“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                     Bu şirkət nizamnamə kapitalını yenə azaltdı .....                     “BazarStore”da yeni təyinat .....                     Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... .....                     "Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" .....                     Bıçaqlanan məktəb direktoru ilə katibə arasında .....                     23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən .....                     Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan .....                     "Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." .....                     Nazir rektorun oğluna yeni vəzifə verdi .....                     Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB .....                     İsrailin bu hücumda iki cari hədəfi var... .....                     Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... .....                     "Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" .....                     5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? .....                     Aşıq Ələsgərin heykəli tənqid olundu .....                     ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün .....                     BRİCS-ə üzvlük müraciətindən nə xəbər? .....                     “Bank Respublika”nın uğursuz yatırımı .....                     Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi .....                     Göyçayda fermerlər ÇƏTİN DURUMDA .....                     Xeyir mənşəcə yalandır! .....                     Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır .....                     "Azərbaycan da hazır olsun!..." .....                     Dəmir Yollarında NƏ BAŞ VERİR? .....                     Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub .....                     “Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb .....                     "Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                     Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? .....                     Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... .....                     Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... .....                     Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar .....                 

Arzu Rəhimovun Şirvandakı adamı rəsmən bazar açıb - O, bu işi bacara bilmədi...
Tarix: 8-06-2015, 10:44 | Çap et
Arzu Rəhimovun Şirvandakı adamı rəsmən bazar açıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə, idarə və bölmələrində üzə çıxan neqativ hallar səngimək bilmir ki, bilmir. Bu sahədə mövcud olan problemləri dəfələrlə qeyd edib konkret faktları ortaya qoymağımıza baxmayaraq, xidmət rəisi, general-leytenant Arzu Rəhimov vəzifə səlahiyyətlərindən kənar işlərlə məşğul olan şəxslərlə bağlı heç bir ölçü götürmür.

SHXÇDX yarandığı gündən etibarən xidmət rəisi yerli şöbə və idarələrdə demək olar ki, elə də ciddi yoxlamalar təşkil etməyib. Məhz bunun nəticəsidir ki, böyük ümidlərin bəsləndiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ciddi problemlər yaşanır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində də acınacaqlı vəziyyət hökm sürür. Rayondakı mənbələrdən aldığımız informasiyalara görə, Arzu Rəhimova yaxınlığı ilə seçilən şöbə rəisi, polkovnik-leytenant Həsənov Sacəddin Əşir oğlu qeyri-qanuni əməllərə imza ataraq əhalinin narazılığını qazanıb: «Şirvan Hərbi Komissarlığının fəaliyyət göstərdiyi illərdə yerli əhali bu qurumun işindən razı idi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətə başlayandan sonra vəziyyət dəyişdi. Hər çağırış dövrü xidmətin Şirvan şəhər şöbəsində sanki bazar açılır. Şöbə rəisi Sacəddin müəllim üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən gələ bilmir. Ən böyük problem çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır. Şirvan şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri Sacəddin Həsənovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər. Belə ki, həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları saxta sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər.

«Niqodnıy» hərbi biletin qiyməti çox bahadır. Bu sahədən əldə olunan gəlirin bir hissəsi şöbə rəisinə çatır. Sacəddin Həsənov nə etsə də, məsuliyyətdən yaxasını kənara çəkə və deyə bilməz ki, bu işlərdən mənim xəbərim yoxdur. Çünki həkim komissiyasının çağırışçılar haqqında tərtib etdiyi sənədlərə yekunda şöbə rəisi möhür vurub imza çəkir.

Sağlamlığında müxtəlif qüsurlar olan çağırışçıların hərbi xidmətə yola salınması sanki adi hal alıb. Xəstə çağırışçıların valideynləri şöbə rəhbərinin qabağında göz yaşı tökür, buna baxmayaraq, Arzu Rəhimovun kadrı öz bildiyini edir».

Mənbənin sözlərinə görə, həkimlər və şöbənin rəhbər heyəti çağırışçının xəstə olduğunu bilə-bilə onları ordu sıralarına cəlb edirlər: Fakt bu adam xəstədir, amma Sacəddin Həsənov və işçiləri onlardan nəysə umurlar. Belə özbaşınalıq heç yerdə görülməyib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şöbəsinin əməkdaşları özlərinə məxsus prinsiplərlə işləyirlər. Şöbənin bəzi işçilərinin altında bahalı maşınlar var. Onlar vəzifə maaşı ilə dodaq uçuqladan qiymətə olan avtomobilləri necə sürürlər?

Sacəddin Həsənov həyata keçirdiyi qeyri-qanuni işlərin sayəsində Şirvanın ən imkanlı şəxslərindən birinə çevrilməyi bacarıb. Maliyyə durumu çox yüksək səviyyədədir. Gözdən pərdə asmaq üçün «Lada Priora» sürür. Amma həyətində bir neçə bahalı maşınlar dayanır. Məlumata görə, onun paytaxtda mənzilləri və ticarət obyektləri var. Lazım gəlsə həmin mənzillərin və obyektlərin dəqiq yerini sizə deyə bilərəm, deyə mənbə bildirir.

Şirvan şəhər Səfərbərlik və Hərbi xidmətə Çağırış Şöbəsində mövcud olan problemlərdən biri də hərbi xidmətdən qayıdan gənclərlə bağlıdır. Belə ki, hərbi xidməti başa vuran şəxslər mövcud qanunvericiliyin tələblərinə əsasən aidiyyəti hərbi çağırış şöbələrində qeydiyyata düşməlidir. Xidmətin Şirvan şöbəsində ehtiyata buraxılmış gənclərin qeydiyyata düşməsi problemli məsələdir. Əslində, 10-15 gün ərzində həmin şəxsləri qeydiyyata alıb hərbi biletlərini özlərinə qaytarmalıdırlar. Şöbənin məsul şəxsləri isə bu prosesi 1, hətta 2 aya kimi uzadır. Hərbi xidməti başa vurmuş insanlar süründürməçiliklə üzləşirlər və bunun dərdindən müəyyən miqdarda «şirinlik» verib hərbi biletlərini tez götürürlər.

İyulun 1-dən şirvanlı gənclərin hərbi xidmətə çağırışına start verilib. Şöbə rəisinin vasitəsilə artıq bir neçə sağlam gənc «niqodnıy» hərbi biletlə təmin ediliblər. Təəssüf ki, əlaqədar hüquq-mühafizə orqanları şöbədə üzə çıxan qanunsuzluqların izinə düşüb araşdırma aparmırlar. Hərbi Prokurorluğun və xidmətin məsul şəxsləri şöbədə hökm sürən qanunsuzluqlarla bağlı ölçü götürmürlər.

Arzu Rəhimov Şirvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsində nələrin olub-bitdiyini çox yaxşı bilir. Sadəcə, özünü görməzliyə vurur ki, bu da Sacəddin Həsənovun onun «tələbləri»ni lazım olan səviyyədə ödəməsi ilə bağlıdır».

Mənbə həmçinin Sacəddin Həsənovun vəzifəsini necə qoruması barədə də danışdı: «Hərbi komissarlıqlar ləğv olunanda polkovnik-leytenant təşvişə düşdü. Bütün hərbi komissarlar kimi, o da sərəncama götürülmüşdü. Amma necə oldusa, Arzu Rəhimova «xod» tapdı və xidmət rəisini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək postunda qaldı. Bundan başqa hər çağırış dövrünün sonunda Bakıya gəlib lazımi tapşırıqları yerinə yetirir. Bu səbəbdən də ona «gözün üstə qaşın var» deyən yoxdur».

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
İsrailin bu hücumda iki cari hədəfi var... - İNCƏLƏMƏ
Bu gün, 09:44
Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... - DƏYİŞƏN HEÇ NƏ YOXDUR...
Bu gün, 09:42
"Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" - GİLEY
Bu gün, 09:33
5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? - HAZIR OLMALIYIQ...
Bu gün, 09:28
Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...
Bu gün, 09:26
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Bu gün, 09:25
BRİCS-ə üzvlük müraciətindən nə xəbər? - prosedurların ikisi keçilib, sonra...
Bu gün, 09:24
“Bank Respublika”nın uğursuz yatırımı - Şirkətin biznesi sürətlə əriyir
Bu gün, 09:22
Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi - TƏFƏRRÜAT
Bu gün, 09:21
Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..."
Bu gün, 09:19
Xeyir mənşəcə yalandır! - Aqşin Yenisey yazır...
Bu gün, 09:14
Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır
Bu gün, 09:08
"Azərbaycan da hazır olsun!..." - Qonşuluqda qalanan TONQAL
Bu gün, 09:05
Dəmir Yollarında NƏ BAŞ VERİR? - İşçilərə TƏZYİQ OLUNUR?
Bu gün, 09:02
Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub - İsrafil Kərimovun yazısı
Bu gün, 08:54
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Bu gün, 08:50
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru