Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ .....                     Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır .....                     AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi .....                     Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb .....                     Xankəndini bir də belə görün .....                     "Anam belə dünən bilib... .....                     Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər .....                     Məhkəmə MÜƏMMASI .....                     "Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" .....                     Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... .....                     “Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib .....                     Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? .....                     Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ .....                     Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var .....                     Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi .....                     Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb .....                     Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... .....                     “Azera Holdinq”də yeni təyinat .....                     Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı .....                     "Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" .....                     Tanınmış aktrisa bacısını itirdi .....                     Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... .....                     Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib .....                     Zay məhsulu satmaları bir yana... .....                     Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi .....                     İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb .....                     “Gümrü-Qars dəmir yolu...” .....                     Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR .....                     Burada təhsildən daha çox puldan danışılır... .....                     Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                     Bu şirkət nizamnamə kapitalını yenə azaltdı .....                 

Beyləqanda icra başçısı sahibkarları üsyana körükləyir... - Vaqif Abdullayev adlı problem...
Tarix: 24-08-2015, 10:33 | Çap et
Beyləqanda icra başçısı sahibkarları üsyana körükləyir...
“Gündəm Xəbər” qəzetinin ötən saylarında, Beyləqanın ictimai həyatında baş alıb gedən sosial problemlərin varlığından bəhs etmişdik. İşıq üzü görən silsilə məqalələrin dərcindən sonra elə düşünürdük ki, bəlkə rayona rəhbərlik edən cənab Vaqif Abdullayev, problemlərin həlli istiqamətində hansısa addımlarını atacaq. Amma, vaxt keçdikcə hər şey gözlədiklərimizin əksinə oldu. Çünki, günü-gündən redaksiyamıza daxil olan şikayət məktublarının sayı artdıqca, o zaman bilib başa düşdük ki, Vaqif Abdullayevin həyata keçirdiyi idarəçilik, bu gün Beyləqanı sağalmaz dərdə salıb.

Bir neçə gün bundan əvvəl, rayonun Dostluq kəndi B.Sərdarov küç ev-37 ünvanında yaşayan Zalov Musa Fərman oğlu redaksiyamıza ünvanladığı şikayət məktubunda yazır ki, “bu gün Beyləqanda hər cür qanunsuzluqlar, ədalətsizliklər baş alıb gedir, baş verənlərlə bağlı səlahiyyətli orqanlara silsilə müraciətlər ünvanlasaq da, nədənsə Vaqif Abdullayevə bir “dur” deyən tapılmır. Yaşadığımız Dostluq kəndi ərazisində vəziyyət olduqca acınacaqlıdır. Çünki, vaxtilə soxozun ərazisi olan sahələr, hansı ki, islahat komissiyasının qərarı ilə sadə vətəndaşlara verilən pay torpaqları, icra hakimiyyətinin saxta sərəncamları əsasında imkanlı şəxslərə verilib. Hətta, həmin şəxslərə torpaq mülkiyyətinə dair saxta Dövlət aktları da verilmişdir. Məsələn, Zöhrab həkimə, Vəli Mahmudova, Şirəli Mahmudova, Qasım Cavadova, Oruc Ağayevə, Nadir adlı şəxsə və digərlərinə verilmişdir. Hal-hazırda burada sotu 1000 manat olmaqla, cəmi 48 həyətyanı torpaq sahəsi satılmışdır. Torpaqların alqı-satqısını rayon rəhbərliyi ilə bərabər, sovxozun direktoru olmuş Natiq Mirzəyev, bələdiyyənin sədri B.Balakişiyev və məhkəmənin sədri Maşallah Şirvanov da həyata keçirmişdir.

Elə ki, ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığı əsasında nazirlər, komitə sədrləri və digər vəzifə sahibləri bölgələrə gedib əhali ilə görüşürlər, onların problemləri ilə maraqlanırlar, bu zaman bizim istəyimiz gözümüzdə qalır. Çünki, 30 may 2015-ci il tarixdə Bərdə şəhərində DİN-i cənab Ramil Usubovun, 24 iyul 2015-ci il tarixdə İmişlidə Baş Prokuror cənab Zakir Qaralovun qəbuluna getsək də, Beyləqan rayon prokuroru Azər Qasımovun, rayon polis şöbəsində müavin vəzifəsini daşıyan İlham Məmmədovun və polis şöbəsində vəzifə daşıyan digər şəxslərin, Vaqif Abdullayevdən aldıqları tapşırıqlar əsasında, beyləqanlıları görüşə buraxmadılar. Keçirilən görüşlər də belə bir yolla saxtalaşdırılır və bizim haqq səsimizi bu yolla boğurlar”.

Şikayətçi onu da qeyd edir ki, “Dosluq” sovxozunun mədəni otlaq adlanan ərazisindən 264 hektarını, Haramı qışlağı vaxtilə soxozun mərkəzi olub, oradan isə 280 hektar ərazi bilərəkdən xəritədən çıxarılıb. Belə bir qeyri-qanuni addımlar, vaxtilə DTXÇK, Beyləqan rayon şöbəsinin sədri olmuş Rəfayel Pəsiyevin və onun işçisi, eyni zamanda “sağ əli” hesab olunan Tofiq Quliyevin “xidmətləri” sayəsində baş tutmuşdur. Adicə sovxozun mədəni otlaq sahəsində 110 hektardan çox sahə, sovxozda işləməyən, yaşamayan, sovxozla heç bir əlaqəsi olmayan pullu şəxslərə sənədsiz verilmişdir. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən, hələ 01 oktyabr 2007-ci il tarixdə fərman verilmişdir ki, dövlət torpaqları vəzifə sahibləri tərəfindən heç cürə zəbt oluna bilməz. Amma bütün bunlara baxmayaraq, bu gün Beyləqanda ölkə rəhbərinin verdiyi fərmanı bir kimsə saya salmır. Nəticədə torpaq növbəsində olanlar yox, pulu çox olan adamlar hektarlarla sahələrə sahib olurlar. Həmin şəxslər də, çox zaman ələ keçirdikləri

torpaq sahələrində tikinti işləri aparıb, sonradan baha qiymətə satırlar. Bu da ki, kütləvi narazılıqların əmələ gəlməsinə səbəb olur” deyir.

Vaqif Abdullayevin qol qoyduğu növbəti qanunsuzluqların biri haqda da danışan şikayətçi bildirir ki, “bu şəkillərdə gördüyünüz mənzərə, Beyləqan rayon İcra Hakimiyyətinə məxsus qonaq evinin arxasındandır. Rayon prokurorluğunun təqribən 20 metrliyində olan ərazidə, vətəndaşa ilk əvvəl bina tikmək üçün icazə verilsə də, çox keçmir ki, tikilmiş divarların altı üstünə çevirilir. Buna səbəb, icra başçısının tikintini aparan vətəndaşdan lazım olan haqq-hesabı ala bilməməsi olur.

Başqa bir şikayətçi, rayonun Şitilçilik qəsəbəsi Nuru Paşa küçəsi ev-20-də yaşayan Səfərov Şükür Nazar oğlu bildirir ki, “bizim ailəyə 24 oktyabr 1997-ci il tarixdə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 saylı qərarına əsasən, 2,69 ha torpaq sahəsi verilmişdir. Bu haqda hələ 1004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı da verilmişdir. Ailəmizə verilən torpaq sahəsini Bəndəliyev Famil Məhyəddin oğlu və Bəndəliyev İbadət Famil oğlu qeyri-qanuni yolla zəbt ədərək, taxıl əkib səpməyə başladılar ki, onlar da bu günə kimi bizim ailəyə üstüstə 451,32 manat maddi ziyan da vurublar. Daha faciəli hal odur ki, ailəmizə qanunla verilmiş torpaq sahəsindən istifadə etməyimizə, bu gün də onlar imkan vermirlər. Üz-üzə qaldığımız problemlə bağlı 09 dekabr 2013-cü il tarixdə, iş üzrə Beyləqan rayon Məhkəməsinin hakimi Əliyev Nəsrullah İbadullah oğlunun sədrliyi ilə keçirilən məhkəmə prosesində, həmin şəxslərin ailəmizə məxsus pay torpaqlarından çıxarılmasına dair qərar çıxarılsa da, nədənsə çıxarılmış məhkəmə qərarı bu günədək də kağız üzərində qalmaqdadır. Belə bir halın varlığı da onu söyləməyə əsas verir ki, Vaqif Abdullayevin rəhbərlik etdiyi Beyləqanda qanunlar işləmir, anarxiya hökm sürür, vətəndaşların süründürməçiliklərlə üz-üzə qalmaları, sanki həyat tərzinə də çevrilib. Daha faciəli hal odur ki, üz-üzə qaldığım problemlə bağlı bir neçə dəfə rayon rəhbərliyinin qəbulunda olsam da, təəssüflər olsun ki, o, müavini Telman Məstanova problemin həlli ilə məşğul olmaq tapşırığını verməklə kifayətlənməli oldu. Sağ olsun Telman müəllimi də, o da məni qəbul edib bildirdi ki, “birdə səni bu ərazilərdə görməyim. Get kimə, hara istəyirsən şikayətini ver, onsuz da tədbir görülməsi üçün lazımi sənədləri mənə göndərəcəklər. Mən də baxan deyiləm” dedikdə, o zaman bilib başa düşdüm ki, Beyləqanın bugünkü rəhbərliyi sakinlərinə problemlər yaradan, sadə vətəndaşlarını saya salmayan, qanunların işləməsinə imkan verməyən və digər qanunsuzluq əməllərinə qol qoyan rəhbərlikdir”. Belə bir səbəblər üzündəndir ki, bu gün əksər KİV Beyləqanın problemləri daim qabardılır, süründürməçilik amillərinin tüğyan etməsindən geninə-boluna danışılır. Bəli, bunlar əsl həqiqətlərdir ki, bir mətbu orqan olaraq bu haqda biz də danışırıq, silsilə tənqidi məqalələrlə ictimaiyyəti məlumatlandırmağa çalışırıq. Çünki, hal-hazırda respublikamızın şəhər və rayonları içərisində daha çox sosial problemlərin tüğyan etdiyi bir rayon varsa, yəqin ki, o da Beyləqan rayonudur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi - VİDEO
Bu gün, 13:14
Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb – “Bloomberg”
Bu gün, 13:12
Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
Bu gün, 13:05
"Anam belə dünən bilib... - Heç kimə demədim"
Bu gün, 13:02
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər - FOTO
Bu gün, 12:57
Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?
Bu gün, 12:52
"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev
Bu gün, 12:45
Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... - Məktəblərə XƏBƏRDARLIQ OLUNDU
Bu gün, 12:42
“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib - ƏMR
Bu gün, 12:40
Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ - FOTO
Bu gün, 12:32
Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:30
Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi
Bu gün, 12:27
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Bu gün, 12:25
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
Bu gün, 12:14
“Azera Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 12:11
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Bu gün, 12:08
"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi
Bu gün, 12:03
Tanınmış aktrisa bacısını itirdi
Bu gün, 12:01
Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... - "...qanunsuz olaraq imtina cavabı verilir"
Bu gün, 11:59
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
İsrailin bu hücumda iki cari hədəfi var... - İNCƏLƏMƏ
Bu gün, 09:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru