Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi .....                     İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb .....                     “Gümrü-Qars dəmir yolu...” .....                     Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR .....                     Burada təhsildən daha çox puldan danışılır... .....                     Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                     Bu şirkət nizamnamə kapitalını yenə azaltdı .....                     “BazarStore”da yeni təyinat .....                     Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... .....                     "Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" .....                     Bıçaqlanan məktəb direktoru ilə katibə arasında .....                     23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən .....                     Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan .....                     "Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." .....                     Nazir rektorun oğluna yeni vəzifə verdi .....                     Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB .....                     İsrailin bu hücumda iki cari hədəfi var... .....                     Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... .....                     "Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" .....                     5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? .....                     Aşıq Ələsgərin heykəli tənqid olundu .....                     ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün .....                     BRİCS-ə üzvlük müraciətindən nə xəbər? .....                     “Bank Respublika”nın uğursuz yatırımı .....                     Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi .....                     Göyçayda fermerlər ÇƏTİN DURUMDA .....                     Xeyir mənşəcə yalandır! .....                     Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır .....                     "Azərbaycan da hazır olsun!..." .....                     Dəmir Yollarında NƏ BAŞ VERİR? .....                     Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub .....                 

Bakıda daha bir bank ətrafında qalmaqal yarana bilər... - Maliyyə maxinasiyaları ittihamı
Tarix: 27-05-2015, 10:34 | Çap et
Bakıda daha bir bank ətrafında qalmaqal yarana bilər...
Bəzən yaşlı nəsil "çox pis zəmanəyə gəlib çıxmışıq" dediklərində, ya onlara əhəmiyyət verilmir, yaxud da gülümsəyib keçilir. Lakin deyilən sözlərdə həqiqət var və bu danılmazdır. Bugünkü günümüzdə on nəfərdən doqquzunun banklara borcu var desək, yəqin ki, yanılmarıq. Banklarla bağlı ən çox gözəçarpan problem isə, təbii ki, kreditlərin yüksək faizlə verilməsidir. Əslində, bu, çox ciddi problemdir.

Məsələn, əvvəllər xaricdən 5-8 faizlə uzunmüddətli vəsait cəlb etmək mümkün idisə, artıq bu rəqəm 10-15 faizədək bahalaşıb. Banklararası bazarda da pulun qiyməti çox yüksəkdir. Qiymətlər baha olduqca, banklar faizlə daha çox qazanmaq istəyir. Ümumiyyətlə, bu gün respublikamızda istehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri məhz bank sektorudur. Xüsusilə kreditlərin ödənilməsinin vaxtı ilə bağlı vətəndaşlarla banklar və kredit təşkilatları arasında daim narazılıqlar yaşanır ki, bunun da mediadan şahidi oluruq. Bir tərəfdən vətəndaşların bağlanılan kredit müqavilələri ilə yaxından tanış olmaması, digər tərəfdən isə, məhkəmələrin bu işləri yetərincə araşdırmaması səbəbindən insanlar çox vaxt əmlaklarını itirirlər. Zaman-zaman insanların kredit borcunu qaytara bilməməsindən özlərinə qəsd etmələri hallarına da rast gəlirik. Hətta bu kimi durumlar bu günlərdə daha geniş vüsət alıb ki, bu da çox acınacaqlı bir durumdur. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş vermişdi. Fərmana görə, Mərkəzi Banka (MB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, MB 6 aydan bir Azərbaycan Prezidentini görülmüş işlər barədə məlumatlandırmalıdır. Mərkəzi Bank artıq xeyli vaxtdır ki, kredit faizlərinin aşağı düşəcəyini bəyan etsə də, reallıqda dəyişən heç nə yoxdur. Aydındır ki, məsələnin dövlət başçısı tərəfindən özü də rəsmi fərmanla gündəmə gətirilməsi problemin ciddiliyini və miqyasını təsəvvür etmək üçün kifayətdir. Ümumiyyətlə, hazırda fəaliyyət göstərən bankların durumu heç də qənaətbəxş hesab edilə bilməz. Bizdə bank sektorunda kredit faizlərinin dərəcələrinin aşağı salınması ilə bağlı bəzi işlər görülsə də, yenə də qonşu dövlətlər və Avropa ölkələri ilə müqayisədə bu dərəcələr çox yüksəkdir. Məsələn, Avropada kredit almaq istəyən şəxs götürdüyü məbləğin 2-6 faiz civarında əlavə vəsait ödədiyi halda, bizdə bu rəqəm iki, bəzən də üç dəfə yuxarı olur. Ümumiyyətlə, hazırda bizdə banklarda baş verən fırıldaqçılıq daha geniş vüsət alıb. Yalnız reklamlarda bankların daha sərfəli kreditlər təklif etdiklərini, faizlərin aşağı olmasını, çox asan şəkildə kreditlərin əldə edildiyini görürük. Amma banklara yaxınlaşdıqda, edilən reklamın, təklif edilən şərtlərin yalan olduğu bəlli olur. Bu kimi durumlardan vətəndaşlar hər zaman şikayətçi olsalar da, amma məcburiyyətdən bankların təklif etdikləri şərtlərlə razılaşmalı olurlar. Hətta ölkənin ən iri və nüfuzlu banklarında belə, müştərilərin incidilməsi, aldadılması hallarına yol verilir. Bu cür banklardan biri də məhz "Parabank" ASC-dir. İlk öncə qeyd edək ki, "Parabank" ASC-nin bir çox rayonlarda filialları var ki, zaman-zaman həmin filiallardan şikayətlər daxil olur. Daxil olan şikayətlərdə müştərilərin incidildiyi, get-gələ salındığı, faiz dərəcələrinin yüksək olması kimi hallar sadalanır. Məsələn, "Parabank" ASC-də hesabdan pul götürməyin müşkülə çevrildiyi söylənir. Və pul çıxarmaq üçün ən azı 1 həftə öncə sifariş verməlisən. Əks halda bu əməliyyatı həyata keçirə bilməzsən. Lakin əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, digər banklarda hesabdan pul çıxarmaq üçün əvvəlcədən hansısa sifarişə ehtiyac yoxdur. Yəni müştəri istirahət və bayram günlərindən başqa, istənilən vaxt heç bir problemlə üzləşmədən pulunu götürə bilər. Həmçinin daxil olan şikayətlər sırasında "Parabank" ASC-nin müştərilərə kredit verən zaman onlardan yüksək məbləğdə "şapka" istəməsi də yer alır. Belə ki, "Parabank"ın təqdim etdiyi kredit faizlərinin kifayət qədər yüksək olduğu halda, bu azmış kimi kreditlərin verilməsi zamanı müştərilərdən tələb edilən "şapka" kreditin onsuz da az olmayan faizinin daha da yüksəlməsinə səbəb olur. Bununla da, son nəticədə vətəndaş pulu ödəməkdə çətinlik çəkir. Belə olan halda isə, təbii ki, problemli kreditlərin artma ehtimalı da yüksək olur. Digər bir məlumata görə isə, "Parabank"ın fəaliyyətində nəzərə çarpan digər bir neqativ hal isə vətəndaşların girovlarının su qiymətinə əldən çıxması üçün qurulan mexanizmdir. Ki, bu proses zamanı vətəndaşlara külli miqdarda ziyan dəyir, bank isə asan yolla əlavə qazanc əldə edir. Müvafiq qaydalara görə, bankda girov qoyulan əmlakın hərracda satılan qiyməti müştəriyə məktubla göndərilməlidir. Bu isə edilmədiyindən bank öz işini asan şəkildə həyata keçirir. Çünki reallıqda heç bir avtomobil və ya mülk hərracda satılmır. Avtomobillər bazarda satılır, hərracdan isə filan əmlakın, filan qiymətə satılması haqqında sənəd verilməsi xahiş edilir.

Onu da diqqətinizə çatdıraq ki, sadalanan durumlar, faizlərin yüksək olması, vətəndaşlardan hansı şərtlər altında alınması barədə bank işçiləri müştəriləri bilgiləndirməli olduqları halda, heç bir məlumat vermirlər. Elə bu durumun özü də, yuxarıda sadalanan qanunsuzluqlarla eynidir ki, bu da təbii olaraq banka sərf edir. Bu səbəbdən də, vətəndaşlar sözügedən "Parabank" ASC ilə müqavilə imzalamadan, şərtlərlə daha dəqiq və ciddi şəkildə tanış olmalıdırlar ki, sonradan aldananlar sırasında olmasınlar. Əslində, qeyd edilən nöqsanlar, qanunsuzluqlar, şikayətlər barədə dəfələrlə söz açmış, gündəmə gətirmişik. Lakin məsələ ilə bağlı hələ ki, heç bir ciddi ölçü götürülməyib.
\\ gundelik-baku.com \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
İsrailin bu hücumda iki cari hədəfi var... - İNCƏLƏMƏ
Bu gün, 09:44
Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... - DƏYİŞƏN HEÇ NƏ YOXDUR...
Bu gün, 09:42
"Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" - GİLEY
Bu gün, 09:33
5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? - HAZIR OLMALIYIQ...
Bu gün, 09:28
Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...
Bu gün, 09:26
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Bu gün, 09:25
BRİCS-ə üzvlük müraciətindən nə xəbər? - prosedurların ikisi keçilib, sonra...
Bu gün, 09:24
“Bank Respublika”nın uğursuz yatırımı - Şirkətin biznesi sürətlə əriyir
Bu gün, 09:22
Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi - TƏFƏRRÜAT
Bu gün, 09:21
Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..."
Bu gün, 09:19
Xeyir mənşəcə yalandır! - Aqşin Yenisey yazır...
Bu gün, 09:14
Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır
Bu gün, 09:08
"Azərbaycan da hazır olsun!..." - Qonşuluqda qalanan TONQAL
Bu gün, 09:05
Dəmir Yollarında NƏ BAŞ VERİR? - İşçilərə TƏZYİQ OLUNUR?
Bu gün, 09:02
Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub - İsrafil Kərimovun yazısı
Bu gün, 08:54
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Bu gün, 08:50
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru