Qorxu filmlərini kölgədə buraxan dram .....                     "Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" .....                     Ermənilərin puça uğrayan daha bir ümidi... .....                     Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                 

Ədliyyə Nazirliyi və Ali Məhkəmə Ağayevlər ailəsini əsir götürüb... - QALMAQAL
Tarix: 12-05-2021, 08:44 | Çap et
Ədliyyə Nazirliyi və Ali Məhkəmə Ağayevlər ailəsini əsir götürüb...
Azərbaycanda vətəndaşı Sakin Ağayevin başına gətirilməyən müsibətlər qalmayıb. Bütün qanunsuzluqların atındakı imzalar məhkəmələr və məmurlardır. Uzun müddətdir ki, haqlarının bərpası uğrunda mübarizə aparan S.Ağayev ölkə daxilində ədalət tapa bilmədiyi üçün ümidini Avropa Məhkəməsinə bağlayıb.

O, Ədliyyə Nazirliyinin və məhkəmələrin əlində üç ildir girov kimi saxlanır. Səbəb isə İbrahimov Fikrət Vəli oğludur. Onun dələduzluğuna qahmar çıxan, bu şəxsi müdafiə edən Nazirlik və məhkəmələr Sakin Ağayevi az qala intihar həddinə çatdırıb.

Artıq mayın 7-də Sakin Ağayev mətbuat konfransı keçirərək Fikrət İbrahimovun qanunsuz əməlləri və ona havadarlıq edən məmurlar barəsində açıqlamalar verib. Prezident İlham Əliyevə güvənən Sakin Ağayev bildirib ki, dövlət bu məmurların niyə İbrahimovun tərəfini saxladığını aydınlaşdırmalıdır, məhkəmələrin haqsız qərarları ləğv olunmalıdır.

Onun sözlərinə görə, həyat yoldaşı, Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşı Rəhimli Vüsalə Mahmud qızı özünə məxsus olan “Töleş Manğıstau” MMC-nin 51% hissəsini 14 iyun 2014-cü ildə Aktau şəhərində imzalanan 14-02 saylı alqı-satqı müqaviləsi əsasında 1.250.000 (Bir milyon iki yüz əlli min) ABŞ dollarına digər Azərbaycan vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satıb. Hər şey də buradan başlanıb.

Bu müqavilənin şərtlərinə görə F.İbrahimov aldığı pay hissəsinin dəyərini 2014-cü ilin sonuna qədər ödəməli idi, lakin göstərilən vaxtda vəd edilən məbləğ ödənilməyib.

2015-ci ilin fevralında F.İbrahimov iki dəfəyə hər birində 350.000 ABŞ dolları olmaqla ümumi 700.000 ABŞ dollar müqavilədə göstərilən bank hesabına köçürüb. Yəqin ki, bu məbləği görəndə əvvəlcə etibar ediblər.

Hesaba köçürülən pulu hesaba mədaxil etmək üçün bankdan müqavilə tələb olunduqda V.Rəhimli yuxarıda göstərilən 14-02 saylı müqavilənin nüsxəsini banka təqdim edib. Lakin bankdan müəyyən olunub ki, qeyd edilən vəsait həmin müqavilə əsasında deyil, başqa bir adla, hansısa başqa saziş əsasında metal tədarükü məqsədi ilə ödənilib.

V.Rəhimlidə metal tədarükü təyinatlı bir müqavilə olmadığına görə, ödəniş səbəbi yanlış göndərildiyi üçün bank vəsaiti hesaba mədaxil etmədən geri qaytarıb. Bu barədə F.İbrahimov məlumatlandırılıb.

Ödənişin təyinatını düzgün, yəni tərəflər arasında müqavilə əsasında yenidən köçürülməsi xahiş olunub. Bir müddət sonra F.İbrahimov V.Rəhimlinin həyat yoldaşı Sakin Ağayevə zəng vurur. Bildirib ki, pulu bank hesabına göndərə bilmir, onu nağd olaraq Bakıda vermək istəyir.

Qazaxıstanda banka olan borclarını tezliklə bağlamaq üçün V.Rəhimli razılıq verib. Həmin məbləği Sakin Ağayevin Bakıdakı bank hesabına qoymağı və oradan Qazaxıstana göndərilməsinə razılaşır.

Bakıdakı bank hesabından əməliyyatlar aparmağa Sakin Ağayevin birinci nikahından olan qızı Dilarə Ağayevanın etibarnaməsi olduğu nəzərə alınaraq onun vasitəsi ilə bu əməliyyatın həyata keçirilməsinə qərar verilir.

Fikrət İbrahimov iki dəfə (20.02.2015 və 25.02.2015-ci il tarixlərində) hər dəfə 349 000 ABŞ dolları olmaqla (hər dəfə həmin məbləğlərdən 1000 ABŞ dolları nəğdləşmə faizi çıxmaqla) ümümi 698 000 dolları Dilarə vasitəsi ilə R.Vüsalənin həyat yoldaşı S.Ağayevin bank hesabına qoyub.

Hər iki əməliyyatla bağlı o, Dilarədən u pulun onun tərəfindən qəbul edilməsinə dair qəbz alıb. Birinci dəfə ödənişi F.İbrahimov, ikincidə oğlu Şahin İbrahimov həyata keçirib. Ancaq borcun qalan 550 000 dolları hissəsi isə ödənilməmiş qalır. Bundan sonra F.İbrahimov zənglərə cavab verməyib və onunla uzun müddət əlaqə saxlamaq mümkün olmayıb.

S.Ağayev Bakıda yaşayan böyük qardaşı Ağayev Məhəmmədhaqqını hər hansı informasiya almaq üçün evinə gedib xəbər bilməsini xahiş edir. M.Ağayevi küçədə F.İbrahimovun həyat yoldaşı və qaynanası qarşılayaraq bildiriblər ki, “hazırda Fikrət şəhərdə yoxdur”.

M.Ağayev onlardan Fikrətin imkanı olan kimi S.Ağayevə zəng vurmasını xahiş edir. Bir müddət sonra M.Ağayevə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng gəlib və həmin idarəyə gəlməsi tələb edilib. İdarədə məlum olub ki, F.İbrahimov öz həyat yoldaşına M.Ağayevə qarşı böhtan xarakterli şikayət ərizəsi yazdırıb.

Bildirib ki, guya 60 yaşlı M.Ağayev Fikrətin arvadına sataşıb. Müvafiq araşdırma aparıldıqdan sonra bunun böhtan olduğu müəyyən edilib və sərbəst buraxılıb. Bu böhtandan sonra aydın olub ki, F.İbrahimov borcun qalan hissəsini, yəni 550 000 dolları ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrlə qarşı tərəfə təzyiqlər göstərməyə başlayıb.

S.Ağayevin sözlərinə görə, xanımı V.Rəhimli 2016-cı ilin iyununda Qazaxıstanın 2 saylı Aktau şəhər Məhkəməsində “borcun ödənilməsi” tələbi ilə bağlı F.İbrahimova qarşı iddia qaldırıb. Qazaxıstanda məhkəmə prosesləri uzun müddət davam edərək Ali Məhkəməyə qədər çıxıb.

Sonda Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixdə qətnamə çıxarılır. Qərara əsasən F.İbrahimov V.Rəhimliyə olan 1.250.000 dollar məbləğində borcdan qalan 550.000 dolları və 68.000 dolları məhkəmə xərcləri ödəməlidir.

V.Rəhimliyə olan borcu ödəmədiyinə görə F.İbrahimov Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. Amma İbrahimov açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş borcunu ödəməkdən yayınaraq Azərbaycanda gizlənir. Buna görə V.Rəhimli Azərbaycanın Ali Məhkəməsinə müraciət edir, Qazaxıstan məhkəməsinin çıxardığı qətnamənin tanınması və məcburi icraya yönəldilməsi barədə Beynəlxalq Konvensiya qanunlarına uyğun şəkildə vəsatət qaldırır.

Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri – femidanın düşmənlıri olan Hacıyev Sənan Firudin oğlu, Əsgərov Qurbət Ağa oğlu və Vəliyevə Elşanə Raffiq qızı F.İbrahimovun tərəfini tutur, ona havadarlıq edirlər.

Onlar heç bir qanuni əsas gətirmədən 27.12.2018 -ci il tarixdə vəsatətin təmin olunmasından imtina edirlər. Bununla nəinki Azərbaycan qanunlarını, hətta ölkəmizin qoşulduğu Beynəlxalq Konvensiya qanunlarını da kobudcasına tapdalayırlar.

Bu qanunsuzluğu aradan qaldırmaq üçün V.Rəhimli Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməli olub. Hazırda Avropa məhkəməsi tərəfindən icraata götürülüb, qovluq nömrəsi verilib.

Fikrət İbrahimov kimi birinin çirkin maraqlarına görə Beynəlxalq Konvensiyanı pozaraq ölkəmiz adına ləkə gətirirlər.

S.Ağayev bildirib ki, F.İbrahimov hələ 2017-ci ildə Pirallahı rayon Məhkəməsində saxta müqavilə əsasında xeyrinə qərar çıxarıb.

Onun sözlərinə görə, hakim Qəhrəmanov Əkrəm Sabir oğlu ilə cinayət əlaqəsinə girərək V.Rəhimli və onun ailə üzvlərimə qarşı saxta məhkəmə qətnaməsi çıxarmaq barəsində sövdələşir.

O, indi nəinki 14 iyun 2014-cü il tarixli 14-02 saylı alqı-satqı müqaviləsi qalan borcunu ödəməkdən yayınır, həm də öz ləyaqətinə uyğun üsulla V.Rəhimli və onun ailə üzvlərinə böhtan atmaqla müqavilə üzrə ödədiyi həmin 698 000 dolları saxta sənəd tərtib etməklə geri almağı qarşısına məqsəd qoyur.

O, bu saxtakar hakimlə sövdələşdikdən sonra Pirallahı rayon məhkəməsinə müraciət edərək cavabdehlər - Rəhimli Vüsalə Mahmud qızı, onun həyat yoldaşı Ağayev Sakin Abdulhüseyin oğlu və qızı Ağayeva Dilarə, həmçinin heç kimin tanımadığı Novruzov Abuzər Novruz oğlundan birgə qaydada 698 000 dolları miqdarda pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması barəsində iddia qaldırır.

Məhkəməyə təqdim etdiyi iddiada F.İbrahimov göstərib ki, guya o V.Rəhimli və onun ailə üzvlərinə metal almaq üçün qabaqcadan 698.000 dollar verib və onlar bu vəsaiti qəbul etsələr də metalı verməyiblər.

O, həmin iddia ərizəsini yalnız özü tərəfindən bir tərəfli qaydada imzalayıb möhürləyib və 14 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Ağayeva Dilarədən 698.000 dolları qəbul edilməsinə dair qəbzi əlavə edir. Guya yuxarıda qeyd edilən bu vəsaiti o V.Rəhimli və onun ailə üzvlərinə metal almaq üçün ödəyibmiş.

Heç bir əsası olmayan iddia əsasında gizli şəkildə saxta məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən qətnamə qəbul edilib.

Hətta belə bir müqavilə mövcud olsaydı, iki hüquqi şəxs arasındakı mübahisə ancaq İnzibati İqtisad məhkəməsində baxıla bilərdi. Pirallahı rayon məhkəməsinin belə bir işi icrata qəbul etməsi qanunsuzluqdur.

Digər tərəfdən məhkəmə çəkişməsində tərəf kimi adı çəkilən cavabdehlərin heç biri Pirallahı rayonunda pasport qeydiyyatında olmayıb.

Cavabdeh kimi cəlb edilmiş Abuzər Novruzova qarşı isə iddiaçı tərəfindən heç bir tələb yönəldilməyib. Sonuncu da məhkəmə iclasında iştirak etməyib.

A.Novruzovun da Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı müəyyən olunub. Pirallahı Polis idarəsinə verdiyi izahatda A.Novruzov nə həmin iddia ərizəsində göstərilən cavabdehləri, nə də F.İbrahimov adlı birisini tanıdığını, belə bir məhkəmə prosesinin olmasından xəbərsiz olduğunu bildirib.

Pirallahı rayon Məhkəməsinin Qətnaməsini F.İbrahimov icra üçün paralel olaraq həm də Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə və həmçinin Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə göndərib. İcra işləri ilə əlaqadar Ağayev Sakin, qızı Ağayeva Dilarə və Rəhimli Vüsalə ölkədən çıxa bilmir.

Eyni zamanda onların əmlakları üzərinə həbs qoyulub. Bundan əlavə Pirallahı rayon Məhkəməsinin çıxardığı Qətnamənin icra olunmaması adı ilə CM-nin 306-cı maddəsilə F.İbrahimov və onun havadarları vasitəsi ilə Ədliyyə Nazirliyinin istintaq idarəsində cinayət işi başlanıb.

S.Ağayev bu işə şahid qismində cəlb olunub. İşin baxılması müstəntiq Malik Səfərovun icraatına verilib. Lakin qətnamə hələ 03 mart 2020-ci il tarixdə Qazaxıstanda icra olunub.

Bu barədə Yasamal rayon İcra və Probasiya şöbəsi, Sumqayıt şəhər İcra və Probasiya şöbəsi, Ədliyyə Nazirliyi və həmin qurumun istintaq idarəsi rəsmi olaraq lazımi qaydada məlumatlandırılıb.

Buna baxmayaraq Azərbaycanda eyni qətnamənin icrası və bununla əlaqadar aparılan istintaq işinə hələ də xitam verilməyib. Sözsüz ki, bütün bu qanunsuzluqlar fırıldaqçı F.İbrahimov və onun havadarlarənın təzyiqi altında olub.

S.Ağayev Yasamal rayon məhkəməsinə Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Allahverdiyevin hərəkətsizliyindən şikayət ərizəsi verib, amma ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət, əmlaklar üzərinə qoyulmuş həbsin qaldırılması iddiaları təmin olunmayıb.

Bakı Apellyasiya Məhkəməsində bu qərardan verilən şikayətə hakim Emin Mehdiyevin sədrliyi ilə baxılaraq qanunsuz qərar çıxarılıb. Bütün bu məsələlər barədə Azərbaycanın tanınmış hüquq müdafiəçiləri, Qazaxıstanın vəkilləri müraciətlər ünvanlayıblar.
Rubrika.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Dünən, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Dünən, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Dünən, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Dünən, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Dünən, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Dünən, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Dünən, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Dünən, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Dünən, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Dünən, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Dünən, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Dünən, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Dünən, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Dünən, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Dünən, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Dünən, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Dünən, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Dünən, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Dünən, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Dünən, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Dünən, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Dünən, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Dünən, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Dünən, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Dünən, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Dünən, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Dünən, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Dünən, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
28-09-2024, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
28-09-2024, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
28-09-2024, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
28-09-2024, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
28-09-2024, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
28-09-2024, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
28-09-2024, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
28-09-2024, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
28-09-2024, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru