
DİA.AZ: - "Şikayətim "Alfanet"dəndir". Bu şəkildə internetlə təmin etmələri həqiqətən biabırçılıqdır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nicat Əliyev adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Zəng eləmişəm... opretaor özünün nə danışdığını belə bilmir... Düz-əməlli internet verməmələri bir yana, deyir usta göndərək... o da ÖDƏNİŞLİ...
Ustaları da dələduzdur... Evə girəndən sonra əlavə qiymət oxuyurlar... Davranış qaydalarını belə bilmirlər... Haramları olsun onlara ödədiyim pul... Adam hara şikayət edə, dərdini kimə deyə... bilmir"
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...