"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" .....                     İrəvandan sülh açıqlaması: .....                     Milli Məclis komitələrinin tərkibi bəlli olub .....                     Sulduzda türkcə kitablar paylandı .....                     “Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib .....                     Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? .....                     NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR .....                     Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib .....                     Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib .....                     Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... .....                     "Bəli, Dədə Ələsgər solaxay olub" .....                     "Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" .....                     Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... .....                     “Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? .....                     Ərdoğanın əli havada qala bilər .....                     Qarşıda yeni hədəflər durur .....                     İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır .....                     "Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" .....                     "Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" .....                     “Hizbullah” İsraildən necə qisas alacaq? .....                     “Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” .....                     Paşinyanın separatçılarla bağlı yeni planı: .....                     Vidadi İsgəndərli öldü .....                     Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ .....                     Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır .....                     AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi .....                     Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb .....                     Xankəndini bir də belə görün .....                     "Anam belə dünən bilib... .....                     Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər .....                     Məhkəmə MÜƏMMASI .....                     "Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" .....                     Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... .....                     “Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib .....                     Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? .....                     Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ .....                     Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var .....                     Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi .....                     Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb .....                     Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... .....                 

Gədəbəydə narın-narın korrupsiya... - Yerli məmurdan özbaşınalıqlar...
Tarix: 18-09-2015, 09:21 | Çap et
Gədəbəydə narın-narın korrupsiya...
Gədəbəy ölkəmizin ucqar rayonlarından biri olduğu üçün, bu rayonda baş alıb gedən həngamələrin, tüğyan edən sosial problemlərin nə həddi, nə də ki, hüdudu var. Ümumilikdə götürdükdə isə onu qeyd edə bilərik ki, baş verən olayların “flaqmanı” rolunda əksər vəzifə sahibləri, o cümlədən rayonun Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov, Z.Əliyeva adına Mərkəzi Rayon Xəstəxanasının “əbədi və əzəli” baş həkimi Ramiz Pirverdiyev, ən əsası isə icra hakimiyyətinin başçısı Ramiz Yediyarovla bərabər, digər vəzifə sahibləri də mühüm rol oynayırlar.

Maliyyə “şefi”nin söz sahibi olmasına səbəb nədir?

Məsələn, məlumatlı mənbə bildirir ki, Namiq Məmmədov olduqca strateji bir sahəyə rəhbərlik etdiyindən, bu gün o, rayonda əsas fiqurlardan birinə çevrilib. Yəni, istər kadr təyinatında, istər maliyyə mənimsəmələrində, istərsə də bəzi vəzifə sahiblərindən fərqli olaraq, müxalifət təmsilçilərinə “canyananlıq” etməsinə görə də, o, rayonda xüsusi ad da çıxarıb. (GundemXeber.az) Mənbə bildirir ki, Namiq müəllim hələlik adını çəkmək istəmədiyimiz müxalifət təmsilçisinə, şəhərin Heydər Əliyev prospektində, hansı ki, bir və iki saylı binaların yaxınlığındakı zibilxananı təmizlətdirməklə 4 sot torpaq sahəsini “pay-püş” edib. Verilən məlumatda o da bildirilir ki, qeyd olunan ərazidə 1 sot torpaq sahəsi 3-4 min manat həddində qiymətləndirilir. Maliyyə “şefi”nin belə bir addımı sakinlər arasında kütləvi narazılığa səbəb olsa da, Məmmədov Yediyarov ittifaqının qüdrəti hər cür narazılığın qarşısını ala bilir.

Namiq Məmmədov Səkinə xanıma vəzifəsini daşımaq üçün niyə dəstək verir?

Rayonun mərkəzi xəstəxanasında baş verənlərdən bəzilərinin də, Namiq Məmmədovun dəstəyi ilə “yoluna” qoyulması, bu gün Gədəbəydə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Belə ki, xəstəxanada maliyyə mənimsəmələri barəsində hansı mətbu orqanda açıqlama işıq üzü görürsə, dərhal maliyyə “şefi” lazım olan “rıçaqlarını” işə salıb, qeyd olunan açıqlamaların qarşısını ala bilir. (GundemXeber.az) Çünki, verilən məlumatda o da bildirilir ki, xəstəxananın baş mühasibi vəzifəsini daşıyan Səkinə xanım ali təhsilli kadr olmadığından, ona daşıdığı vəzifəsində qalmaq üçün Namiq müəllimin dəstəyi kifayət edir.

Ümumiyyətlə, xəstəxanada baş alıb gedən maliyyə mənimsəmələri Namiq müəllimlə Səkinə xanımın işbirliyi sayəsində baş tutduğundan, ikinci tərəf də kifayət qədər var-dövlətə malik olan şəxslərdən biri hesab olunur. Məlumatı verən mənbə bildirir ki, baxmayaraq ki, Səkinə xanım xəstəxananın baş mühasibdir, bu gün onun Bakıda, Tərtərdə, elə Gədəbəyin özündə dəyəri yüzminlərlə qiymətləndirilən əmlakı, həyətində isə 3-4 ədəd bahalı maşını var. (GundemXeber.az) O halda sual oluna bilər ki, yazılanlar həqiqət deyilsə, bəs bu qədər var-dövlət hardandır? Xəstəxanaya üz tutub “UZİ”-dən keçmək istəyənlərin də istəkləri, Səkinə xanım tərəfindən həyata keçirilir. Belə ki, o, hər dəfə “UZİ”-dən keçmək istəyənlərdən 20 manat almaqla, büdcəsini gündəlik formalaşdıra bilir.

Əldə etdiyimiz başqa bir məlumatda o da bildirilir ki, mərkəzi xəstəxana rəhbərliyinin yerli sakinlərə qənim kəsilmələri də, bu gün çoxsaylı sakinləri çıxılmaz duruma salıb. Belə ki, onlar adicə rentgendən keçmək üçün Şəmkirə, Gəncəyə, Bakıya və digər ünvanlara üz tutmağa vadar olurlar. Buna səbəb isə, mərkəzi xəstəxananın rentgen aparatındakı linzanın, Bakı şəhərində fəaliyyət göstərən özəl klinikalardan birinə satılmasıdır.

Gədəbəyin MRX-sı müalicə müəssisəsidir, yoxsa alverxanadır?

Gədəbəydə Ramiz Pirverdiyevin rəhbərlik etdiyi xəstəxananın müalicə mərkəzinə deyil, daha çox bazarxanaya bənzəməsinin kökündə, tətbiq olunan idarəçiliklə bərabər digər amillərin də varlığı əsas səbəblərdəndir. Məsələn, baş verənlər haqda məlumatları redaksiyamıza təqdim edən mənbə bildirir ki, ölkə rəhbərinin tapşırığı əsasında bir müddət bundan əvvəl, sakinlərlə bölgədə görüş keçirməyə gedən səhiyyə naziri cənab Oqtay Şirəliyev, Z.Əliyeva adına Gədəbəy rayon Mərkəzi Xəstəxanasıda 11 dəqiqə olduqdan sonra, teztələsik xəstəxananı tərk edib rayonun Slavyanka kəndindəki istirahət mərkəzinə üz tutur. (GundemXeber.az) Həmin gecə istirahət mərkəzində istirahətini edən Oqtay Şirəliyevin sakinlərlə görüşü baş tutmadığından, bu gün də atılan addım sakinlər arasında müzakirə olunmaqdadır. Təəssüf doğuran hal o olur ki, əvvəla sakinlərlə nazirin görüşü baş tutmur. Belə bir görüş baş tutsaydı, o halda Gədəbəyin mərkəzi xəstəxanasını bazarxanaya çevirən, xəstələrə verilməli olan dərmanları, ərzağı və.s-ni “xırıd”

edən Ramiz həkimlə bağlı giley-güzarlarını, bəlkə də nazirə çatdıran tapılacaqdı. Nazirin bölgəyə səfəri zamanı sakinlər uduzsa da, udan isə Slavyanka kənd xəstəxanasının rəhbəri Səyyar həkim olur. Çünki onun müalicəyə göndərilməsi üçün, nazir tərəfindən müvafiq tapşırıq verilir.

Ehtiyatda olan zabitin qanı niyə batırılır?

Son aylar Gədəbəydə baş verənlər olaylar içərisində, silahlı qüvvələrimizin ehtiyatda olan zabiti, DQ müharibəsi veteranı, kapitan Qasmov Musa Heydər oğlunun dünyasını dəyişməsi, bu gün də hər kəsi sarsıdır. Çünki, onun ölümü ilə bağlı məlumatları əldə edərkən o da məlum oldu ki, 23 may 2015-ci il tarixdə Gədəbəydə kanalizasiya işlərini yenidən quran şirkətin əməkdaşları, rayonun şəhid Vahid Rüstəmov adına küçəsində qazıntı işləri apararkən, Əliyev Yusif Duman oğlunun evinə gizli yolla çəkilmiş mavi qaz boru xəttini təsadüf nəticəsində partladırlar. (GundemXeber.az) Baş verən hadisədən sonra Musa Qasımov, Gədəbəy rayon Qaz İstismarı Sahəsinin rəisi Məzahir Hüseynova baş verən hadisə ilə bağlı məlumat versə də, o, problemin həll olunacağına söz verir. Amma vaxt keçir, o, verdiyi vədinə əməl etmir. Musa Qasımova məxsus ev partladılmış mavi qaz xəttinə yaxın olduğundan, evdə mavi qazın yandırılması çox keçmir ki, əsl faciəyə çevrilir. Belə ki, partlayışdan ev tamamilə darmadağın olur və ağır yanıq xəsarəti ilə Bakıya çatdırılan Musa Qasımovun vəziyyəti isə, günü-gündən ağırlaşır. Və çox keçmir ki, o, dünyasını dəyişir.

Mərhumun ölümündə birbaşa günahkar olan qaz istismarı idarəsinin rəhbərliyi ilə bərabər, kanalizasiya xətlərinin yenidən qurulmasını həyata keçirən şirkət rəhbəri Elxan adlı şəxs də, bu gün istintaqdan yayına bilirlər. Bu haqda məlumatı verən Qasımova Həqiqət Qədir qızı (mərhumun həyat yoldaşıdır) bildirir ki, qeyd olunan şirkətə “İslam İnkişaf” bankından 59 milyon manat vəsait ayrılıb ki, həmin vəsaitin müəyyən hissəsi ilə şirkət rəhbərliyi hüquq-mühafizə orqanlarını “susdura” bilıir. Gədəbəy rayon Qaz İstismarı Sahəsinin rəisi Məzahir Hüseynovun da, xeyli miqdarda xərcə düşdüyü bildirilir.

Baş verən hadisədən sonra məsuliyyətdən yayınmağa çalışanlar ilk öncə cəhd edirlər ki, gizli yolla çəkilmiş və partladılmış 82 metr uzunluğunda olan mavi qaz boru xəttini qaranlıqda kəsib götürsünlər. Məqsədləri izi itirmək və qeyd etmək ki, ev qaz sızması, yaxud da digər səbəblər üzündən partlayıb. (GundemXeber.az) Amma, onların cəhdi uğursuzluğa düçar olur. Çünki, boru xəttini kəsmək istəyənləri mərhum Musa Qasımovun oğlu görür və qarşı tərəfə məqsədlərini gerçəkləşdirməyə imkan vermir. Mərhumun həyat yoldaşına isə prokurorluqdan bildirilir ki, “bir az gözləyin, hələ ki, işin istintaqı davam etdirilir”. Aylar uzunu belə bir cavabın verilməsi isə, baş aldatmaqdan başqa bir şey deyil.

Dünyasını dəyişən Musa Qasımovun evi darmadağın olduğundan, bu gün yağış suları altında qalan ev və içərisindəki əşyalar olduqca bərbad haldadır. Buna səbəb, əmələ gələn olayla bağlı məsuliyyət daşıyan qurum rəhbərlərinin evin təmiri ilə bağlı cəhd göstərməməsi və baş verənlərə biganə yanaşmalarıdır.

Bəli, bütün bunlardan sonra kim deyə bilər ki, Gədəbəydə haqq-ədalət var? Yəqin ki, belə bir sualın özü, hal-hazırda rayonda yaşanan mənzərənin varlığını, birdə ki, haqq-ədalətin “qeybə” çəkilməsinə bir işarədir.

Gədəbəydə narın-narın korrupsiya...
Gədəbəydə narın-narın korrupsiya...
Gədəbəydə narın-narın korrupsiya...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Bu gün, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... - TƏFƏRRÜAT
Bu gün, 14:30
"Bəli, Dədə Ələsgər solaxay olub" - Cavid Qurbanovdan REAKSİYA
Bu gün, 14:14
"Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" - Qız adı ilə tanış olub quldurluq etdilər
Bu gün, 14:10
Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... - Görünəni odur ki...
Bu gün, 14:05
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? - “Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”
Bu gün, 14:02
Ərdoğanın əli havada qala bilər – “Qordi düyünü”nü açmaq cəhdi
Bu gün, 14:00
Qarşıda yeni hədəflər durur - MƏQALƏ
Bu gün, 13:59
İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır - BAŞQA YOLU YOXDUR...
Bu gün, 13:56
"Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" - Plastik cərrah Vüsal Abullayevdən ŞİKAYƏT
Bu gün, 13:54
"Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" - deputat
Bu gün, 13:52
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Bu gün, 13:35
“Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” - İlahiyyatçı sərt danışdı
Bu gün, 13:32
Paşinyanın separatçılarla bağlı yeni planı: - Babayanı hərəkətə gətirdilər
Bu gün, 13:29
Vidadi İsgəndərli öldü - 2 gün əvvəl yaşadığı evdə...
Bu gün, 13:27
Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi - VİDEO
Bu gün, 13:14
Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb – “Bloomberg”
Bu gün, 13:12
Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
Bu gün, 13:05
"Anam belə dünən bilib... - Heç kimə demədim"
Bu gün, 13:02
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər - FOTO
Bu gün, 12:57
Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?
Bu gün, 12:52
"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev
Bu gün, 12:45
Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... - Məktəblərə XƏBƏRDARLIQ OLUNDU
Bu gün, 12:42
“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib - ƏMR
Bu gün, 12:40
Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ - FOTO
Bu gün, 12:32
Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:30
Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi
Bu gün, 12:27
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Bu gün, 12:25
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
Bu gün, 12:14
“Azera Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 12:11
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Bu gün, 12:08
"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi
Bu gün, 12:03
Tanınmış aktrisa bacısını itirdi
Bu gün, 12:01
Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... - "...qanunsuz olaraq imtina cavabı verilir"
Bu gün, 11:59
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru