Torpağını itirən Salyan sakini aldadıldığını iddia edir - "Məhkəməyə vermir, lap Barak Obamaya şikayət etsin"
Tarix: 2-06-2014, 10:15 | Çap et
Salyan rayonunun Dayıkənd kəndindəki 5 hektaradək olan torpaq sahəsi ilə bağlı yaranan mübahisə 2 nəfər sakini üz-üzə qoyub.
Tərəflərdən biri həmin yeri icarəyə verdiyini, digəri isə dəyərini ödəməklə aldığını iddia edir. Mübahisənin kökü 9 il əvvələ gedib çıxır.
“Həyat yoldaşımın müalicəsi üçün nağd pul lazım olanda, əlimdə mal-mülk, əmlak adına 4,18 ha quru torpaqdan başqa heç nə yox idi. Bütün kəndə elan etdim ki, həmin yeri uzun müddətə icarəyə verirəm. Mən bu addımı atmağa məcbur idim. Heç ağlıma da gəlməzdi ki, düşdüyüm vəziyətdən sui-istifadə edən, əmlakımı ələ keçirmək istəyən olar.”
infom.az-ın redaksiyasına gələn Dayıkənd sakini Məmməd Tağıyev başına gələnlərləri danışır.
Onun sözlərinə görə, 2005-ci ildə arvadı xəstələnərkən əlində olan qəpik-quruş, qohum-qonşudan aldığı borc müalicə üçün yetərsiz olub. Fikirləşib ki, başı xəstəsinə qarışdığından onsuz da torpağını əkib-becərməyə imkanı olmayacaq, onu bir müddətə başqa şəxsə icarəyə vermək vəziyyətdən ən yaxşı çıxış yoludur.
“Elandan sonra torpağa bir neçə nəfər müştəri çıxdı.Onların arasından həmkəndlim, hacı titullu Rüstəm Qafarova inandıb. Yeri 8 il müddətinə 5 min manata xeyirləşdik. Bir müddətdən sonra Rüstəm dedi ki, gəl bu əqdi rəsmləşdirək,. Etiraz etmədim. Getdik notarial kantoruna. Orada bəzi sənədlərə imza atdım.
Bir də 2013-cü ildə yerimi geri istəyəndə mənə məlum oldu ki...” Məmməd Tağıyev and-aman edir ki, həmkəndlisi onun savadsızlığından istifadə edərək torpağın alqı-satqısına aid sənədləri imzalatdırıb.
Demə elə o vaxtdan bəri mülkiyyətə sahiblik hüququnu da itiribmiş. O, aldadılmağı ilə bağlı dəfələrlə müxtəlif dövlət orqanlarına şikayət etdiyini, lakin müraciətlərinin araşdırılmadığını bildirir.
Ailə üzvləri gələcəkdə torpaqsız qalmasın deyə Məmməd Tağıyev, hətta 8 illik icarə haqqı olaraq ödənilmiş 5 min manatı da geri qaytarmağa razıdır.
Amma qarşı tərəfin bununla da razılaşmadığını deyir:
“Bu hacı Nuh deyir, peyğəmbər demir. Sənəd öz yerində, amma ta binadan eldə kişi sözünün dəyəri olub. Başa düşmür ki, aldatma yolu yiyələndiyi torpaqdan xeyir götürə bilməz. Mən bunu hallal etmərəm axı ona. Son çarə olaraq məhkəməyə müraciət edəcəyəm, görək nə olur.”
Əməkdaşımız qarşı tərəfin- Rüstəm Qafarovun da mövqeyin öyrənib.
Hacı həmkəndlisinin yalan danışdığını, əslində yeri ona satdığını deyib: “Məmməd Tağıyev satıb, mən də almışam. Vəssalam. Məhkəməyə vermir, lap Barak Obamaya şikayət etsin. Mən arxalı adamam, Məmməd kimilər mənim qatıma girə bilməz.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Bu gün, 19:02 |
|
|
|
• “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Bu gün, 19:00 |
|
|
|
• Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Bu gün, 18:24 |
|
|
|
• “Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Bu gün, 18:21 |
|
|
|
• Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Bu gün, 18:15 |
|
|
|
• İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Bu gün, 18:00 |
|
|
|
• Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Bu gün, 17:58 |
|
|
|
• İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Bu gün, 17:43 |
|
|
|
• “Sizi dörd şeyə görə qısqanırlar”
Bu gün, 17:39 |
|
|
|
• ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Bu gün, 17:37 |
|
|
|
• Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Bu gün, 17:34 |
|
|
|
• Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Bu gün, 17:33 |
|
|
|
• Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Bu gün, 17:30 |
|
|
|
• Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 17:27 |
|
|
|
• “Azercell Telekom” yenə məhkəməyə verildi
Bu gün, 17:24 |
|
|
|
• “Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Bu gün, 17:00 |
|
|
|
• “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Bu gün, 16:59 |
|
|
|
• Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Bu gün, 16:57 |
|
|
|
• Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Bu gün, 16:52 |
|
|
|
• İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Bu gün, 16:44 |
|
|
|
• İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Bu gün, 16:43 |
|
|
|
• Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Bu gün, 16:40 |
|
|
|
• İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Bu gün, 16:37 |
|
|
|
• İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Bu gün, 16:35 |
|
|
|
• Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Bu gün, 16:30 |
|
|
|
• Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 16:27 |
|
|
|
• “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Bu gün, 16:22 |
|
|
|
• Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Bu gün, 16:18 |
|
|
|
• Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Bu gün, 16:11 |
|
|
|
• Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Bu gün, 16:09 |
|
|
|
• Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Bu gün, 16:05 |
|
|
|
• İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Bu gün, 16:01 |
|
|
|
• “Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Bu gün, 16:00 |
|
|
|
• Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08 |
|
|
|
• Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42 |
|
|
|
• “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10 |
|
|
|
• İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02 |
|
|
|
• Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56 |
|
|
|
• İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09 |
|
|
|
• "Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07 |
|
|
|
• Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04 |
|
|
|
• Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02 |
|
|
|
• Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59 |
|
|
|
• Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45 |
|
|
|
• Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40 |
|
|
|
|