“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

“Müəllimi hazırda dövlətdən narazı salan sizin səriştəsiz idarəetmənizdir…” - NAZİRƏ İTTİHAM...
Tarix: 27-04-2023, 09:07 | Çap et
“Müəllimi hazırda dövlətdən narazı salan sizin səriştəsiz idarəetmənizdir…”
Gəncə şəhər sakini Zeynalova Elvira Oruc qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə İngilis dili müəllimi kimi fəaliyyət göstərən E.Zeynalovanın məktubunu olduğu kimi oxuculara təqdim edirik:

(Əvvəli bu linkdə: Aqronom ingilis dili dərsi keçir, xadimə sinif rəhbəri olub... - Gəncə təhsilinin REAL ÜZÜ...)

“21.10.2022-ci il tarixdə Mətanət Qarayeva vəzifəsində etdiyi nöqsanlara görə işdən azad edildi və hazırda bununla bağlı Gəncə şəhər Prokrorluğunda araşdırma gedir. M.Qarayevanın yerinə müvəqqəti müdir təyin edilsə də, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin bəxti gətirmədi. Növbəti əvəzedici müdir kim oldu: Anar Qədiməliyevin əmisi nəvəsinin qaynanası. Hansı ki, o, yəni təlim-tərbiyə üzrə direktor müavini Məmmədova Nüşabə Zakir qızı müvəqqəti müdir kimi təyin olunmazdan bir necə gün öncə Elim və Təhsil nazirinin Daxili Nəzarət Şöbəsi tərəfindən siddətli töhmət almışdı.

Yeri gəlmişkən, Nüşabə Məmmədova həm də İ.Qayıbov adına orta məktəbin sabiq direktoru Məmmədov Müsəddinin gəlinidir. Beləliklə, Anar Qədimalıyev Nüşabə Məmmədovanın çoxdankı arzusunu həyata keçirmiş oldu.

Dəyişən nəsə yoxdu, yenə də aqronom ingilis dili, baytar, texnoloq isə musiqi dərsi deyir, MİQ-dən keçən müəllimlərsə iş axtarır. Hələ, üstəlik, Anar Qədiməliyev “Təhsilin keyfiyyəti” sektoru yaradıb, sektor müdiri Sevinc Quliyevaya özünə məxsus olan Göygöldə yerləşən tədris mərkəzinin sınaq imtahanları üçün Gəncə məktəblərində biletlər satdırır. Bu da oldu, tədrisin keyfiyyəti.

Mətanət Qarayevanı maliyyə maxinasiyalarına görə işdən azad edən Anar Qədiməliyev bu günə qədər davam edən maxinasiyalara bəs niyə göz yumur? Səbəbi yəqin ondadır ki, bu gün onun qohumu olan Azər İbrahimovun qaynanası çoxdankı arzusuna qovuşaraq, bir az da o pullansın.

Azər İbrahimova gəlincə isə, müəllimə bir saat artıq dərs yazılarsa bu maxinasiya sayılır, amma Təhsil İdarəsində günbəgün artan şöbələr, ora təyinat alan önəmli məmurların yaxınlarının ştatları deyil. Məsələn, indi də İ.Qayıbov adına 1 nömrəli məktəbin rus bölməsinin müdir müavini Səbinə İmamverdiyevanın qanun pozuntularına göz yumulur. Səbinə İmamverdiyeva hər gün məktəbdə olsaydı, yəni tez-tez icazəsiz olaraq ölkə xaricinə çıxşlar etməsəydi, yəqin ki, rəhbərlik etdiyi rus bölməsinin sinif jurnallarında baş verən maliyə pozuntularını görərdi. Bu haqda mən dəfələrlə şifahi müraciət etsəm də, hələlik bir nəticəsi yoxdur. Belə çıxır ki, Anar Qədiməliyev, onun təyin etdiyi direktor əvəzi Nüşabə Məmmədova və Səbinə İmamverdiyeva hazırda Mətanət Qarayevanın yolu ilə gedirlər. Rəhbərlik dəyişsə də, idarəetmə üsulu dəyişmədi. Bəs, dəyişən nə oldu?

Bu məktəbdə tək rus bölməsi deyil, ibtidai siniflər üzrə müdir müavini Gülnar Məmmədova da eynilə Səbinə İmamverdiyevanın yolu ilə gedir. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin ev dərsləri üçün nəzərdə tutulan sinif jurnallarına diqqət yetirəndə dərhal gözə çarpan odur ki, maliyə pozuntularına yol verilmələr davam edir. Hətta bu pozuntulara vəzifə bölgüsü təhkim olunanın özü şərait yaradır, yəni dünən Səbinə İmamverdiyeva, bu gün Gülnar Məmmədova… Şagirdlərə isə evlərdə təyin olunan dərslər keçirilmir. Gəncə Prokurorluğuna təqdim olunan ibtidai sinifə məxsus 1 “D” sinifinin jurnalı buna subutdur.

Məktəb direktorunun vəzifə bölgüsündə əmrlə həvalə etdiyi fərdi ev dərslərinə nəzarət edən Gülnar Məmmədova fərdi ev dərslərinin saxtalaşaraq tərtib olunmasında fəal iştirak edir. Sinif jurnallarında böyük maliyə pozuntuları edən Gülnar Məmmədovaya bu haqda dəfələrlə müraciət etsəm də, pozuntular hal-hazırda da davam edir. Mən bununla bağlı sübutlarımı redaksiyaya, eləcə də hüquq-mühafizə orqanlarına təqdim edə bilərəm. Bu sübutları 15.04.2023-cü il tarixində Gəncə şəhər Prokurorluğuna şəxsən yazılı təqdim etsəm də, hələ nəticəsi yoxdur.

Tarix yenidən təkrar olunur. Prezident İlham Əliyev 2023-cü ili Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev ili” elan etmişdir. Mən 08.05.2023-cü il tarixdə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı 100 illik yubileyi münasibəti ilə xatirə gecəsi təşkil etmək istədim. Bu haqda çalışdığım rus bölməsinin müdir müavini Səbinə İmamverdiyevaya, ibtidai siniflər üzrə müdir müavini Gülnar Məmmədovaya, eləcə də müdir əvəzi Nüşabə Məmmədovaya bildirmişdim. Bu tədbirin keçirilməsi üçün mənə dəstək əvəzinə, təpkilər göstərməyə başladılar. Məktəbdə baş verən qanun pozuntuları ilə əlaqədar Prezident İlham Əliyevə, Elm və Təhsil naziri Emin Əmrullayevə, DTX sədri Əli Nağıyevə, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-rezident Mehriban xanım Əliyevaya, Gəncə şəhər Baş Prokrorluğuna məktub, həmçinin teleqram vasitəsilə müraciət etsəm də, nəticəsi yoxdur. Bu həqiqəti xəbər verdiyim üçün şəxsi işimə tikilməklə, töhmət belə almışam. Yəni Anar Qədiməliyev və Nüşabə Məmmədova bundan hiddətlənərək, mənə qarşı qanunsuz təqib və təzyiqləri daha da artırdılar.

15.03.2023 və 29.03.2023-cü il tarixlərində sinifdə dərs keçərkən Nüşabə Məmmədova əsas iş yeri Göygöl və Naftalan şəhərində olan, DTX-nın Gəncə şöbəsində rəis müavini olan Tural Quliyevin yoldaşı, hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Təhsilin keyfiyyəti sektoruna Anar Qədiməliyev tərəfindən təyin olunan Sevinc Quliyevanın təpkilərinə məruz qaldım.

Yeri gəlmişkən, Sevinc Quliyeva kimi, Anar Qədiməliyevin dövlət qulluğuna daimi təyin etdiyi kadrları bu il dövlət qulluğu ilə bağlı 18.03.2023-cü ildə tarixində keçirilən imtahandan keçə bilməsələr də, hələ iş başındadırlar. Dövlət qulluğu imtahanından keçə bilməyən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məktəblərdə, o cümlədən Nüşabə Məmmədovanın dəstəkçisi olaraq çalışdığımız məktəbdə “at oynadan” Sevinc Quliyeva heç bir müvafiq sənəd təqdim etmədən istədiyi zaman kobud formada siniflərə daxil ola bilir. Şəxsən mənim dərs dediyim birinci siniflərə daxil olaraq, şagirdlərin və valideyinlərin qarşısında nüfuzdan salıcı hərəkətlər etsə də, ona irad tutan yoxdur. Səbəb isə, onun həyat yoldaşının DTX əməkdaşı olması ola bilər. Bu hadisə ilə bağlı mən sübutlarımı təqdim etməyə hazıram.

Bir halda kı, Elm və Təhsil naziri Emin Əmrullayev çıxışında “Xalq dövlətdən narazıdırsa, buna mən nə edim?” deyirsə, ondan aşağıda olan kadrlarına nə deyəsən?! Bir müəllim olaraq nazir Əmrullayevə göstəriş vermək mənə düşməz, amma vətəndaş olaraq demək istəyirəm: o unudur ki, özü də dövləti təmsil edən Təhsil Nazirliyinin rəhbəridir. Müəllimi hazırda dövlətdən narazı salansa onun səriştəsiz idarəetməsidir. Belə olmasaydı, bu gün ölkənin ikinci böyük şəhərində təhsil sistemindən anlayışı olmayan Anar Qədiməliyevlər, Sevinc Quliyevalar və daha kimlər iş başında olub, təhsili məhv etməzdilər.

Yeri gəlmişkən, mənim Hürrüyyət TV vasitəsilə çalışdığım məktəbdə baş verən qanun pozuntuları, özbaşınalıqlarla bağlı açıqlamalarıma Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən absurd bir cavab aldım. Sən demə, bu məktəbdə bütün baş verənlərin əsas səbəbkarı mənəm. Burada Mirzə Ələkbər Sabirin sözlərin yadıma düşdü:

“Hökm еyləyəcəkmiş bütün aləmdə cəhalət, –

Dildadеyi-irfanları nеylərdin, ilahi?!”

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru