Paşinyanın separatçılarla bağlı yeni planı: .....                     Vidadi İsgəndərli öldü .....                     Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ .....                     Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır .....                     AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi .....                     Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb .....                     Xankəndini bir də belə görün .....                     "Anam belə dünən bilib... .....                     Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər .....                     Məhkəmə MÜƏMMASI .....                     "Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" .....                     Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... .....                     “Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib .....                     Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? .....                     Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ .....                     Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var .....                     Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi .....                     Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb .....                     Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... .....                     “Azera Holdinq”də yeni təyinat .....                     Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı .....                     "Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" .....                     Tanınmış aktrisa bacısını itirdi .....                     Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... .....                     Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib .....                     Zay məhsulu satmaları bir yana... .....                     Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi .....                     İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb .....                     “Gümrü-Qars dəmir yolu...” .....                     Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR .....                     Burada təhsildən daha çox puldan danışılır... .....                     Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                 

Aydın Bəşirovun başıı yenidən qalmaqalda - Həbsi gözlənilir...
Tarix: 1-08-2015, 12:26 | Çap et
Aydın Bəşirovun başıı yenidən qalmaqalda
Aydın Bəşirov o zaman qanunları kobud şəkildə pozaraq dövlət əmlakı sayılan "Quryev" paroxodunu qəsb edib və onu oğlu İlqar Bəşirova verib. Bəşirovun oğlu da öz növbəsində qəsb olunmuş bu dövlət əmlakını yaxta kimi yenidən qurdurub.

Bildiyimiz kimi hələ iki il öncə Prezident İlham Əliyev yeni hökumətin tərkibini təsdiqləmişdi. Qeyd edək ki, o ərəfədə komandaya bir neçə məşhur isim düşə bilməmişdi. Müdafiə naziri Səfər Əbiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni formalaşdırılan hökumətin tərkibinə salınmadılar. İşdən çıxarılanlar sırasında Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) şefi Aydın Bəşirov da oldu. 1994-cü ildən bu quruma rəhbərlik edən A.Bəşirov artıq sabiqlər sırasındadır. Prezidentin iki gün öncə verdiyi sərəncamla həmçinin Dövlət Xəzər Dəniz Gəmiçiliyi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə çevrildi.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsindən Aydın Bəşirov çıxarılaraq yerinə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin edilib. Yeni hökumətin təsdiqlənməsindən sonra Baş Prokurorluq DXDG-yə məxsus "İslam Səfərli" yük gəmisində yol verilmiş qanun pozuntuları haqda rəsmi məlumat yaydı. Məlumatdan bəlli olur ki, qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Həmin rəsmi məlumatda deyilir: ""İslam Səfərli" yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvlərinin 7 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının bayrağı altında üzən "Kuban" gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3.800 ABŞ dolları müqabilində "Kuban" gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanmışdır. H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə istintaq davam etdirilir". Bu rəsmi məlumat yayılandan dərhal sonra bir xeyli müddət mətbuatla təmaslardan qaçan Aydın Bəşirov daha sonra cinayət işindən danışmışdı. DXDG-yə məxsus yük gəmisində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluqda cinayət işinin başlanması məsələsinə münasibət bildirən A.Bəşirov qeyd etmişdi ki, neft qaçaqmalçılığı haqda məlumatı 6-7 ay öncə prokurorluğa qurum özü təqdim edib. O, başlanan cinayət işinin ona və ya DXDG-yə qarşı olmadığını söyləyib: "Sözügedən məsələ barədə biz özümüz prokurorluğa məlumatı vermişik ki, gəlib araşdırma aparsın". A.Bəşirov vəzifəsiylə vidalaşdıqdan sonra DXDG-də təhvil-təslim işinin aparılması məsələsinə də münasibət bildirib. Deyib ki, hazırda təhvil-təslim işi çox normal aparılır: "Burada heç bir problem yoxdur, təhvil-təslim normal aparılır. Burada heç bir şey ola bilməz. İki qurum birləşib və olub bir qurum. Əslində bu qurum çoxdan yaradılmalı idi. Bunun yalnız faydası olacaq. Yəni dənizçilik strukturu vahid olacaq. Yeni zavod və liman tikilir, bunlar da bir olacaq. Mən buna çox sevinirəm. Çoxdan istəyirdim ki, bu qurum birləşsin. Mən 19 ildir ki, işləyirəm və hər zaman dövlətçiliyə və prezidentə sadiq olmuşam, bundan sonra da sadiq qalacam. Canım Azərbaycana qurban olsun!". A.Bəşirov DXDG-də təhvil-təslim prosesinin normal getməsindən danışsa da, mediaya sızan səhih məlumatlar bunun əksini deməyə əsas verir. Daxil olan məlumatlarda qeyd olunur ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəisi təyin olunan Rauf Vəliyev ARDNŞ prezidenti Rövnəq Abdullayevin kadrıdır. Əvvəllər Xəzər Dəniz Neft Donanma İdarəsində, sonralar ARDNŞ-də işləyib. "Onun ARDNŞ-dən bu vəzifəyə gətirilməsi təsadüfi deyil". Mənbə iddia edir ki, prezident sərəncamından dərhal sonra DXDG-də təhvil-təslim başlayıb: "Aydın Bəşirova sənədlərdə dəyişiklik aparmaq, sənədləşdirilməyən daşımaları sənədləşdirmək imkanı verməmək üçün sərəncam oxunandan dərhal sonra DXDG-yə yeni yaradılmış qurumun rəhbərliyi gəlib. Hazırda DXDG-də vəziyyət gərgindir. Çox səs-küylü təhvil-təslimdir. Hətta dava-dalaş səviyyəsinə qədər gedib çıxacağı da realdır. "Naftalan" gəmisinin Rusiya tərəfində həbsdə olması elə hər şeyi deyir".

2014-cü ilin sonlarında bir sıra KİV-də Dövlət Dəniz Administrasiyasının sabiq rəisi Aydın Bəşirovun səhhətində yaranmış problemlərə görə Azərbaycanı tərk etdiyi bildirilirdi. Lakin saytların birinə açıqlamasında Aydın Bəşirov yayılan xəbərləri tamamilə təkzib edib: "Götürüb özlərindən ağıllarına gələni yazırlar. Mən cavan, cağbacağ oğlanam. Səhv eləyir onu yazanlar. Mən oturub Bakıda çay içib, çörək yeyirəm, onlar yazır ki, Almaniyaya getmişəm. Boş sözlərdir hamısı". Həmçinin Aydın Bəşirov onun bu yaxınlarda böyük rayonlardan birinə icra başçısı təyin olunacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Bunların işi-gücü yoxdur?! Camaat özündən söz çıxarır. Ara qızışdırıb məni qıcıqlandırmaq istəyirlər. Keçi nə haydadır, qəssab nə hayda?! Mən Bakıda oturub kefimlə, istirahətimlə məşğulam. Mən prezidentimizin əsgəriyəm. Allah onun canını sağ eləsin. O, məni ölümdən qurtarıb. İşləmirəm - özü bilər, işləyərəm - özü bilər. Desə, get filan yerə, mən də gedərəm. Nə desə, o da olacaq".

Son verdiyi açıqlamasından təxminən bir il sonra, bu ilin mart ayında Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov işsiz olduğunu, müalicə aldığını və əsas diqqətini sağlamlıq problemlərinin həllinə yönəltdiyini qeyd edib. Çox maraqlıdır. Görəsən təxminən bir il sonra belə bir açıqlamanın verilməsi nəyə hesablanıb? Qeyd edək ki, Aydın Bəşirovun bu günlərdə gündəmə gəlməsi və necə deyərlər "canına qorxu düşməsi" əbəs deyil. Belə ki, Füzuli Abdullayev adlı Bakı sakini bir neçə gün əvvəl polisə müraciət edərək Bakı buxtasındakı "Yaxt-klub"da lövbər salan 65 metrlik yaxtasının oğurlanmasından şikayət edib. Sonradan isə məlum olub ki, bu yaxta "Xəzər Dəniz Gəmiçiliyi İdarəsi" QSC-nin keçmiş sədri Aydın Bəşirovun oğlu İlqar Bəşirova məxsusdur. Bu faktı "Yaxt-klub"un mətbuat katibi Əhməd Əsgərov da təsdiqləyib. "Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin gəmi itməyib və gəminin fotolarını mətbuata təqdim edəcəyik. "Yaxt-klub"dakı dayanacağa gəlincə isə ora pulludur və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq məqamlar və suallar mövcuddur" - deyə Ə.Əsgərov bildirib.Əldə edilən məlumatlara görə, bu yaxta Aydın Bəşirov "Kaspar"ın rəhbəri olan dövrdə özəlləşdirilib, daha doğrusu, özününküləşdirilib. Özü də söhbət yaxtadan yox, Bakı-Ənzəli (İran) marşrutu üzrə hərəkət edən məşhur "Quryev" sovet paroxodundan gedir.

Lakin Aydın Bəşirov o zaman qanunları kobud şəkildə pozaraq dövlət əmlakı sayılan "Quryev" paroxodunu qəsb edib və onu oğlu İlqar Bəşirova verib. Bəşirovun oğlu da öz növbəsində qəsb olunmuş bu dövlət əmlakını yaxta kimi yenidən qurdurub. Bu gün yaşananlar bir daha göstərmiş olur ki, qanunu pozan və vaxtilə vəzifədə olan bəzi şəxslər bu gün hələ də azadlıqda gəzirlər. Onlar sadəcə olaraq, vaxtilə ya işlərindən, yaxud da bir az pullarından olurlar. Əgər Aydın Bəşirov hökumətdə yüksək vəzifə tutmaqda davam etsəydi, "Quryev" paroxodunu çətin ki, ondan geri alıb dövlətə qaytaraydılar.

Bilməyənlər üçün qeyd edək ki, "qəhrəmanımız"Aydın Bəşirov Bakının Güzdək kəndində anadan olub və Dənizçilik məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Uzaq səfərlər kapitanıdır. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. Və 2013-cü ildə prezidentin sərəncamı ilə işindən azad olunub.
\\gundelik-baku.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın separatçılarla bağlı yeni planı: - Babayanı hərəkətə gətirdilər
Bu gün, 13:29
Vidadi İsgəndərli öldü - 2 gün əvvəl yaşadığı evdə...
Bu gün, 13:27
Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi - VİDEO
Bu gün, 13:14
Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb – “Bloomberg”
Bu gün, 13:12
Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
Bu gün, 13:05
"Anam belə dünən bilib... - Heç kimə demədim"
Bu gün, 13:02
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər - FOTO
Bu gün, 12:57
Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?
Bu gün, 12:52
"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev
Bu gün, 12:45
Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... - Məktəblərə XƏBƏRDARLIQ OLUNDU
Bu gün, 12:42
“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib - ƏMR
Bu gün, 12:40
Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ - FOTO
Bu gün, 12:32
Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:30
Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi
Bu gün, 12:27
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Bu gün, 12:25
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
Bu gün, 12:14
“Azera Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 12:11
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Bu gün, 12:08
"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi
Bu gün, 12:03
Tanınmış aktrisa bacısını itirdi
Bu gün, 12:01
Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... - "...qanunsuz olaraq imtina cavabı verilir"
Bu gün, 11:59
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru