POLİSƏ QARŞI AĞIR İTTİHAM
Tarix: 9-12-2011, 16:31 | Çap et
“QARDAŞIMI POLİSLƏR DÖYƏRƏK ÖLDÜRÜBLƏR”
DİA.AZ: - Cəlilabad rayonu, Xanlar küçəsi ev 53-də yaşayan Seydanov Bəybala Hidayət oğlu tərəfindən redaksiyamıza şikayət məkutubu daxil olub. Qeyd edək ki, Cəlilabad sakinin qardaşının polislər tərəfindən öldürülməsindən və qanının batırılma niyyətindən narahatdır. Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Hörmətli redaksiya, salam! Xahiş edirəm mənim məktubumu ixtisarla da olsa, qəzetinizdə dərc edin və haqq-ədalətin bərpa olunmasında yardımçı olun!
Yazıb sizə bildirirəm ki, Cəlilabad rayon polisində adam öldürüb qanını batırırlar. Cəlilabad rayon Polis Şöbəsinin bir sıra əməkdaşları, bir sıra vəzifəli şəxsi Allahlıq iddiasına düşüblər. Onların aid olduğu sahədəki özbaşınalığı, sadə sakinlərə qarşı amansızlığı bu acı həqiqəti təsdiqləyir. Müavin Eldar Səfərov və onun reket komandası rayon camaatına qənim kəsilərək, qanımızı içməklə pul qazanmaq yolu tutublar. İş o yerə çatıb ki, bu adamlar hətta ölkə Prezidentini belə saya salmır. Belə çıxır ki və elə müşahidələrimizdən də o qənaətə gəlmişik ki, omların içində həm dövlətə, həm Vətənə, xalqa qarşı bir ikrah hissi var. Əgər belə olmasaydı, onlar dövlətin qanunlarına hörmətlə yanaşar, qanunlarımızın aliliyinə vətəndaş münasibəti bildirərdilər.
Qardaşım Seydanov Qəzənfər Hidayət oğlu kasıb adamın biri idi, 011 maşını ilə xaltura edərək ailəsini dolandırırdı. 9 noyabr 2010-cu ildə axşamçağı Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəflətən həbs edilmiş, şöbəyə aparılmışdır. Xəbərini eşidib ailəmizlə birlikdə Cəlilabad rayon Polis binasına gəldik. Məlum oldu ki, qardaşımı həbs olunanlar üçün olan yerdə yox, yuxarıda müstəntiqlərə, polis işçilərinə aid olan otaqda saxlayırlar, sorğu-sual edir və işgəncə verirlər. Mən polis işçilərindən soruşdum ki, qardaşım nə üçün həbs olunub? Qardaşımı cinayət-axtarış şöbəsinin işçiləri Əflatun Məmmədov və Mehman həbs etmişdi. Mehman mənə dedi ki, o narkotilklə tutulub, get 16 min manat pul gətir, buraxaq. O açıq-aşkar məndən rüşvət istədi ki, bu da Cəlilabad polisi üçün adi haldır. Dedim ki, mənim pulum yoxdur, kasıb adamam, cəmi bir köhnə maşınım var. Dedi ki onda get 5 min dollar gətir, özünəistifadə kimi sənədləşdirək, buraxaq.
Səhəri gün məlum oldu ki Qəzənfərin halı pisləşib, onu Mərkəzi Xəstəxanaya aparıblar. Polis İşçiləri qardaşıma fiziki güc tətbiq etmiş, başına əleyhqaz keçirərək çırpmış, əllərini və ayaqlarını kəndirlə stula bağlayaraq işgəncələr vermişdilər. Ağrılardan huşunu itirdikdə üstünə vedrə ilə su töküb yenidən çırpırmışlar. Bunu biz xəstəxanaya gəlib qardaşımı ağır vəziyyətdə gördükdə müəyyən etdik. Sanki orta əsrlərdə yaşayırıq, Cəlilabad polisində hər cür işgəncə üsullarından istifadə edilir. Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini, qaniçənlikdə ad çıxarmış Eldar Səfərov xəstəxanaya çoxlu polis işçisi göndərmişdi ki, qardaşım yatan palatanı qorusunlar, qohumları girib Qəzənfərin üzündəki və bədənindəki qançırları, zərbə yerlərini görməsinlər. Qardaşımı Eldar Səfərov və adamları o qədər vurmuşdu ki, boynu da sınmışdı.
Xəstəxanada Eldar Səfərov mənə 150 manat verib dedi ki, apar qardaşını Bakıya xəstəxanaya, sağalt gətir, cinayət işini bağlayacayıq. Rayon Polis Şöbəsinin rəisi Rəhim Novruzova zəng edib mənimlə calaşdırdı. Rəhim Novruzov da mənə dedi ki, o pulu Eldardan al, qardaşını təcili Bakıya apar, sağalt gədir, icbari ilə buraxacam, onu həbsdən azad edəcəm. Lakin qardaşım aldığı zədələrdən keçindi. İnsan taleyi ilə bu cür qanunsuz şəkildə oyun oynayırlar. 150 manata ölüm işini bağlamaq, sudan quru çıxmaq istəyirdilər. Mənim qardaşım əgər cinayətkardısa, üstündə cinayət işi vardısa, niyə qardaşımı bizə verirdilər ki, aparın? Bu Azərbaycanın mövcud Qanunvericiliyinə ziddir. Hətta biz qardaşımı Cəlilabad rayon Mərkəzi Xəstəxanasından Bakıya xəstəxanaya aparmaq istəyəndə Cəlilabad rayon Polis Şöbəsindən Mehman zəng edib dedi ki, gəlin şöbəyə, cinayət işi açmamışıq, sənədləşdirmək lazımdır. Qanuna zidd olaraq hələ bu vaxta kimi heç bir sənədləşmə aparılmamışdı, keçmiş tarix ilə sənədləşdirmək istəyirdilər ki, döydükləri adam Bakıda ölsə, onları sorğu-sual edən olmasın. Polislər öz cinayətlərini ört-basdır etmək istəyirdilər.
Onu da sizə xatırladım ki, bu hadisədən qabaq Eldar Səfərov mənim bacım oğlunu guya dava-dalaş üstündə şərləyərək polis şöbəsinə aparmışdı. Məndən 70 manat rüşvət alıb bacım oğlunu buraxdı. Cəlilabad rayon Polis Şöbəsində açıq-aşkar rüşvət alınır və camaat hardan gəldikləri bilinməyən bu qaniçmişlərin əlindən soyulub talanır.
Yazib sizə onu da bildirirəm ki, Eldar Səfərov özünə dövlət nömrə nişanı 10 LR 540 olan qiyməti 50 min dollarlıq S klass xarici markalı maşın alıb. Bir neçə yerdə dəbdəbəli villa tikdirib. Sual olunur: cüzi bir maaşla bu qədər sərvəti Eldar Səfərov necə toplayıb? Rayonun bütün idarələrinə və ticarət obyektlərinə tas qoyub. Bu yaxınlarda rayonda 50-yə yaxın adam çavuş kimi polisə işə götürülüb, rayonda söz-söhbətlər gəzir ki, onların hərəsindən 7 min manat rüşvət alınıb. Məlum olduğu kimi Respublika Prezidenti korrupsiyaya qarşı mübarizə aparılmasına fərman verib. Lakin Eldar Səfərov kimi məmurlar bu fərmanı ayaq altına atıb tapdalayırlar.
Azərbaycan Respublikasında bir çox orqanlara uzun müddətdir ki, müraciət edirik. Nəhayət Cəlilabad rayonunun rəisi Rəhim Novruzova cinayət işi açıldı, burada törədilmiş özbaşınalıqlara aydınlıq gətiriləcəyinə ümidimiz artdı. Lakin Eldar Səfərovun arxasında duran adam o qədər güclüdür ki, heç kəsə ona toxunmur, bizə şablon cavablar verirlər ki, araşdırmışıq, heç bir cinayət tərkibi yoxdur. Bizə kömək edin. Əvvəl dedilər ki, guya qardaşım özü-özünə xəsarət yetirib, dəsmalla özünü asıb. Sonra dedilər yox, prostınya (mələfə) ilə özünü asıb. İndi də deyirlər ki, guya qardaşım maykası ilə özünü asıbmış. Halbuki ağ yalandır, qardaşım həmin gün mayka geyinməmişdi. Biz xəstəxanaya qardaşımın yanına gələndə onun tutulanda əynində olan paltarı yox idi, ayağı palçığın içində idi, o qədər vurmişdular ki, ağzından və qulağından qan gəlirdi, boynu isə üstündə durmurdu, vurulan zərbələrdən boynu sınmışdı. Bədəni zərbələrdən qançırlarla dolu idi, açıq-aşkar zədələr gözə görünürdü. Bu qədər açıq-aşkar dəlillərin olmasına baxmayaraq Cəlilabad rayon Prokurorluğunda işi cinayət tərkibi olmaması adı ilə bağladılar. Etirazımızı bildirəndə isə Cəlilabad rayon Prokurorluğunda dedilər ki, bizə Bakıdan tapşırılıb işi bağlayın, biz kimik işi bağlamayaq? Xahiş edirəm araşdırasınız, Eldar Səfərovun arxasında duran Bakıdakı məmur kimdir? Tək bu hərəkət deyil, Eldar Səfərov bizim rayona rəis müavini təyin olunandan çoxlu belə cinayətlərə imza atıb, rayon camaatı dəfələrlə törədilən qanunsuzluqlar barədə yazıb müraciət etsə də, heç bir nəticəsi olmayıb. Haqq-ədalətin öz yerini tapması üçün bizə köməklik edin. Tutaq ki mənim qardaşım narkotik aludəçisi olub. Məgər narkotik aludəçisini vəhşicəsinə döyüb öldürərlər? Axı bundan ötrü dövlətin qanunları var. Bəs nəyə görə rayonun polis işçiləri bu qanuna məhəl qoymurlar? Məgər Cəlilabad Azərbaycana aid rayon deyil?
