Qorxu filmlərini kölgədə buraxan dram .....                     "Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" .....                     Ermənilərin puça uğrayan daha bir ümidi... .....                     Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                 

“Camaat gündəlik çörəyi güclə tapır” - GİLEY
Tarix: 26-07-2021, 09:35 | Çap et
“Camaat gündəlik çörəyi güclə tapır”
Göyçayın Şəkili kəndində yaşayan 32 yaşlı Rüqsarə Rəhimova və ailəsi köhnə bələdiyyə otağında məskunlaşıb. Həyat şəraiti ağır olan ailənin başqa böyük yükü də var. Üç uşaq anası olan Rüqsarə Rəhimova xərçəng xəstəliyindən əziyyət çəkir.

“Xəstəlik hamı üçün adiləşib”

Ailə keçən ilin payızında Göyçay Rayon İcra Hakimiyyətindən köhnə tikilidə məskunlaşmağa icazə alıb. Deyirlər ki, burada qışı çətinliklə başa vurublar. Qaz çəkdirmək mümkün olmayıb, odun yandırmaqla birtəhər keçiniblər. Bu il yayın əvvəlində isə Rüqsarə Rəhimovanın xərçəng xəstəliyinə yoluxduğu məlum olub. Qadının süd vəzisində bədxassəli törəmə aşkar edilib:

“Şişlər çox böyükdü. Ağrılar yarananda dəqiq səbəbini bilmirdik. Əvvəlcə rayonda yüngül müalicə kursu keçdim. Sonra Milli Onkologiya Mərkəzində analizlər xəstəliyi üzə çıxardı. Həkimlər 6 kimyaterapiya kursuna ehtiyac olduğunu bildirdi. Bundan sonra isə əməliyyatın qaçılmaz olduğunu dedilər. Şişin sinədən uşaqlıq yoluna istiqamət aldığını bildirirlər. Kimyaterapiyanın çoxluğunu da belə izah edirlər ki, məqsəd aşağıya doğru axının qarşısını almaqdır”.

Şəkili kənd sakini ilə danışanda o, ilk kimyaterapiya proseduruna hazırlaşırdı. Deyir ki, indi xəstəlik hamı üçün adiləşib. İnsanlar, hətta ölümə aparan xəstəliyə də ciddi yanaşa bilmir. Çünki xəstələrin sayı çoxdur, hamı batır.

“Müalicəyə gücümüz çatmır”

Rüqsarə Rəhimovanın həyat yoldaşı Samir Həmidov çox çətinliklə pul qazandığını bildirir. O, günəmuzd işləyir. Samir Həmidov metal əşyaların toplanması ilə məşğul olan yerdə qaynaq işləri görür. Günə qazancı 15-20 manat olur. Bununla ailəni yarıac-yarıtox dolandırmaq mümkündür. Amma müalicədən danışmağa dəyməz.

“Evə başqa pul gəlmir. Müalicəyə gücümüz çatmır. Axıra qədər gedə bilməyəcəyik. Anam da xəstədi. Gözündən əməliyyat olunmalıdı. Ayaqları tutulur. Bağırsaqlarından müalicə alır. Yenə aparmalıyıq, imkanımız çatmır”, - Samir Həmidov problemləri dilə gətirir.

Ailə köhnə tikilidə tək yaşamır. Bələdiyyənin otaqlarından biri də psixi problemlərdən əziyyət çəkən başqa şəxsə verilib:

“Bura keçən ilin oktyabrında gəlmişik. Əlbəttə, şəraitsizlikdi. Adicə hamam yoxdu. Taxtadan bir şey düzəltmişik. Bundan artıq nəsə etmək mümkün deyil. İndi daha çox xəstəliklə mübarizə haqda düşünürük”.

“Camaat gündəlik çörəyi güclə tapır”

Samirin qardaşı Fariz Həmidov həmişə bu ailənin fikrini çəkdiyini deyir. Ondan daha bir qardaşı Zaurun 1993-cü ildə Birinci Qarabağ Müharibəsində həlak olduğunu öyrənirik:

“Meyiti də tapılmadı. 2006-cı ildə şəhid adı verildi. Başqa bir qardaşım Qarabağ Müharibəsi əlilidi. Samirin də vəziyyəti göz qabağındadır. Onun balaları mənim balalarımdır. Canımı da verərəm. Üç manat, beş manat bacardıqca kömək eləyirik, amma bununla düzəlmir”.

Fariz Həmidov danışır ki, bu il Şəkilidə camaat kənd təsərrüfatından xeyir götürə bilməyib. Demək olar, hamı pis dolanır:

“Mənim 3-4 ton məhsulum batıb getdi. İndi heç kimi qınamalı deyil. Hamı kömək eləmək istəyər. Camaat indi elə vəziyyətdədi ki... Gündəlik çörəyi güclə tapırlar”.

Fariz Həmidov indi bədbin düşünməyin mənası olmadığını bildirir. Onun fikrincə, istənilən halda axıra qədər mübarizə aparmaq lazımdır.

“Xəstəliklər nədən yaranır? Daha çox yaxşı qidalanmağa güc çatmamasından, istirahət eləyə bilməməkdən. Mən danışıb pis oluram həmişə. Bu dəqiqə sosial vəziyyətin ağırlığından xəstəliklər baş alıb gedir. Qardaşımın həyat yoldaşı üçün bir neçə gün əvvəl bankda kart açdırmışıq. Az-çox yardım eləyənlər var. Birinci kimyaterapiya prosedurunun pulunu karta yığılan pulun hesabına düzəltmişik. 300 manat verəcəyik. Amma irəlidə hələ çox iş var”, - Fariz Həmidov belə deyir.

Əməliyyatdan söz düşür. Fariz Həmidov qohumlarından birinin xeyli xərc çəkməyə məcbur qaldığını xatırlayır. Kədərli şəkildə əlavə edir ki, əməliyyat üçün onların da böyük məbləğə ehtiyacı var.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Dünən, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Dünən, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Dünən, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Dünən, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Dünən, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Dünən, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Dünən, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Dünən, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Dünən, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Dünən, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Dünən, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Dünən, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Dünən, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Dünən, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Dünən, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Dünən, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Dünən, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Dünən, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Dünən, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Dünən, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Dünən, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Dünən, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Dünən, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Dünən, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Dünən, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Dünən, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Dünən, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Dünən, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
28-09-2024, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
28-09-2024, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
28-09-2024, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
28-09-2024, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
28-09-2024, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
28-09-2024, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
28-09-2024, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
28-09-2024, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
28-09-2024, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru