“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

AMEA-nın digər qurumları kimi Dendrologiya İnstitutunda da təcili yoxlamalara ehtiyac var - İLGİNC FAKTLAR
Tarix: 24-09-2021, 10:16 | Çap et
AMEA-nın digər qurumları kimi Dendrologiya İnstitutunda da təcili yoxlamalara ehtiyac var
Məlum olduğu kimi sentyabrın 9-da Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda apardığı yoxlamalarla bağlı açıqlama yaydı. Açıqlamada sözügedən İnstitutda yol verilən bir çox nöqsanların aşkar olunduğu göstərilir. Audit prosesində tətbiq edilmiş prosedurlar İnstitutun dövlət vəsaitlərinin icrası vəziyyəti ilə bağlı aşağıdakıları qeyd etmək imkanı verib:

Dövlət satınalmalarının keçirilməsi zamanı yol verilmiş nöqsanlar satınalma prosesinin bütün mərhələlərini əhatə edib, bir sıra prosedur pozuntuları ilə yanaşı vəsaitlərin satınalma keçirilmədən icra olunmasına yol verilib; Auditin əhatə etdiyi dövrdə həyata keçirilmiş kotirovkalar üzrə hüquqi aktlarla nəzərdə tutulmuş addımlar atılmayaraq müvafiq elanlar rəsmi internet səhifəsində yerləşdirilməyib, ehtimal olunan qiymətlərin düzgün müəyyənləşdirilməməsi səbəbindən 30 772 manat məbləğində artıq xərcə yol verilib; Malların (işlərin və xidmətlərin) satınalma prosesində vəsaitlərin satınalma keçirilmədən icrası halları ilə bağlı inzibati xətanın müəyyən edilməsi məqsədilə Baş Prokurorluğa müraciət edilib.

Hesablama Palatasının açıqlamasından da görsəndiyi kimi, İnstitutun Tender Komissiyası satınalma prosedurları zamanı ciddi qanun pozuntularına yol verib ki, artıq hüquqi qiyməti Baş prokurorluq verməli olacaq.

Aktualinfo.org Azərbaycan Milli Elmlər Akademiyasına tabeli digər bir İnstitutda da keçirilmiş satınalma prosedurları ətrafında araşdırma aparıb. Akademiyanın Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutu tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurlarında da ciddi qanun pozuntularına yol verildiyi açıq-aydın görsənməkdədir. Belə ki, İnstitutunun Tender Komissiyası dövlət satınalmaları haqqında qanunun tələblərinə əməl etməyərək bağlanmış müqavilələr haqqında məlumatları müvafiq elanlar rəsmi internet səhifəsində yerləşdirməyib. Bu isə prosedurlarda saxtakarlıq hallarına yol verilməsinə, habelə satın alınan malların (xidmətlərin), qiymətlərinin gizlədilməsinə gətirib çıxarıb ki, bunlar sözügedən qurumda yoxlamalara başlamaq üçün Hesablama Palatasına əsl səbəb ola bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutu tərəfindən təkcə 2021-ci ildə keçirilmiş, lakin nəticələri ictimaiyyətdən gizlədilən kotirovka sorğular aşağıdakılardır:

Maşın və avadanlıqlar üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Abadlaşdırma xidmətləri haqqı üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

İstehlakyönlü müxtəlif xidmətlər üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Elmi tədqiqat xidmətləri, təcrübəsi üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Tikinti və avadanlıqların cari təmiri üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə məhsulları üzrə xərclər üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana və təsərrüfat xərcləri üzrə 26.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mühafizə xidməti üzrə 02.03.2021 -ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Digər kommunal xidmətlər haqqı üzrə 16.02.2021 -ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Suyun alınması üzrə 16.02.2021 -ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri barədə Dövlət satınalmalarının rəsmi portalında heç bir məlumat yerləşdirməmişdir. Bu isə müqavilələrin bağlanması, ayrılan vəsaitlər barədə məlumatların bilərəkdən gizlədilməsindən başqa bir şey deyildir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Dendrologiya İnstitutu tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Onu xüsusilə qeyd etmək istərdik ki, Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun Tender Komissiyasınin keçirdiyi bütün kotirovka sorğuları barədə məlumatları Dövlət satınalmalarının rəsmi portalına yerləşdirilməyib.

Bütün bu kimi qanunsuzluqlara İnstitutda kimlər rəvac verib? Qeyd edək ki, İnstituta uzun illərdir Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Tofiq Məmmədov rəhbərlik edir. Milli Elmlər Akademiyasının İnstitutu adını daşımasına baxmayaraq bura əsl şitil bazasıdır. İnstitutun Mərdəkan qəsəbəsində yerləşən dendroloji parkından il ərzində Abşeron yaradımasına və respublikanın ayrı-ayrı bölgələrinə müxtəlif növ qiymətli ağacların, gül kollarının yüz minlərlə pöhrələri satılır. Təbii ki, bunun qeydiyyatı necə aparılır, bu satışlardan əldə olan gəlirlər rəsmiləşdirilirmi və haralara sərf olunur heç kimə bəlli deyil. Əldə etdiyimiz məlumatlara görə bütün bu kimi gizlin işlərin başında İnstitutun ümumi işlər üzrə direktor müavini Rauf Əliyev dayanır. Məlumatlara görə Rauf Əliyevin təkcə Mərdəkan, Şağan qəsəbələrində onlarla ting, pohrə satış məntəqələri mövcuddur. Başqa yerlərdəki satış məntəqələrinə də pöhrələr Rauf Əliyevin əli ilə çıxarılır. İnstitutun Baş direktoru Tofiq Məmmədov da təbii ki, bütün bunlara seyrçi qalmır, əksinə pay sahibi olduğu bildirilir.

Dendrologiya İnstitutunun Tender Komissiyasının satınalmalarda yol verdikləri qanunsuzluqlara gəlincə. Bir mətbuat orqanı olaraq məlumatların ciddiliyini nəzərə alıb göstərilənlərin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Respublika Hesablama Palatasına və Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsinə müraciət edirik. Dendrologiya İnstitutu tərəfindən keçirilmiş kotirovka sorğuları araşdırılsın və nəticələri barədə ictimaiyyətə məlumat verilsin. İnstitutda mətbuatın sorğusuna belə məsuliyyətsiz yanaşılır, cavab verən tapılmır. Buna da ümumi işlər üzrə direktor müavini məsuliyyət daşıyır. Amma görsənən odur ki, İnstitutda məsuliyyət anlayışı deyilən bir mövhum belə yoxdur. Olsaydı, bu qədər özbaşınalıqlara yol verilməzdi.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru