ƏBÜLFƏS QARYEV TURİZM ŞİRKƏTLƏRİNƏ HÜCUMA KEÇİR
Tarix: 9-12-2011, 13:45 |
Çap et
“ŞİRKƏTLƏRİN İMKANLARI OLMALIDIR”
Turizm sektorundakı rəqabət Azərbaycandakı turist şirkətlərinin sayının azalması ilə nəticələnəcək. Bu barədə «APA-ECONOMICS»ə Mədəniyyət və Turizm Nazirliyinin şöbə rəisi Aydın İsmiyev bildirib.
Onun sözlərinə görə, bir neçə il əvvəl Azərbaycanda turizm şirkətlərinin sayı 250-300-ə çatmışdı, indi isə bu rəqəm 200 ətrafındadır.
A.İsmiyev turizm şirkətlərinin normal fəaliyyət göstərməsi üçün onların maddi imkanlarının böyük olmasını da vacib sayır: «Şirkətlərin öz turizm xidmətlərini reklam etməsi üçün vəsaitləri, avtobusları, təyyarələr icarə etmək və s. imkanları olmalıdır».