“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

“Nizami rayonu İcra və probasiya şöbəsi Ali Məhkəmənin hökmünə məhəl qoymur” - GİLEY
Tarix: 5-06-2021, 10:56 | Çap et
“Nizami rayonu İcra və probasiya şöbəsi Ali Məhkəmənin hökmünə məhəl qoymur”
Prezident İlham Əliyev indiki Baş Prokuror Kamran Əliyevi vəzifəyə təyin edərkən onunla videokonfrans formatında görüşmüş və üzünü Baş Prokurora tutaraq əslində bütün hüquq mühafizə orqanlarına çox önəmli tapşırıqlar vermişdi.

“Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”.

Prezidentin hüquq mühafizə orqanları üçün əsl manifestə çevrilə biləcək bu nitqinin üzərindən 1 ildən artıq zaman keçir. Gözləmək olardı ki, bu müddət ərzində Azərbaycanın hüquq mühafizə orqanları özlərinə çəki-düzən verəcək və ölkə başçısının da dediyi kimi, ölkəmizdə sosial narazılığın bir nömrəli mənbəyini qurutmağa çalışacaq. Təəssüf ki, redaksiyamıza ünvanlanan şikayət ərizələri bu ümidi doğrultmur.

Şikayətçi İlqar Məmmədovun məktubundan belə anlaşılır ki, Azərbaycanda hüquqi özbaşınalıq təkcə məhkəmə orqanlarının ədalətsiz qərarları ilə məhdudlaşmır. Hətta bu ağır sınaqdan uğurla çıxan vətəndaşlarımız belə, öz hüquqlarını əldə edə bilmirlər. Azərbaycan dövləti adından qərar çıxaran, hakimiyyətin əsas qanadlarından biri olan məhkəmə hökmləri hansısa rayonun İcra və probasiya şöbəsi tərəfindən yerinə yetirilmir.

Şikayətçinin yazdığına görə, 5 il əvvəl Mehdiyev Əli Adil oğlu maşın satmaq adıyla onu aldadıb 12 min ABŞ dollarını mənimsəyib. Bir müddətdən sonra aldadıldığını anlayan İlqar Məmmədov Nizami rayon məhkəməsinə müraciət edir. Məhkəmə şikayəti əsaslı hesab edib İlqar Məmmədovun xeyrinə hökm çıxarır. Hökmdən narazı qalan qarşı tərəf Apellyasiya məhkəməsinə üz tutur. Apellyasiya məhkəməsi də ilk instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayır. Beləcə, çəkişmə Ali Məhkəməyə qədər gedib çıxır. Bütün istansiya məhkəmələrinin hökmü eyni olur və əsl problem də bundan sonra başlayır.

Gəlin, Azərbaycanda məhkəmə hökmlərinin necə icra olunmasının hekayəsini şikayətçinin dilindən eşidək.

“Bu məhkəmə qərarını Nizami İcra şöbəsi qəsdən icra eləmir və böyük ehtimalla qarşı tərəfdən “hörmət” görüb (İddia şikayətçiyə aiddir və Ovqat.com-un mövqeyini əks etdirmir – Red.) ki, 3 ildir işi qərəzli şəkildə uzadıb oyun çıxardır. Açıq-aydın borcluya şərait yaradır ki, borcu ödəməsin.

Əlimdə fakt və sübutlar var: yerli, Apelyasiya və Ali məhkəməyə qədər hamısı birmənalı olaraq mənim xeyrimə qərar verib və 3 ilə yaxındır Nizami İcra şöbəsi bu məhkəmə qərarını icra eləməmək üçün əlindən gələn bütün tədbirləri görür ki, qarşı tərəf yayınsın. Hara şikayət yazıramsa, xeyri yoxdur. İcra Baş İdarəsinin rəisinin belə şəxsən qəbula düşüb görüşmüşəm, hamı söz verir ki, “nəzarətə götürəcəyəm”, amma 3 ildir borclu şəxs əlini, qolunu sallayıb gəzir, 20 min manatdan heç nə ödəmir, heç məhkəmə qərarını da tanımır. Arxayındı yəni.

“Nizami rayonu İcra və probasiya şöbəsi Ali Məhkəmənin hökmünə məhəl qoymur”
“Nizami rayonu İcra və probasiya şöbəsi Ali Məhkəmənin hökmünə məhəl qoymur”
“Nizami rayonu İcra və probasiya şöbəsi Ali Məhkəmənin hökmünə məhəl qoymur”
“Nizami rayonu İcra və probasiya şöbəsi Ali Məhkəmənin hökmünə məhəl qoymur”

Bu günə qədər Ombudsmana qədər şikayət yazmışam ki, Nizami rayon İcra və probasiya şöbəsi məhkəmə qərarını qəsdən yerinə yetirmir və bunu üçün əlindən gələn bütün tədbirləri görür. Yazılan bütün şikayət məktubları təzədən bunların üstünə göndərilir, bunlar da bütün məktubları standart cümlələrlə bağlayırlar: “İcra işi ilə bağlı tədbirlərimizi görürük”, vəssəlam. 3 ildir bu sözlərlə yola verirlər işi. Borclu şəxs də əlini qolunu sallaya - sallaya, hətta xaricə gedib gəlir. Görünür, onu arxayın salıblar ki, məhkəmə qərarını icra eləməyib, onun istədiyi yerə qədər uzadacaqlar. Evi - adresi, iş yeri və bütün məlumatları bilinən şəxs keçən il evlərindən birini 70 minə satdı, icra şöbəsinə bunu deyirəm, elə standart bəhanə gətirirlər ki, “narahat olma, həll ədəcəyik”. Bunlara qalsa 50 il də uzadarlar bir qərarın icrasını”.

Şikayətçi məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Təşkilat Nəzarət İdarəsinə də yazılı müraciət edib. Müraciətdə bildirilir:

“...İcra haqqında Qanunun 12.1 maddəsinə görə �?icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir’. Lakin Nizami rayonu İcra və probasiya şöbəsi “borclunun ölkədən gətmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı təqdimatı 12.04.2021 tarixində, yəni 3 il sonra mənim israrlı tələbimlə vermişdir. Həmçinin “birgə nigah sorğusu” da 3 il sonra, yenə mənim tələbimlə 12.04.2021 tarixində verilmişdir.

“Nizami rayonu İcra və probasiya şöbəsi Ali Məhkəmənin hökmünə məhəl qoymur”

Bu da borclunun borcu ödəməsindən yayınmasına şərait yaratmışdır və İcra və probasiya şöbəsinin təqdimatında da qeyd olunduğu kimi bu müddət ərzində borclu Məhdiyəv Əli Adil oğlu müxtəlif vaxtlarda dəfələrlə rəspublika sərhəddini tərk etmişdir. Borclu şəxs ümumiyyətlə məhkəmə qərarını tanımır, açıq şəkildə deyir ki, borcu ödəmək fikri yoxdur, ödəməyəcək. O, xaricə gedib geri qayıtmasaydı, bunun məsuliyyəti kimdə olacaqdı?

Həmçinin iki dəfə yazılı olaraq xahiş etmişəm ki, bu işlə bağlı icra məmuru Gültac Sadıqova xanım səhlənkarlıq etdiyi və tez-tez məzuniyyətə çıxıb işdə olmaması səbəbiylə başqa bir icra məmuru ilə əvəz edilsin. Lakin yazılı müraciətlərimə İcra və probasiya şöbəsinin rəisi Rəşad Hacıyev müəllim 23.01.2020 cil il tarixli, 17/71-K 48 nömrəli və 29.06.2020 tarixli 17/71-K 1573 nömrəli məktublarla cavab yazaraq bu xahişimi rədd etmişdir. Halbuki icra məmurunun dəyişdirilməsini və işinə məsuliyyətlə yanaşan başqa bir icra məmuru ilə əvəz olunmasını xahiş etmək tələbkar tərəf olaraq mənim hüququmdur, Rəşad müəllim isə bu xahişimi qərəzli şəkildə rədd edir”.

İlqar Məmmədov Ədliyyə Nazirliyinə müraciətində onu vurğulayır ki, icraçı Gültac xanım qəsdən işi icra etmir və ona işlə bağlı doğru məlumatlar vermir.

“Nizami rayonu İcra və probasiya şöbəsi Ali Məhkəmənin hökmünə məhəl qoymur”

Şikayətçinin iddiasına görə, Nizami rayon İcra və probasiya şöbəsi borcludan “borcu yaxın vaxtda ödəyəcəyinə dair” bir iltizam alıb ona göstərməklə gözə kül üfləyir: “Sonra da mənə deyirlər ki, cavabdeh bizi aldadıb qaçdı və öz yazdığı iltizamı da qəbul etmir, faktiki yaşayış yerini də bilmirik, təkrar axtarışa vərəcəyik, tədbirlər görəcəyik. Bütün bunlar icra işinin uzadılmasına və cavabdehin məsuliyyətdən yayınmasına xidmət edən tədbirlərdir və icra şöbəsi 3 ildir eyni bəhanələrlə guya tədbir görürmiş kimi işin icrasını qəsdən uzadır.

Məhkəmə qərarları dövlət adından çıxardılır və icrası vacibdir. İcra şöbəsinin Məhkəmə qərarına bu cür məsuliyyətsiz yanaşması və aşkar qərəz nümayiş etdirərək işi illərlə uzatması məni vətəndaş olaraq çox məyus edir”.

Qeyd edək ki, Ovqat.com olaraq, biz Nizamı rayonu İcra və probasiya şöbəsinin rəisi Rəşad Hacıyevlə telefonla danışıb iddialara cavab almaq istədik. Rəşad müəllim işlə bağlı mətbuata hər hansı açıqlama vermək səlahiyyətinin olmadığını bildirdi və bizə Ədliyyə Nazirliyinin Mətbuat şöbəsinə müraciət etməyi məsləhət gördü. Nazirliyin şikayətlə bağlı mövqeyini işıqlandırmağa hazırıq.

Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru