Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur .....                     Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... .....                     Nikol Bakının önündə geri çəkildiyini elan etdi .....                     Makron dünyanı Azərbaycana qarşı qaldırır .....                     Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib .....                     3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti .....                     Qarabağda 7 kəndə su çəkilir .....                     Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ .....                     Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi .....                     COP29-a qədər sülh sazişi imzalanacaq? .....                     Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib .....                     Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib .....                     Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... .....                     “Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb .....                     Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır .....                     Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib .....                     ABŞ Güney Qafqazda güclənmək istəyirsə... .....                     Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU .....                     Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq .....                     Rusiya Çində gizli PUA hazırlayır .....                     Vaxtı keçmiş məhsullar ENDİRİM adı altında satılır... .....                     İsrail və Hizbullah arasında atəşkəs bir neçə saat ərzində qüvvəyə minəcək .....                     MİDA-nın rəhbərliyinə 2 ildə .....                     Erməni ekstrasensdən şok iddia: .....                     Şahin Bağırov da YARITMADI... .....                     Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI .....                     Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir .....                     Toy geyimində DƏRSƏ GƏLƏRLƏR? .....                     "Gücüm, ilhamım, həmişəlik dostum" .....                     Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər seçilib .....                     Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisinin sədr müavini seçilib .....                     Kanada Azərbaycana necə təzyiq edə bilər ki? .....                     Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib .....                     Yerin altı tıxac, üstü tıxac .....                     `Leo Bank` faiz tutdu, müştərisi İMTİNA ETDİ... .....                     Vilayət Eyvazov onları İŞƏ GÖTÜRDÜ .....                     Paşinyan komanda yoldaşlarını .....                     Bu gün VII çağırış Naxçıvan MR Ali Məclisinin .....                 

Dolları 2 manata qaldırmaq istəyirlər... - BELƏ HARA GEDİRİK?..
Tarix: 2-09-2024, 08:42 | Çap et
Dolları 2 manata qaldırmaq istəyirlər...
"Son vaxtlar cəmiyyətdə dolların bahalaşacağından dolayı ciddi narahatlıq var. Bu barədə düşünənlər arasında hakim fikir ondan ibarətdir ki, bir dollar iki manata qədər bahalaşa bilər. Maraqlıdır, dolların kursu dünyada ucuzlaşmağa doğru meylli olduğu, ABŞ-ın dövlət borcu maksimum həddə - 6 trilyon dollara çatdığı, Amerika dövlət büdcəsinin defolt (müflisləşmə) ərəfəsində olduğu bir dövrdə Azərbaycan vətəndaşlarının dolların bahalaşmasından dolayı əndişəsi nədən qaynaqlanır?" Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə iqtisadçı-ekspert Akif Nəsirli çıxış edib.

O daha sonra əlavə edib: "Əvvəla onu qeyd edək ki, ölkə əhalisinin bu istiqamətdə yaxın keçmişdən qalan bir təcrübəsi var - 2015-ci ildə baş verənləri hələ cəmiyyət unutmayıb. Həmin vaxt baş verən devalvasiyadan əvvəl nələr baş verdiyini, hər ay hərraclarda nə qədər dollar satıldığına yalnız peşəkar iqtisadçılar diqqət yetirirdi. Amma devalvasiya baş verəndən sonra bütün cəmiyyətə izah edildi ki, bu proses ölkənin valyuta ehtiyatlarının "əriməsinə" bağlı olan məsələdir. Devalvasiya baş verməsə idi, bir neçə ay ərzində hökumətin valyuta ehtiyatları - maliyyə "yastığı" tamamilə tükənəcəkdi və Mərkəzi Bankın əlində hərraca çıxarmağa valyuta qalmayacaqdı. Nəticədə ölkəyə yerli tələbat mallarının idxalında ciddi problemlər yarana, mağazalarımızın vitrinləri boşala, ciddi ərzaq və digər gündəlik tələbat mallarının çatışmazlığı baş verə bilərdi.

Hazırda yuxarıda qeyd edilən dövrə bənzər şəkildə kommersiya banklarının dollara tələbatı artıb. Belə ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 62 valyuta hərracında 4 milyard 795.2 milyon ABŞ dolları satılıb. AMB öz ehtiyatları hesabına valyuta satışları həyata keçirir. AMB-nin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-avqust aylarında keçirilən valyuta hərraclarında banklara 2 milyard 296.1 milyon ABŞ dolları satılıb. Cari ilin avqust ayında keçirilən 9 valyuta hərracında isə valyuta satışının məbləği 649.1 milyon dollar təşkil edib. Bu baxımdan cəmiyyətin narahatlığı anlaşılandır.

Amma məsələ burasındadır ki, 2015-ci ildə baş verən devalvasiya ərəfəsində neftin dünya bazarında qiyməti kəskin ucuzlaşaraq, bir bareli 18-20 dollara qədər düşmüşdü. Ona görə də, bir tərəfdən dollara tələbat valyuta ehtiyatlarını sürətlə əridir, digər tərəfdən isə neft satışından gələn cüzi valyuta itkiləri bərpa edə bilmirdi. Bu halda hökumətin devalvasiyadan başqa seçim imkanı qalmırdı".

Dia-az.İnfo bildirir ki, "bəs indi vəziyyət necədir, həmin dövr tamlığı ilə təkrarlanırmı?" sualına cavabında isə A.Nəsirli bunları deyib: "Hazırda ötən ilin eyni dövrü ilə müqayisədə dollara tələbat 2,1 dəfə artsa da, bu ilin 8 ayı ərzində AMB-nin valyuta ehtiyatları azalmayıb, əksinə artıb. Belə ki, 31.01.2024-cü il tarixə AMB-nin valyuta ehtiyatı 11 milyard 637 milyon ABŞ dolları olduğu halda, 31.07.2024-cü il tarixdə bu göstərici 11 milyard 765.7 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, valyutaya tələbat artsa da, hökumətin manatın məzənnəsini qorumaq üçün bütün imkanları 2015-ci ildəki kimi tükənməyib. Bu imkan isə neft-qazın qiymətlərinin dünya bazarında sabitləşməsi və ölkənin müəyyən qədər qeyri-neft sektoru məhsullarının ixracıdır. Çünki idxal ölkə daxilində valyutaya tələbatı artırır, ixrac isə bizə valyuta gətirir. Bu balans müsbət saldoya malikdirsə, ölkə daxilində heç bir maliyyə problemi gözlənilmir. Bu ilin 8 ayı ərzində təxminən 4,9 milyard dollar hərraclarda satılsa da, ölkəyə ümumi ixracatdan 20 milyard dollardan çox vəsait daxil olub. Yəni müsbət saldomuz 15 milyard ABŞ dolları təşkil edir.

Nəticə olaraq qeyd edək ki, yalnız bir indiqator üzrə - ölkə daxilində dollara tələbatın artması manatın dollara nisbətən məzənnəsinin ucuzlaşmasına, yəni dolların bahalaşmasına təhdid yaradır. Digər indiqatorlar isə sabit olaraq qalır. Yəni hökumətin hazırkı kursu sabit saxlamaq üçün geniş imkanları var.

Lakin biz arzu edərdik ki, hökumət qeyri-neft sektorunun istehsal və ixrac potensialını artırmaqla, ölkə daxilində xarici valyutaya tələbatı azaltmağa nail olsun və manatı sərbəst dəyişən valyuta kimi "üzən məzənnə" rejimində tənzimlənməsinə keçsin".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kremlin blef və şantajı: Putin həm qorxur, həm qorxudur - NƏ BAŞ VERİR?
Bu gün, 09:13
Sülh masası uğrunda müharibə: Nyu Yorkdan sonra Moskva... - İNCƏLƏMƏ
Bu gün, 09:10
Nikol Bakının önündə geri çəkildiyini elan etdi - GƏLİŞMƏ
Bu gün, 09:08
Makron dünyanı Azərbaycana qarşı qaldırır - Emanuelin məkrli planı
Bu gün, 08:52
Şirvanda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Bu gün, 04:45
3 il əvvəl Azərbaycan bazarına daxil olmuş BƏƏ şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
Qarabağda 7 kəndə su çəkilir - 15 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 00:02
Dia-az.İnfo-da TEXNİKİ FASİLƏ - LÜTFƏN... NƏZƏRƏ ALIN...
26-09-2024, 14:16
Qaradağ rayonunda “27 sentyabr – Anım Günü” ilə əlaqədar ağacəkmə aksiyası keçirildi
26-09-2024, 14:16
COP29-a qədər sülh sazişi imzalanacaq? – Qabil Hüseynlinin ŞƏRHİ
26-09-2024, 14:12
Xocalı-Xankəndi yolunda tullantıların yandırılmasına görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib
26-09-2024, 14:09
Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
26-09-2024, 14:08
Nyu-Yorkda sülh müzakirəsi: yenə “bir addım irəli” atılacaq, yoxsa... - HƏQİQƏTƏN DƏ...
26-09-2024, 14:00
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
26-09-2024, 12:00
Nəcməddin Sadıkovun adı hallanan 143 milyonluq oğurluq işi – SABAH MƏHKƏMƏ OLACAQ
26-09-2024, 11:49
Dövlətə xəyanətdə ittiham olunan şəxs qərardan narazıdır - MƏHKƏMƏ
26-09-2024, 11:40
Sakinlər TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - Başçının NƏZƏRİNƏ...
26-09-2024, 11:36
Paşinyan Rumıniya Prezidenti ilə İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib
26-09-2024, 11:29
ABŞ Güney Qafqazda güclənmək istəyirsə... - AKTUAL
26-09-2024, 11:27
Naxçıvanda YENİ İŞSİZLƏR ORDUSU - ETİRAZ VAR...
26-09-2024, 11:25
Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq - AÇIQLAMA
26-09-2024, 11:22
Rusiya Çində gizli PUA hazırlayır - - "Defense Express"
26-09-2024, 11:19
Vaxtı keçmiş məhsullar ENDİRİM adı altında satılır... - "Bravo"ya BƏRƏKALLAH...
26-09-2024, 11:18
İsrail və Hizbullah arasında atəşkəs bir neçə saat ərzində qüvvəyə minəcək - "Channel 13"
26-09-2024, 11:13
MİDA-nın rəhbərliyinə 2 ildə - YARIM MİLYON MANAT ÖDƏNİLİB
26-09-2024, 11:00
Erməni ekstrasensdən şok iddia: - Bu tarixdə müharibə olacaq, Paşinyan öldürüləcək
26-09-2024, 10:56
Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."
26-09-2024, 10:53
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI - TƏFƏRRÜAT
26-09-2024, 10:50
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir - MƏQALƏ
26-09-2024, 10:46
Toy geyimində DƏRSƏ GƏLƏRLƏR? - REAKSİYA
26-09-2024, 10:44
"Gücüm, ilhamım, həmişəlik dostum" - İlkindən xanımına
26-09-2024, 10:42
Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər seçilib - ADLAR
26-09-2024, 10:36
Bəxtiyar Məmmədov Naxçıvan Ali Məclisinin sədr müavini seçilib - Vasif Talıbovun kadrı sayılır...
26-09-2024, 10:34
Kanada Azərbaycana necə təzyiq edə bilər ki? - ŞƏRH
26-09-2024, 10:32
Milli Müdafiə Universitetinə məxsus stend maraqla izlənilib - VİDEO
26-09-2024, 10:26
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26-09-2024, 10:22
`Leo Bank` faiz tutdu, müştərisi İMTİNA ETDİ... - Bank isə deyir ki...
26-09-2024, 10:21
Vilayət Eyvazov onları İŞƏ GÖTÜRDÜ - VİDEO
26-09-2024, 10:06
Paşinyan komanda yoldaşlarını 2031-ci il seçkiləri haqda düşünməyə çağırdı...
26-09-2024, 10:02
Bu gün VII çağırış Naxçıvan MR Ali Məclisinin birinci sessiyası keçiriləcək
26-09-2024, 10:01
Akademik azadlığın vacib hissəsi: - Təhsil İdarəsindən qısa ətək və şalvar açıqlaması
26-09-2024, 09:59
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...” - Erməni politoloq
26-09-2024, 09:46
Azərbaycan və Türkiyənin regional rolu gözardı edilə bilərmi? - GƏLİŞMƏ
26-09-2024, 09:42
Dəhliz bu qafiklə açılır: İran razılıq verdi - Şərtlər belədir
26-09-2024, 09:41
Paşinyandan Bakıya təklif: COP29-a kimi imzalayaq! - ALAYARIMÇIQ...
26-09-2024, 09:40
"Bina hər an çökə bilər..." - Yardımlıda təhlükəli DURUM
26-09-2024, 09:37
"Mən görəsən, nə etmişəm və ya nə edim ki, layiq ola bilim sənə?" - FOTO
26-09-2024, 09:35
"Aylarla iş aparmaq lazımdır" - deputat
26-09-2024, 09:33
Makrondan YEKƏBAŞ AÇIQLAMALAR - Deyir ki, Ermənistana dəstək üçün mütləq regionda olmalıdır...
26-09-2024, 09:27
Fuad Nəcəflini Bakıya NİYƏ ÇAĞIRIBLAR? - İLGİNC İDDİA
26-09-2024, 09:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru