Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                     Bu şirkət nizamnamə kapitalını yenə azaltdı .....                     “BazarStore”da yeni təyinat .....                     Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... .....                     "Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" .....                     Bıçaqlanan məktəb direktoru ilə katibə arasında .....                     23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən .....                     Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan .....                     "Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." .....                     Nazir rektorun oğluna yeni vəzifə verdi .....                     Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB .....                     İsrailin bu hücumda iki cari hədəfi var... .....                     Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... .....                     "Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" .....                     5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? .....                     Aşıq Ələsgərin heykəli tənqid olundu .....                     ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün .....                     BRİCS-ə üzvlük müraciətindən nə xəbər? .....                     “Bank Respublika”nın uğursuz yatırımı .....                     Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi .....                     Göyçayda fermerlər ÇƏTİN DURUMDA .....                     Xeyir mənşəcə yalandır! .....                     Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır .....                     "Azərbaycan da hazır olsun!..." .....                     Dəmir Yollarında NƏ BAŞ VERİR? .....                     Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub .....                     “Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb .....                     "Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                     Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? .....                     Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... .....                 

“İdeal-İ-İnşaaat” MMC-nin rəhbəri ilə bağlı yeni iddialar - "İsa Məmmədov bir neçə il əvvəl cinayət məsuliyyətinə cəlb edilib"
Tarix: 11-07-2015, 10:49 | Çap et
“İdeal-İ-İnşaaat” MMC-nin rəhbəri ilə bağlı yeni iddialar
Xəbər verildiyi kimi, “İdeal-İ-İnşaaat” MMC-nin rəhbərliyinin qanunsuz əməlləri ilə bağlı bir qrup paytaxt sakinləri Prezident İlham Əliyevə və Baş Prokuror Z.Qaralova, MTN naziri E.Mahmudova, DİN naziri R.Usubova... müraciət etmişdir. Bu müraciət “Təzadlar”ın rəsmi saytında işıqlandırılmışdır... Bundan sonra qarşı tərəf redaksiyaya ittiham dolu cavab təqdim etmişdir, əsasən, məlum tikinti qalmaqalında Rasim Nərimanov adlı iş adamını hədəf seçmişdir... Amma elə həmin gün İsa Məmmədov DİN-nin əməkdaşları tərəfindən qanunsuz əməlinə görə saxlanılmışdır (Bu barədə Tezadlar.az və “Balansinfo.az” saytları məlumat yaymışdır).
Bu gün (10.07.2015) məlum cavab məktubunda adı hallanan Rasim Nərimanovu redaksiyamıza dəvət etdik. Onunla müsahibəni təqdim edirik:
-Rasim müəllim, “İdeal İ İnşaaat” MMC-nin rəhbərliyi tərəfindən redaksiyaya göndərilmiş cavab məktubunda sizə qarşı ciddi ittihamlar var. Həmin ittihamlarla redaksiyamızda tanış oldunuz. Bu barədə nə deyə bilərsiniz?
- Ümumiləşdirərək hamısına yalnız bir cavabı verə bilərəm – yalan və böhtan! Həmin cavab məktubunda yalnız bəraətedici hallara uyğun - böhtan və yalanlar öz əksini tapıb. Başqa heç nə deyə bilmərəm.
-Qarşı tərəfin cavab məktubunda keçmiş Şüşə zavodunun ərazisində tikilən çoxmənzilli binanın inşası ilə bağlı sifarişçi ilə podratçı arasında uzun müddətdir davam edən tikinti mübahisəsindən söhbət gedir. İstər sizin – payçıların əvvəl dərc olunmuş şikayət ərizəsindən, istərsə də qarşı tərəfin cavabından məlum olur ki, podratçı tikinti ilə məşğul olmaq əvəzinə, inşa etdiyi və başa çatdırmadığı çoxmənzilli və çoxmərtəbəli yaşayış binasında yaşayış və qeyri-yaşayış sahələrini satmaqla məşğul olub. Dövlət aktı ilə qəbul edilməmiş yaşayış binasının mənzillərinin və qeyri-yaşayış sahəsinin satışı təbii ki, Az. Res. Mənzil Məcəlləsinə görə qanunsuzdur. Bu barədə nə deyə bilərsiniz.
-Əvvəla, qarşı tərəf məni “THE-BAKU-GROUP” LTD” MMC-nin rəhbəri kimi təqdim edir. Düzdür, mənim “THE-BAKU-GROUP” LTD” MMC-yə aidiyyətim var, lakin həmin MMC-nin rəhbəri deyiləm. Qarşı tərəfin cızma-qarasını mənə təqdim etdiniz və tanış oldum. Yazırlar ki, bizə 25% pay düşür, yəni “THE-BAKU-GROUP” LTD” MMC-yə... Lakin faktiki olaraq “THE-BAKU-GROUP” LTD” MMC-yə vur-tut 22,2% pay düşüb. Həmin binanın mənzillərinin 2,5%- i Bakı şəhər İcra Hakimiyyətinə pay kimi verilir. Yəni, payımıza düşən 25 faizin 2,5 faizi, yəni 10 faizi Bakı şəhər İH-ə verilir. Buna baxmayaraq podratçı İsa Məmmədov, hətta Bakı şəhər İH-ə çatası hissəni də mənimsəmişdir və 1 kvm sahə belə qoymamışdır. Qarşı tərəfin məlum şantaj və böhtan dolu cavabından belə məlum olur ki, guya həmin yaşayış kompleksindən bizə, yəni “THE-BAKU-GROUP” LTD” MMC-yə həm də 250 qaraj qalmışdır, amma biləsiniz ki, faktiki olaraq bizə 10 qaraj belə qalmamışdır. Hamısını İsa Məmmədov və onun dəstəsi ayrı-ayrı şəxslərə satıb- talamışdır. İsa MƏmmədov orada 250 qaraj olduğunu yazır, halbuki orada cəmi 192 qaraj vardır. Ən dəhşətlisi odur ki, o binanın inşaat sənədlərinə görə mövcud 192 qaraj əvəzinə bu adam vətəndaşlara saxta sənədlərlə 210 qaraj satmışdır. Buradan saxtakarlıq açıq-aşkar görünür. Deməli, 18 nəfər İsa Məmmədov tərəfindən bilə-bilə aldadılmış və pulları bilə-bilə mənimsənilmişdir. Elə isə necə olmuşdur ki, İsa Məmmədov “THE-BAKU-GROUP” LTD” MMC-yə 250 qaraj qalması iddiasını ortaya qoyur? Həmin kompleksdə 24 blok var. 24 blokun altı qeyri-yaşayış sahəsi kimi sənədlərdə keçir. Cəmi bu sahə 6150 kv.m-dir. Necə ola bilər ki, İsa Məmmədov kimi bir dələduz mən Rasim Nərimanova 6000 kv.m sahə vermişdir. Bu, necə ola bilər. Həmin kompleksin 22,5 faizini götürsək bu təxminən 1500 kv. edir. Deməli 6000 kv. Məsələsi qeyri-mümükündür. Bu daha bir yalandır.
- Rasim müəllim, qarşı tərəfin cavab-təkzib məktubunda sizin Qazaxıstan Respublikasındakı qanunazidd fəaliyyətinizdən bəhs olunur…
- Sizin qəzet o imkana malikdir ki, aidiyyəti dövlət qurumlarına sorğu versin, mənim xaricdə hansı ölkələrdə olub – olmamağımı sorğu verərək dəqiqləşdirsin. Elə siz İnterpola müraciət edərək hər şeyi öyrənə bilərsiniz. Məlum olar ki, mən Rasim Nərimanov Qazaxıstanda nə vaxt və neçənci ildə olmuşam. Ümumiyyətlə, mənim Qazaxıstan torpağına ayağım belə dəyməyib…
- Qarşı tərəfin cavabından həm də belə məlum olur ki, guya siz xaricdə hansısa kriminal ünsürlərin bank fəaliyyəti ilə əlaqəli olmusunuz…
- Bunlar növbəti şər və böhtan, uydurmadır. İsa Məmmədov özünə və məlum əməlinə layiq növbəti yalan və uydurmalarını işə keçirmək istəyir…
-Ortaya olduqca maraqlı bir hüquqi məsələ çıxır: “THE-BAKU-GROUP” LTD” MMC sifarişçidir, İsa Məmmədov isə “İdeal İ İnşaat” MMC-nin rəhbəri kimi podratçı. Bəs, sifarişçi müqavilə bağladığı, müəyyən şərtləri hüquqi müstəvidə konkretləşdirdiyi podratçıya necə imkan verə bilər ki, ikinci tərəf bu şərtlərdən kənara çıxıb qanunsuz fəaliyyətlə məşğul olsun. Yəni tikilməkdə olan binada mənzillərin və qeyri-yaşayış sahələrinin satışı ilə məşğul olsun? Bu qanunsuz hərəkətlərlə bağlı aidiyyəti dövlət qirimlarına şikayətiniz olubmu?
- “THE-BAKU-GROUP” LTD” MMC rəhbərliyi aidiyyəti dövlət qurumlarına, o cümlədən başda cənab prezident İlham Əliyev olmaqla, MTN-ə, DİN-ə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Düzdür, müəyyən addımlar atılmaqdadır, lakin biz hələki qane ediləsi nəticəni görmürük. Amma inanırıq ki, görəcəyik. Mən belə düşünürəm, Azərbaycan hüquqi dövlətdir, heç kim - bu sırada İsa Məmmədov, törətdiyi qanunsuz əməllərindən hüquqi cavab və nəticə olmadan kənarda qala bilməz.
- İsa Məmmədovun redaksiyamıza göndərdiyi cavab məktubundan o da məlum olur ki, “THE-BAKU-GROUP” LTD” MMC ilə “İdeal İ İnşaat” MMC arasında hansısa borc müqaviləsi olub və guya “THE-BAKU-GROUP” LTD” MMC rəhbərliyi külli miqdarda həmin borcu hələ də qaytara bilməyib…
- Mən bu iddiada şər və böhtandan başqa heç nə görmürəm. Bunlar əsassız ittihamlardır.
- Elə isə bu böhtan və şər məlumatlara görə qarşı tərəfi məhkəməyə vermək fikiriniz varmı?
- Bəli, belə bir fikrimiz var… Bu insan bütün bu dolaşıq məsələlərdə əsassız olaraq, böhtan ataraq mənim adımı çəkir… Əgər mənim, yaxud “THE-BAKU-GROUP” LTD” MMC-nin kiməsə borcu varsa, arada ən azından borc müqaviləsi olmalıdır, şərtlər müəyyən edilməlidir. Yaxud da borc ilə bağlı ortada şahidlər olmalıdır. Bunların hansı mövcuddur? Cavab məktubunda 45 min kv.m sahədən söhbət açılır. Ortada cəmi 42 min 342 kv.m sahədən söhbət gedir. İsa Məmmədov bu məsələdə də böhtana yol açıb. Yazır ki, guya ortada 45 min kv.m sahə belə olub… Bunlar ağ yalandır. Yəni pay bölgüsündə “THE-BAKU-GROUP” LTD” MMC-yə 42 min 342 kv.m sahə düşmüşdür. Göründüyü kimi İsa Məmmədovun yazdıqları şər və böhtandır.
- Həmin cavab məktubunda sizə qarşı daha bir ciddi ittiham irəli sürülür. O da xaricdən qanunsuz yolla gətirilən mobil telefon aparatı məsələsidir.
- Mən hazırda sizin redaksiyadayam və mənim sizə zəng etdiyim telefon aparatımı görürsünüz. Sizin telefon aparatı mənimkidən ən azı iki dəfə bahadır…
- Yox, mənim telefon aparatımın qiyməti təqribən 60-70 manat arasıdır.
- Deməli, gördüyünüz kimi, əgər mənim, İsa Məmmədovun şantaj etdiyi kimi, evimdə, yaxud ofisimdə xaricdən gətirilən çox ucuz telefon aparatlarını qablaşdırıb bu ölkənin istehlak bazarında satmaq imkanım varsa, ən azınada həmin baha satılan telefon aparatından birini özümə götürmüş olaram. Əgər İsa Məmmədov belə iddia edirsə buyursun, həmin bu aparatı ona bağışlayıram. Görünür ehtiyacı var. Mənim evim nə “Kitay”ın telefon sexidir, nə də mən o sexi idarə edən şəxsəm…
- Podratçının sifarişçi olaraq “THE-BAKU-GROUP” LTD” MMC rəhbərinin başı üzərindən atdığı məlum qanunsuz hərəkətlər nə vaxta kimi davam edəcək. Çünki bu problem sənədlərdəndə görünür ki, artıq 10 ildir davam edir.
- Mən bu barədə konkret heç nə deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, həmin binada mənzil almış, pulunu ödəmiş, lakin 10 ilə yaxındır mənzilinə köçə bilməyən vətəndaşlara yazığım gəlir. Onların mülkiyyət hüquqları İsa Məmmədov və onun ətrafı tərəfindən kobud surətdə tapdalanmaqdadır. Bircə onu deyə bilərəm ki, “THE-BAKU-GROUP” LTD” MMC rəhbərliyi mənə etibar və etimad göstərərək öz külli miqdarda şəxsi vəsaiti hesabına bu kompleksin tikilib başa çatdırılmasını qarşıya məqsəd qoymuşdur... Bu rəqəm heç də kiçik rəqəm deyil… Sadəcə, biz belə qəbul etdik ki, “İdeal İ İnşaat” MMC kimi bir fırıldaqçı şirkətin rəhbəri ilə üz-üzə qalmışıq, indiyədək həmin şirkətin rəhbəri İsa Məmmədovun yalanlarına aldanmışıq, lakin sifarişçi kimi vətəndaşlar qarşısında etibarımızı itirə bilmərik… Böyük rəqəmlə ifadə olunan bu vəsait “THE-BAKU-GROUP” LTD” MMC-nin təsisçilərinin ortaya qoyduğu şəxsi vəsaitdir. Həmin vəsaitin xərclənməsinin subyekti olan çoxsaylı inşaatçılar – mütəxəssis və fəhlələr bunu təsdiq edə bilərlər. Onların hansı birini çağırıb soruşsanız ki, sizi bu obyektdə kim çalışdırmışdır, deyəcəklər ki, Rasim Nərimanov… Siz təsəvvür edirsinizmi, İsa Məmmədov nə qədər acgözdür ki, yaşayış kompleksinin həyətinə girişi belə kənar şəxslərə satmışdır. Bu insan artıq özünü idarə edə bilmir. Əlimdə kifayət qədər fakt vardır ki, bu adam bir mənzili iki adama satıb… Bir qeyri-yaşayış sahəsini 2-3 adama satıb…
-Kompleksdə təxminən neçə belə mübahisəli mənzil mövcuddur?
- Çoxdur… Təbii ki, biz məhkəməyə sənəd təqdim edəndən sonra bu say müəyyənləşdiriləcək və İsa Məmmədovun məsuliyyəti ortada olacaqdır.
- Həmin sənədləri yəqin ki, həm də redksiyamıza təqdim edəcəksiniz?
- Əlbəttə… İsa Məmmədov eyni zamanda qeyri-yaşayış sahələrini də oxşar üsulla satıb.
- Bizə belə bir məlumat da daxil olub ki, İsa Məmmədov 2 gün əvvəl DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmçinin qohumu-yerinə tələm-tələsik direktor təyin etdiyi Çingiz Məmmədov. Bu məlumatlar doğrudurmu?
- Bəli, tamamilə doğrudur… İsa Məmmədov üst-üstə satdığı mağazaya görə Vahid adlı mülkiyyətçinin şikayəti əsasında saxlanılmışdır.
- Həmin şikayətçinin soyadı sizə məlumdurmu?
- Lazım gələrsə öyrənib deyərəm… Həmin şəxs özü tanınmış hüquqşünasdır. Bəli, bu insanın pulu alınıb saxta sənədlər verilmişdir. Hazırda o öz mülkünə sahib ola bilmir. Belə nümunələr bir neçədir. Bu barədə sizə əlavə məlumat verəcəyəm.
- Rasim müəllim, vətəndaşların bizə etdiyi şikayətdən məlum olur ki, həmin bina təhvil verilmədiyi halda və vətəndaşlar həmin mənzillərə köçmədiyi halda onlardan neçə illərdir ki, İsa Məmmədov tərəfindən kommunal xərclər tutulur.
- Özü də məcburi qaydada… Bu cinayət əməlidir, korrupsiya faktıdır. Təsəvvür edin, binada lift işləmir. Qaz, su, işıq yoxdur. Heç kəs mülkiyyəti olan mənzilində 10 ilə yaxındır təmir apara bilmir, amma kommunal xidmət haqqı ödəyir. Belə də özbaşınalıq olar?
- Həmin vəsait heç olmasa binanın zəruri ehtiyaclarına xərclənirmi?
- Siz nə danışırsız? İsa Məmmədov bu vəsaiti şəxsi ehtiyaclarına, kef məclislərinə xərcləyib.
- Bəs, sifarişçi niyə podratçının belə qanunsuz hərəkətlərinə imkan verir?
- Bildiyimə görə, “THE-BAKU-GROUP” LTD” MMC rəhbərliyi dəfələrlə aidiyyəti dövlət qurumlarına və İsa Məmmədovun şəxsən özünə müraciət edərək müqavilə öhdəliklərini xatırlatmışdır. Hətta təklif edilmişdir ki, əgər kompleksi tikib başa çatdırmaq üçün maliyyə imkanlarınız yoxdursa, çıxıb gedə bilərsiniz. Yəni belə xəbərdarlıq dəfələrlə olub. Lakin nəticə olmadığından “THE-BAKU-GROUP” LTD” MMC rəhbərliyi artıq aidiyyəti dövlət qurumlarına şikayət edib. Yəqin ki, tezliklə nəticəsini görəcəyik… Nəhayət, İsa Məmmədov cavab məktubunda bir absurd iddia və özünəməxsus yalanı ortaya qoyub. Yazır ki, guya “İdeal İ İnşaat” MMC bu kompleksdə 9%-lik paya məxsusdur. Bu, tamamilə ağ yalandır. Aydınlıq gətirim ki, bu kompleksdə 99 % səhm “THE-BAKU-GROUP” LTD” MMC-yə məxsusdur. Onun yazdıqları böhtandan başqa bir şey deyil. Bunu aidiyyəti qurumlarla aydınlaşdırıb bir daha dəqiqləşdirə bilərsiniz.
- Siz, İsa Məmmədovu yaxından tanıyan bir şəxssiniz. Redaksiyaya daxil olan məlumatda onun əvvəllər başqa bir cinayət əməlinə görə məsuliyyətə cəlb olunduğu deyilir. Bu doğrudurmu?
- Bəli, mən də eşitmişəm, bəzi məlumatlara malikəm... İsa Məmmədov bir neçə il əvvəl cinayət məsuliyyətinə cəlb edilib. Hətta bəzi dostlarımı mənə bildiriblər ki, sən belə “maşennik”ə necə rast gəlmisən? Bu adam iki dəfə məsuliyyətə cəlb olunub… Bir dəfə saxta pul kəsməyə görə, həmçinin borc qalmaqalına görə… Hətta Bayıl “türmə”sində yatması barədə məlumat da var – 2002-ci ildə. Aidiyyəti qurumlara sorğu versəniz, daha dəqiq məlumat əldə edə bilərsiniz.
- Sifarişçi ilə podratçı arasındakı bu qalmaqal nə vaxtadək davam edəcək?
- Təbii ki, cavab birmənalıdır: İsa Məmmədov əməlinə görə qanun qarşısında cavab verənədək və inanıram ki, bu tezliklə baş verəcəkdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
İsrailin bu hücumda iki cari hədəfi var... - İNCƏLƏMƏ
Bu gün, 09:44
Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... - DƏYİŞƏN HEÇ NƏ YOXDUR...
Bu gün, 09:42
"Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" - GİLEY
Bu gün, 09:33
5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? - HAZIR OLMALIYIQ...
Bu gün, 09:28
Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...
Bu gün, 09:26
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Bu gün, 09:25
BRİCS-ə üzvlük müraciətindən nə xəbər? - prosedurların ikisi keçilib, sonra...
Bu gün, 09:24
“Bank Respublika”nın uğursuz yatırımı - Şirkətin biznesi sürətlə əriyir
Bu gün, 09:22
Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi - TƏFƏRRÜAT
Bu gün, 09:21
Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..."
Bu gün, 09:19
Xeyir mənşəcə yalandır! - Aqşin Yenisey yazır...
Bu gün, 09:14
Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır
Bu gün, 09:08
"Azərbaycan da hazır olsun!..." - Qonşuluqda qalanan TONQAL
Bu gün, 09:05
Dəmir Yollarında NƏ BAŞ VERİR? - İşçilərə TƏZYİQ OLUNUR?
Bu gün, 09:02
Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub - İsrafil Kərimovun yazısı
Bu gün, 08:54
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Bu gün, 08:50
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru