çərçivəsində kəndlli fermerlər və kiçik sahibkarlar Kredit İttifaqları (Kİ) vasitəsilə aldıqları kredit vəsaitlərindən istifadə edərək öz güzəranlarını yaxşılaşdırmalı idilər. Onu da qeyd etmək istərdim ki, bu vəsaitin ölkəmizə gətirilməsi və İKA vasitəsilə Kİ-lərə paylanılması müvafiq Hökumət qurumu və Dünya Bankı tərəfindən İKA-nın təsisçisinin tam olaraq İctimai Birlik, yəni AKİA-nın olması təqdirində razılaşdırılmışdır. Yəni İKA-da 18,8 milyon ABŞ dolları vəsaitinin dövriyyəsindən əldə olunan mənfəət heç bir fiziki şəxsin marağı olmadan ilin sonu nizamnamə kapitalına əlavə olunmalı və Layihə bitdikdən sonra Dövlət Büdcəsinə ötürülməli idi.
Belə ki, müxtəlif korrupsiya dolu yollarla təşkilatın pullarını mənimsəyən İsmət Abbasova bütün bunlar az etdiyi üçün yeni özəlləşdirmə metodunu da icad edib və bu metodun həyata keçirilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Direktor müavini Famil Rüstəmova tapşırdı.
O, mütəmadi olaraq Kredit İttifaqlarının sədrlərini öz otağında toplayaraq onları bu strategiyanı həyata keçirməyə məcbur edir və əks halda onları kreditdən məhrum etməklə hədələyirdi. İKA-nın qeyri-adi özəlləşdirmə strategiyası ondan ibarətdir ki, İsmət Abbasov AKİA-nın nizamnamə kapitalındakı payını azaldaraq Arif Əliyev başda olmaqla kənardan naməlum fiziki şəxslər və kredit ittifaqları bu təşkilatın yeni təsisçiləri kimi AR-nın Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçirtməyə nail olmuşdur.
Absurd odur ki, kredit ittifaqları Assosiyanın üzvü olmalarına baxmayaraq, Kİ Sədrlərindən pul yığmaqla onları ikitərəfli təsisçi etmələri heç bir məntiqə sığmır. Həmçinin Dövlət Layihəsini icra edən və kapitalı dövlət vəsaitindən ibarət olan təşkilatın naməlum fiziki şəxslər tərəfindən özəlləşdirilməsi də bir daha Dünya Bankının vəsaitinin mənimsənilməsi analoqu olmayan rüşvət mexanizmidir. Dövlətə çatası olan mənfəət müxtəlif təsisçilərin adıyla özəlləşdirilərək Hökumət Evinin 7-ci mərtəbəsindəki İsmət Abasovun kabinetinə çanta ilə çatdırılır.
Eyni zamanda, onu da xatırlatmaq istərdim ki, bu Layihənin müddəti artıq iki ildir ki, tamamlanıb, lakin “məlum səbəbdən” layihə 7 il müddətinə vəsaitin yığılması adı ilə uzadılıb. Bunun həyata keçirilməsində İsmət Abbasova yardım edən şəxs Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin keçmiş Baş Direktoru və hal-hazırda Maliyyə Nazirliyində Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsində çalışan Razim Vəliyevdir.
Bu gün də bu əməllərə onun göz yumması və tədbir görməməsinin səbəbi artıq bəllidir. Onu da qeyd etmək istərdim ki, Razim Vəliyev millət vəkili Əhməd Vəliyevin doğma qardaşıdır və uzun illər ərzində Arif Əliyevlə Dövlət Agentliyində həmkar olublar. Arif Əliyev Dövlət Agentliyində mühasib vəzifəsində işləyən zaman “təcrübəli” maxinasiyaları ilə məşhur olmuşdur və 10 manatlıq kompüter fləşkartlarını 200 manatdan 1000 ədəd silinməsini çox rahat həyata keçirərək Famil Rüstəmov və Razim Vəliyevin rəhbərlikləri ilə dövlət vəsaitini mənimsəyirdilər. Buradan da məlum olur ki, Dünya Bankının vəsaitinin kreditləşməsi prosesində yaranmış gecikmələri ört-basdır etmək üçün İsmət Abbasov öz adamını, yəni Razim Vəliyevi Maliyyə Nazirliyində Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsinə təyin olunmasına nail olmuşdur.
İsmət Abbasovun kadrı olan Arif Əliyev İKA-nı məhz İsmət Abasova qulluq etmək üçün özəlləşdirərək Kredit İttifaqları və İKA-nı talamaqda davam edir.
Hələ 1999-cu ildə Kredit İttifaqları ulu öndər mərhum Prezidentimiz Heydər Əliyevin qərarı və dəstəyi ilə yaradılmışdırlar və onların əsas məqsədi dünyanın bütün ölkələrindəki kimi beynəlxalq prinsiplərə əsaslanaraq yoxsul təbəqənin həyat tərzini yaxşılaşdırmaqdan ibarətdir. Lakin İsmət Abbasovun bu kimi açıq-aydın cinayətlə Dünya Bankı tərəfindən ayrılan vəsaitin “özəlləşdirməsi”ni sabotaj – yəni xalqın hökumətə qarşı çıxması kimi adlandırmaq olar. Bu da ölkəmizin imicini beynəlxalq səviyyədə gözdən salır, kredit ittifaqlarını müflis edir.
Yoxsul təbəqəyə çatası pulları İsmət Abbasov Londonda və İstanbulda mülklər almaq üçün sərf edir. Bir Kredit İttifaqının rəhbəri kimi öz sözümü dediyim üçün mənim üzvlərimi kreditdən məhrum ediblər və hətta Agentliyin qapısına da buraxmırlar. İsmət Abbasovun Kənd Təsərrüfatını bərbad vəziyyətə çatdırması dəfələrlə sizin nəşriyyat tərəfindən qələmə alınıb və istər istəməz belə bir sual yaranır: “Görəsə,n bu təxribatçı və onun köməkçiləri nə vaxta qədər öz əməllərini davam edəcəklər və bizim kimi işgüzar kənd sakinlərini bir parça çörək qazanmaq üçün ölkədən didərgin salacaqlar? Həmçinin bütün yazıları çəfəngiyat adlandıran İsmət Abbasov İKA-nın mənfəətini ələ keçirməsinə nə cavab verəcək?””...
Adları çəkilən bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
• "Bütün tarixi abidələri eyni vaxtda bərpa etmək mümkün deyil" - Eldar Əzizov
Bu gün, 10:58 |
|
|
|
• İndi də bu qurumun əməkdaşları ağac dalında gizlənib... - Xalqa qarşı açılan AYNA-lı...
Bu gün, 10:47 |
|
|
|
• Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 10:45 |
|
|
|
• "Niyə görə məni pensiyaya çıxarmırlar?" - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
• Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 10:38 |
|
|
|
• Naxçıvansayağı təhsil siyasəti... – korrupsiya və zorakılığa “hə”, əlavə dərsə “yox”!
Bu gün, 10:30 |
|
|
|
• “Çinar Park”ın dövlətə 100 min manatdan çox vergi borcu var - Biznes mərkəzini idarə edir...
Bu gün, 10:22 |
|
|
|
• “Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu” - deputat
Bu gün, 10:17 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: qardaş qardaşı öldürdü
Bu gün, 10:12 |
|
|
|
• “Bakı Telefon Rabitəsi” sığortaçı seçib
Bu gün, 10:05 |
|
|
|
• Deputat Əminə Ağazadə MDB PA-nın Hüquqi məsələlər üzrə daimi komissiyasının sədr müavini seçilib - FOTO
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Bu gün, 09:48 |
|
|
|
• Rusiya ordusu yeni hücuma hazırlaşır - “DeepState”
Bu gün, 09:47 |
|
|
|
• Bu gündən COP29 zolaqları qüvvədən düşüb - DİQQƏT
Bu gün, 09:43 |
|
|
|
• İşçisini acımasızcasına döyən aptek müdiri OLİQARX ÇIXDI... - SİYAHI
Bu gün, 09:42 |
|
|
|
• Kredit sənin üçün bitib, bizim üçün yox... - Bir "Kontakt Home" NAĞILI...
Bu gün, 09:25 |
|
|
|
• Elmi-Tədqiqat Kardiologiya İnstitutu kotirovka sorğusuna yekun vurub
Bu gün, 09:20 |
|
|
|
• AMB işğaldan azad edilmiş ərazilərdə poçt filialına bank lisenziyası verib - İLK DƏFƏ...
Bu gün, 09:19 |
|
|
|
• Bakıda maraqlı boşanma: Milyoner cütlüyün toydan bir ay sonrakı DAVASI - TƏFƏRRÜAT
Bu gün, 09:17 |
|
|
|
• Vilsondan bəri ən ermənipərəst administrasiya… - Tenni
Bu gün, 09:13 |
|
|
|
• Bahar Muradova Faiq Ağayevi təriflədi - FOTO
Bu gün, 09:09 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu 3 illik auditor seçib
Bu gün, 09:05 |
|
|
|
• Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib - FOTO
Bu gün, 09:04 |
|
|
|
|