Əlavə olaraq bildirim ki, qardaşımın xüsusi amansızlıqla döyülməsi, sümüyünün və boynunun sındırılmasını sübuta yetirən çoxlu şəkillər, faktlar, sübut və dəlillər var. Ancaq min təəssüflər olsun ki, bu qədər sübutumuz olduğu halda heç kəs bizə məhəl qoymur. Eldar Səfərov qardaşımın qanını batırır, dövlətin qanunları isə susur. DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi bizə cavab məktubunda bildirir ki, aparılmış xidməti təhqiqatla mərhum qardaşınız Q.Seydanovun Cəlilabad RPŞ əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması barədə göstərdiyiniz xüsusatlar təsdiqlənməmişdir. Bu yoldaşdan soruşun ki, niyə ağ yalan danışır? Xahiş edirəm aydınlaşdırın, onu Eldar Səfərovla hansı tellər bağlayır? Biz onları hansı qohumluq telləri bağladığını da bilirik, lakin dövlətimizin araşdırmasını istəyirik. Gün kimi aydındır ki, özü intihar edən adamın bədənində bu qədər yara yerləri, digər xəsarətlər olmaz. Deyin, biz başımızı hara götürüb gedək?
Eldar Səfərov bu yaxınlarda rayon sakini Nəzərov İlqar Ağababa oğlunun cibinə narkotik atdırıb tutdurdu. Səbəb də budur ki, İlqar onun özbaşınalıqlarından yuxarılara şikayət məktubları yazmışdı. Bundan əvvəl Eldar Səfərov heç nəyin üstündə İlqarı döymüş və ağır vəziyyətdə, qan içində səhərə kimi polis şöbəsində saxlatmışdı. Eldar Səfərovun əmri ilə polislər onu çırpıb, huşu başından çıxanda üstünə su töküblər, sonra yenidən çırpıblar. Bilavasitə özü İlqara zərbələr endirən Eldar Səfərov bu zaman cəlilabadlıların ünvanına pis-pis söyüşlər də söymüşdü. Al-qan içində səhəri kimi polisdə saxlanılan, daxili orqanları zədələnən İlqar Nəzərov həmin zədələrdən ağrılar da çəkirdi, müalicə olunurdu. Bu hadisədən sonra o, Ramil Usubova teleqram vurmuşdu, məktublar yazırdı. Məsələni araşdırılmaq əvəzinə İlqarın cibinə narkotik atıb tutdular. Başqalarına dərs olsun deyə İlqar şərləyib cəzalandırdılar. Xahiş edirəm bu məsələni də araşdırın. Hətta İlqarın telefonunu da Eldar Səfərov oğurlamışdı, nə qədər müraciət etsə də, qaytarmırdı. Xahiş edirəm ki, Cəlilabad camaatını bu qaniçənin əlindən xilas edin və məsələnin daha ləyaqətli respublika orqanlarında araşdırılmasını təmin edin.
Artıq Cəlilabad rayon Polis Şöbəsindəki özbaşınalığın kriteriyalarını müəyyənləşdirmək çətin bir işə çevrilib. Burada bəzi ünsürlər əməlli-başlı klan sahibi olublar. Eldar Səfərov və komandası aid olduqları şöbəni artıq özlərinin şəxsi balansında təsəvvür edirlər. Yəni, onlar nəinki özlərinə aid olan işlərlə məşğul olmur, həm də bu işləri çirkin xidmət üzrə həyata keçirirlər. Rayon polis işçiləri Eldar Səfərovun təşkilatçılığı ilə haqsız yerə sadə vətəndaşları narkotik aludəçisi kimi tora salır, sonra da soğan kimi soyurlar. İstədikləri pul verilmədikdə, yaxud tələb olunan məbləği tapmaq mümkün olmadıqda ya öldürüb qanını batırırlar, ya da verirlər fələyin dəminə. Uzun müddətdir ki, qardaşımın ölümündəki müəmmalarla bağlı müxtəlif instansiyalara məktublar yollayırıq. Axırıncı məktubumuzu 150 nəfər rayon sakini imzalamışdı. Lakin Bakıdakı qohumu Eldar Səfərovun arxasında dağ kimi dayanıb. Təəssüf edirik ki, Azərbaycanın bir subyekti olan Cəlilabad ərazisində dövlətin qanunlarına, onun qurucusuna münasibət bu qədər mənfidir”.
Qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
|