Qorxu filmlərini kölgədə buraxan dram .....                     "Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" .....                     Ermənilərin puça uğrayan daha bir ümidi... .....                     Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                 

Bu rayonun darğalığı Cavid Qurbanova tapşırılıbsa... - YEYİNTİ İTTİHAMI...
Tarix: 13-09-2021, 09:27 | Çap et
Bu rayonun darğalığı Cavid Qurbanova tapşırılıbsa...
Kəlbəcər rayon məktəblərində böyük özbaşınalıq, hərcmərclik və xaos hökm sürür. 2021/22-ci tədris ilinin açılışına sayılı günlər qalsa da, 28 ildir ki, ölkənin bir çox şəhər və rayonlarına səpələnərək büdcədən milyonlar yeyən, yalnız formal sənədləşmələr üzərində fəaliyyət quran məcburi köçkün məktəbləri kimlərinsə əlində lap girinc hala qalıb.

“Demokratik.Az”-a sızan yeni bilgilərə görə öz direktorlarını və tez-tez dəyişən təhsil şeflərini “varlandıran” Kəlbəcər məktəblərində təlim-tədris prosesindən tutmuş inzibati nöqsanların həcmi də ölçüyəgəlməzdir.

Əslində, bütün gedişatlar onu göstərir ki, sözügedən rayonun təhsil sferası da Kəlbəcərin digər idarə və təşkilatları kimi mühüm öhdəliklərin icrasından daha çox struktur varlığını qoruyub saxlamağa səylər göstərir. Elə bu məqsəd və imkanların arxasında gizlənənlərin bir sıra korrupsiya və rüşvətxor əməlləri, xüsusilə məktəb direktorları vasitəsilə Kəlbəcər təhsili adına yürüdülən qanunazidd proseslər davam etdirilir.

Azərbaycan cəmiyyətində o qədər təəccüb doğurmasa da, kəlbəcərli direktorlar da məktəbə təhsil ocağı kimi deyil, daha çox şəxsi gəlir mənbəyi kimi baxırlar. O üzdən Kəlbəcərdə də “direktoram!” deyən kəslər vur-tut 500-600 manat maaş alsalar da son model “CEEP” avtomaşınlarda gəzir, dəbdəbəli evlərdə yaşayırlar. Məktəbin gəlirləri hesabına özlərinə fermer təsərrüfatı və müxtəlif biznes obyektləri qurmağı bacaran direktorlar da yetərincədir.

Ötən günlərdə “Demokratik.Az” saytında yayımlanan xəbərlər isə isbat edir ki, Kəlbəcər təhsilinin qazancı harın direktorları qədər icra başçısı Azər Qocayevin də diqqət mərkəzindədir. Bu yay məzuniyyətə gedərkən başçının məhz məktəb direktorlarından “şirinlik” umması, dolayı yolla bac-xərac alması iddiası, gənc təhsil müdiri İsmayıl Məhəmmədovun qısa zaman içində vəzifəsindən qovulması və Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsindəki məlum cinayət işlərinin icraatı təsadüfi deyil.

Hələ illər öncə sabiq təhsil müdiri Məhəmməd Bağırovun səsli-küylü həbsi də bir rayonun təhsil sahəsindəki çirkinliklərin, büdcə talançılığının aşkar təzahürü idi. Hələ o zaman yazılırdı ki, Kəlbəcər təhsilindəki maddi mənimsəmələrin, maxinasiyaların həcmi milyonlarla hesablanır. Burada kişi müəllimlərinin “analıq məzuniyyəti”nə buraxılmasından dərs saatlarının satılmasına, saxta sinif və məktəblərin açılmasınadək, dəftərxana ləvazimatlarından tutmuş kompüterlə təminatadək, saxtadiplomlu şəxslərin rüşvətlə müəllim götürülməsindən məktəblərdə cari təmir və sair yeyinti faktlarınadək hər şey ayaq açıb yeriyirdi. Və gülməli idi ki, şəbəkəli cinayət işində həbsə atılan bircə nəfər olmuşdu, həyat yoldaşının erməni olduğu deyilən sabiq baş mühasib Sahib Muxtarov və təhsil şöbəsindəki digər maddi-məsul şəxslər cəzasızlıqla mükafatlandırılmışdı.

Kəlbəcər TŞ geridə qoyduğu illər ərzində çoxsaylı müdirə vəda etsə də zərərli idimi heç dəyişməyib. Köhnə “dəyirman” yenə öz işini görür.
Aldığımız məlumata görə, ötən aylarda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2021-ci il üçün təsdiq olunmuş İş Planına uyğun olaraq keçirdiyi yoxlamalar nəticəsində 30-a yaxın Kəlbəcər məktəblərində 500 000 (beş yüz min) manata yaxın mənimsəmə və ya israfetmə halı aşkara çıxarılıb. Mənbənin dediyinə görə maliyyə yoxlaması rayonun 1, 2, 3, 5, 7, 8, 10, 22, 15, 35, 47, 53, 55, 58, 59, 62, 69,71, 73, 75, 87, 98, 99, 109, 114, 118, 122 və digər məktəblərində aparılıb.
Maliyyə yoxlaması zamanı məktəb direktorlarının və rayon təhsil şöbəsinin məsul şəxslərinin tamahı ucbatından dövlət büdcəsindən məktəblərə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyi tam sübuta yetirilib.

Aparılan yoxlamalarla müəyyən edilib ki, məcburi köçkün məktəblərinin direktorları öz maddi maraqları müqabilində məktəbdə artıq və əsassız ödənişlərə şərait yaradıblar. Direktorlar son illərdin pandemiya dönəmini də öz xeyirlərinə çevirərək adi sinif jurnallarının yazılmasını, digər kargüzarlıq işlərini heçə sayıblar. Kəlbəcər məktəbləri arasında ən az maliyyə özbaşınalığının 5-10 min manat, əksəriyyətində 20-30 min manat təşkil etməsi, mənimsəmə və ya israfetmə halları rəsmi sənədlərlə müəyyən edilib.

Məlumata görə, yoxlama sayəsində 2021-ci və 2022-ci illər üzrə tələb olunandan artıq proqnozlaşdırılmış vəsaitin xərclənmə hissəsi azaldılaraq artıq xərclənmələrin də qarşısının alınması tövsiyyə edilib.

Demokratik.Az”-a verilən məlumatda o da bildirlir ki, yoxlamanın yekununda xidmətin müəyyən etdiyi ciddi maliyyə nöqsanları barədə hüquqi tədbirlər görülməsi üçün Maliyyə Nazirliyi tərəfindən Respublika Baş prokurorluğuna və Təhsil Nazirliyinə məktublar ünvanlanıb. Hazırda toplanmış materiallar əsasında yerli və yuxarı prokurorluq orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Onu da bildirək ki, təqsirkar məktəb direktorlarının yalnız bir neçəsi tərəfindən xərclənmiş artıq vəsaitlər tam və ya qismən həcmdə dövlət büdcəsinə bərpa edilib. Lakin, 20-dən artıq direktor mənimsənilmiş pul vəsaitinin ödənişindən yayınmaq məqsədilə müxtəlif yollara əl atıblar, hətta direktorlar qrup halında Bakıya gedərək rayonun ağsaqqalı sayılan sabiq millət vəkili Cavid Qurbanovun qəbuluna düşüblər. Direktorlar sanki heç bir məsuliyyət hissi dərk etmədən cərimə məbləğlərini ödəməmək üçün baş dəmiryolçudan qanundankənar köməkliklər umublar.

Cari ilin iyun-iyul aylarını əhatə edən Maliyyə yoxlaması çərçivəsində Kəlbəcər təhsil şöbəsinin bir neçə məsul şəxslərinin və Kəlbəcər TŞ-nin tabeliyindəki digər ayrı-ayrı məktəblərin məsuliyyətdən yayındırıldığı da iddia edilir. Aydın olur ki, yoxlamalar Gəncə, Göygöl və Mingəçevirdə yerləşən məktəblərdə keçirildikdən sonra maliyyə nazirliyinin ümumi iş planı hansısa “güclü tapşırıqla” dayandırılıb. Yoxlamalar bütün Kəlbəcər məktəblərini əhatə etməli olduğu halda iş yarımçıq durdurulub. Şaiyələrə görə, maliyyə nazirliyinin fəaliyyətini axsadan, digər hallar üzrə məktəblərdən tutularaq dövlət nəfinə ödənilməli olan ümumilikdə yarım milyon manatın taleyi də Cavid Qurbanovun özəl “xahişləri” ilə “dondurulub”.

Yoxlamanın yekunlarından kənar şəkildə onu da deyə bilərik ki, Kəlbəcər məktəblərinin əksəriyyətində təkcə 2019-2021-ci illər üzrə təqaüd yaşı çatmış 100-lərlə müəllimin nazirliklə razılaşdırılmadan müqavilələr əsasında işində saxlanılması halları var. Eləcə də, sabiq təhsil müdiri, hazırda Kəlbəcər təhsil şöbəsi həmkarlar komitəsinin sədri Məhyəddin Əbdürrəhmanovun hər ay direktorlarla razılaşaraq müəllimlərin adına yazıb dərhal da “həzm-rabe”dən keçirilən küllü miqdarda vəsait yoxlamaya salınmayıb.Təhsil müdiri kimi əvvəlki illərdə 400 min manatlıq maliyyə maxinasiyasında adı hallanan, təhsil müdiri olanda öz həyat yoldaşını direktor təyin edən və işdən qovulan birinin bugün Təhsil Şöbəsində həmkarar komitəsinə rəhbərlik etməsi də Kəlbəcər ziyalılarında müəmma və təəssüf doğurur. Eləcə də bu vurhavurda Kəlbəcər təhsilinin başına icra başçısı Azər Qocayevin özəl diqtəsilə diplomunun saxta olduğu iddia edilən şöbə müdiri Fərqanə Əhmədovanın gətirilməsi uğursuz görünür.

Kəlbəcər məktəb direktorlarının bir çoxu 90-cı illərdən bu yana təhsil müəssisələrinə rəhbərlik edən, yaşı 60-ı ötmüş şəxslərdir. Passiv direktorların öz məktəblərindən bərk-bərk yapışıb öz ailə üzvlərini və öz yaxınlarını ştatlar üzrə işlə təmin etmələri, saxta diplomlarla yaxınlarını müəllim etmələri də danılmaz həqiqətlərdəndir.

Kəlbəcər məktəblərində yaşanan ən bağışlanmaz maxinasiya isə yerli şagird və müəllimlərin süni əsaslarla sözügedən məcburi köçkün məktəblərində cəmləşdirilməsidir.

Müvafiq təlimata əsasən, məcburi köçkün məktəblərinə yerli şagirdlərin qəbuluna yalnız o halda icazə verilir ki, yerli şagirdin yaşadığı ərazidə 2 km məsafədə yerləşən məktəb olmasın. Hal bu ki, əksər Kəlbəcər məktəblərində adı gedən şagirdlərin yarıdan çoxu yerli şagirdlərdən ibarətdir. Bəzən buna səbəb valideyinlərin öz övladlarını hazırlıqlara qoymaları, yerli məktəblərdən fərqli olaraq məcburi köçkün məktəblərində davamiyyətə nəzarətin sıfır həddində olmasıdır. Yoxlama aparılarsa, təkcə Gəncədə və Göygöl rayonlarındakı Kəlbəcər məktəblərinin bir çoxunun bağlanmalı durumda olduğunu müəyyənləşdirmək çox asandır. Lakin, oliqarx həyatı sürən əksər direktorlar bunu istəməz, çünki onların dərdi təhsil deyil, sadəcə varlanmaq və korrupsiya ilə məşğul olmaqdır. Bunun üçün isə münbit şəraitdə məktəbi qoruyub-saxlamaq lazımdır, şagird və müəllimləri kəlbəcərli olmasa da.

Təzyiq və xahişlər nəticəsində işini yarımçıq saxlayan Maliyyə Nazirliyi yaxşı olardı ki, bu hallara xüsusi diqqət ayırsın, bütün şəhər və rayonlarda süni əsaslarla Kəlbəcər məktəbi adını daşıyan təhsil müəssisələrinin büdcəyə vurduğu maddi zərərin aradan qaldırılması istiqamətində əməli addımlar atsın! 90 faizi yerli şagirdlərdən və müəllimlərdən oluşdurulan məcburi köçkün məktəbləri axı kimə və nəyə lazımdır?

44 günlük vətən savaşında müzəffər ali baş komandan İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun sayəsində Kəlbəcər rayonu da 27 illik erməni işğalından azad edilib. Ümidvarıq ki, tezliklə rayonun əksər məktəbləri də bir qrup korrupsioner və harın direktorların 27 illik işğalından, ölkə büdcəsi Kəlbəcər təhsilinin bunca dağıdıcılığından azad ediləcək!
Osman Nərimanoğlu
Demokratik.Az












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Dünən, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Dünən, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Dünən, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Dünən, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Dünən, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Dünən, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Dünən, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Dünən, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Dünən, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Dünən, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Dünən, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Dünən, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Dünən, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Dünən, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Dünən, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Dünən, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Dünən, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Dünən, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Dünən, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Dünən, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Dünən, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Dünən, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Dünən, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Dünən, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Dünən, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Dünən, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Dünən, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Dünən, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
28-09-2024, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
28-09-2024, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
28-09-2024, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
28-09-2024, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
28-09-2024, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
28-09-2024, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
28-09-2024, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
28-09-2024, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
28-09-2024, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru