“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

Müdafiə nazirliyi daxilində generalların çəkişməsi - Zakir Həsənovu Nəcməddin Sadıqov idarə edir?
Tarix: 21-06-2014, 13:29 | Çap et
Müdafiə nazirliyi daxilində generalların çəkişməsi
Bu gedişlə Zakir Həsənov nazir postu ilə deyəsən vidalaşmalı olacaq. Təyinatının ilk anlarında hamının ümidilə yanaşdığı nazir ümidləri ictimai rəydə demək olar ki, ciddi zədələdi. Düzgün hərbi salam belə vermədiyi ekspertlər tərəfindən dəyərləndirilən Zakir Həsənov həm də orduda əsgər ölümü qarşısında aciz qaldı. Sələfi Səfər Əbiyev ən çox əsgər ölümlərinə görə ittiham edilirdisə yeni nazirdən sonra əsgər ölümləri nəinki azaldı, bəzi məqamlarda sayda artımda oldu.

Təsəvvür edin, 2013-cü ildə ordumuzda 97 əsgər, onlardan 71 nəfər qeyri-döyüş şəraitində həyatını itirib. Və son 2014-cü ilin rəqəmlərində əsgər ölümünün ağılasığmaz həddində artdığının şahidi oluruq.Hətta hazırda ölənlərin sayının 50-yə çatdığı bildirilir. Çox qəribədir ki, bu ölümlərin əksəriyyətinin nədən baş verdiyi sona qədər açıqlanmır. Elə sonuncu ölüm faktıda bunu sübutlayır. Nazirliyin öz mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralayıb və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirib. Sonra isə əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar edib. Maraqlıdır, bəs nədən belə hadisə baş verir? Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bu ordudakı generalların bir başa səhlənkarlığı ilə bağlıdır:”Bu gün generallar vəzifələrinə qeyri-ciddi yanaşırlar və müəyyən proseslər baş verir ki, belə hallar arta-arta gedir. Zakir Həsənov ilk günlərdə olduğu kimi yenə də generalları sıxmalıdır. Yoxsa durum daha da ağırlaşacaq. Bunu da deyim ki, son ölüm hadisəsinin yeri gizlədilsədə biz oranın harda olduğunu öyrəndik. Həmin hərbi hissə intizamlı hissə kimi qəbul olunurdu və hadisə günlərində hətta ora xaricdən qonaqlarda getmişdi. İndi təsəvvür edin ki, nümunəvi hərbi hissədə belə hal olursa o birilərində nə baş verir”. Bundan başqa Zakir Həsənovun kadr təyinatlarında da olub-qalan ümidləri doğrultmadığı bildirilir. Əslində həqiqətən də Zakir Həsənov anlaşılmaz təyinatlar edib, sonra bu təyinatlardan imtina etdiyi hallarda olub. Ekspert Üzeyir Cəfərov bildirir ki, hətta ilk anlarda Zakir Həsənov ordu generallarını yaxşı tanımadığından əsasən Baş Qərargah rəisi Nəcməddin Sadıqovun fikirləri əsas götürülürdü və hansısa maraqlar çərçivəsində yersiz təyinatlar olurdu. Məhz bu təyinatlara görə də Zakir Həsənova orduda yanaşma birmənalı olmadı. İndinin özündə belə bildirilir ki, Nəcməddin Sadıqov daha çox təsiretmə imkanlarına malikdir və Zakir Həsənov hələ ki, bunu neytrallaşdıra bilmir. Gəlin bir fakta baxaq. Azərbaycanın Hərbi Hava Qüvvələrinin bir qrup zabiti redaksiyaya müracət edərək bu qoşun növünün komandanı general-mayor Ramiz Tahirovun təyinatının ciddi narazılıq doğurduğunu bildiriblər.Zabitlər bildirirlər ki, müdafiə naziri Zakir Həsənovun HHQ komandanı vəzifəsinə 2011-ci ildə general-mayor rütbəsi almış Ramiz Tahirovu təyin etməsi bütün şəxsi heyətin təəccübünə səbəb olub. Çünki R.Tahirov döyüş zabiti deyil, uzun müddət, az qala 10 il döyüş təlimlərində iştirak etməyib və Prezident Administrasiyasında köməkçi statusunda kabinet işi görüb.Bildirilir ki, R. Tahirov isə vəzifəyə təyin olunan kimi iki xalası oğlunu, HHQ-də yüksək vəzifələrə təyin edib. Onun əmrinə əsasən Müşfiq Şabanov HHQ Qərargah rəisinin müavini, Emin Şabanov isə arxa cəbhə təminatı idarəsinin rəisi postlarına təyin edilib. Zabitlər onu da bildirir ki, HHQ-də aparılan bu kadr dəyişikliklərinin arxasında baş qərargah rəisi Nəcməddin Sadıqov dayanır. N.Sadıqov Müdafiə Nazirliyində hakimiyyəti faktiki ələ alıb. Ekspertlər bildirir ki, son günlərdə orduda gərginliyin yaranmasının başlıca səbəblərindən biri də budur ki, Zakir Həsənovla Nəcməddin Sadıqov üz-üzə gəlib. Yəni iki general arasında münasibətlər pozulub və nəticədə anlaşılmamazlıqlar artıb. Üzeyir Cəfərovun “Unikal”a açıqlamasından:”Öncələr Zakir Həsənovla Nəcməddin Sadıqov hərbi hissələrə gedib bir yerdə şəkil çəkdirirdilərsə, artıq daha bunlar yoxdur. Zakir Həsənov yeni təyin
olunanda Nəcməddin Sadıqov şəraitdən istifadə edərək kadr islahatlarına müdaxilə etmişdi. Hətta ola bilsin ki, Zakir Həsənov kadr dəyişikliyinə yenidən baxsın”. Bunu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyi başqa bir problemlədə üz-üzə qaldı. Demək olar ki, hər gün Müdafiə Nazirliyindən informasiya sızırdı və bu informasiya təhlükəsizliyinin tam pozulması idi ki, bununda məsuliyyəti Zakir Həsənovun üzərinə düşürdü. Çünki məhz onun nazir təyinatından sonra sanki məxfi məlumatlar asanlıqla nazirlikdən çıxarılırdı. Sonradan isə iddia olundu ki, Zakir Həsənovun əleyhinə informasiyalar elə Nəcməddin Sadıqovun ən yaxın adamı tərəfindən sızdırılırmış. Bütün bunlar isə belə rəy yaradır ki, Zakir Həsənov faktiki olaraq nazirliyi təkbaşına idarə edə bilmir və Nəcməddin Sadıqov qılıncı başının üzərində dayanıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru