Gəncədə hüquq adına rəzalət! - 32 hakimin 103 qərar və qətnaməsi faydasızdır
Tarix: 5-05-2021, 10:16 | Çap et
 Gəncədə icra məmurlarının vətəndaşa qarşı özbaşınalığı və süründürməçiliyi davam edir. Vətəndaş Əliyeva Kifayət İsbar qızı uzun illərdir ki, qanuni məhkəmə qətnaməsinin icrasına nail ola bilmir, icra məmurları yeni bəhanə və hallarla tələbkara qarşı haqsızlıqlar edir.
İcra özbaşınalığından təngə gələn şikayətçi yenidən ədliyyə naziri cənab Fikrət Məmmədova şikayət edib. Şikayətçi "Demokratik.Az"-a müraciət edərək probleminin ictimailəşdirilməsini, haqq səsinin yuxarı dövlət orqanlarına açıq məktubla da çatdırılmasını xahiş edib. Şikayətçi son müraciətində aşağıdakıları yazır:
"Hörmətli Redaksiya!
Azərbaycan Konstitusiyasının qərarlarını kobudcasına rüşvət bahasına pozan “Hakimlərin” və “Yerli məmurlar”ın ucbatından ailəmlə bərabər qanunları pul ilə alqı-satqı edən hakimlər və məmurlar tərəfindən həm təhqirə məruz qalmışıq, həm də Azərbaycan vətəndaşı kimi hüquqlarımız kobudcasına pozulub və pozulmaqda da davam edir.
Dəfələrlə Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinin müddəaları kobud surətdə pozularaq, qanunla qorunan mənzil hüquqlarımız korrupsion məmur və hakimlər tərəfindən öz şəxsi mənafeləri hesabına qərəzli surətdə, şəxsi maraqlarına görə bu günə kimi pozulmaqdadır.

Gəncə şəhər Nizami rayon Məhkəməsi ilə Gəncə Apellyasiya Məhkəməsi arasında sanki bir oyun gedir. Hakimlər toxunulmazlıq statusundan sui-istifadə etməklə, öz aralarında “ötürhaötür” oyunu oynayırlar.
“Hakiməm, müstəqiləm” deyərək xalqı əzən, incidən hakim andını pozan cinayətkar, ədalətsiz, korrupsioner hakimlər nə vaxt və kim tərəfindən cəzalanacaqlar?

Azərbaycanda atadan miras qalmış, sahəsi 3 sot olan Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülk övladlar: oğul Ələkbərov Sabir Tahir oğlu və qız Quliyeva Sayidə Tahir qızı arasında bölünmə prosesi üçün 2007-ci ildən başlayaraq Azərbaycan Respublikasının 32 (otuz iki) adda hakimi tərəfindən 103 (yüz üç) sayda Qərar və Qətnamələr çıxarılmışdır.
Və hələ də bu günə kimi məhkəmə prosesləri davam etdirilir.
Gəncə şəhər İcra İdarəsinin icra məmuru İlkin Qədimov Məhkəmə qərarlarını icra etmək əvəzinə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin korrupsioner rəisi Abdulla Abdullayevlə “müştərək iş” quraraq mübahisəli mülk üzərində həbs qərarının olmasına baxmayaraq, DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin öncəki rəislərinin edə bilmədiyi, özünün dediyi kimi “arxası möhkəm olan” məmur Abdulla Abdullayev “işin tamamlanmasını” öz üzərinə götürərək mübahisəli mülkün satılması üçün 5 saylı Notariat Kontora saxta sənəd təqdim etmiş və Bakı şəhər sakini Məmmədova Sevda Hidayət qızına nömrəsiz, müdriyyətin imzası və möhürü olmadan çıxarış vermişdir. Göstərilən çıxarışı vətəndaş Məmmədova Sevda Hidayət qızı Məhkəmə və Polis orqanlarına təqdim edir.
Bu gün biz həm ata ocağımızdan məhrum olunmuşuq, həm də Məhkəmə tərəfindən 29860 (iyirmi doqquz min səkkiz yüz altmış) manat dəyərində qiymətləndirilmiş ailəmizə məxsus 156 adda ev əşyalarımızı geri ala bilmirik.
DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhəri Bakı küçəsi 70 saylı mülk üzərində aparılan əməliyyatların qanunsuzluğu barədə illərdir şikayət edirəm:
- Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qərarında mübahisəli mülkün 22 m2 sahəsindən bəhs olunduğu halda, Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-in Gəncə şəhər 3 saylı Ərazi İdarəsindən mülkü hansı əsaslarla 100 m2 sahəyə: A və B hissələrə ayrılması barədə açıqlama verilmir.

- Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.02.2019-cu il tarixli 26263 saylı ekspert Rəyində Gəncə şəhəri Bakı küçəsi 70 saylı ünvanda yerləşən torpaq sahəsinin 32,6 m2 və yaşayış evindən bir giriş-çıxış yolunun olduğu müəyyən edildiyi göstərilmişdir.
Əmlak Məsələləri Komitəsi yanında DƏDRX-in Gəncə şəhər 3 saylı Ərazi İdarəsinin rəisi Abdulla Abdullayev qanunvericiliyin tələblərinə məhəl qoymayaraq, korrupsiya əməlləri ilə məşğul olması barədə dəfələrlə ünvanladığım məktublara doğru - düzgün cavab ala bilmirəm. Hər dəfəsində şablon, təkrar tipli məktublar göndərilərək, korrupsiya əməllərinə sanki dəstək olurlar. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri və məsləhətçiləri arasında oynanılan “Biznes oyunu” bitmək bilmir, şikayət ərizələrimiz üzərində “ötürhaötür” oyunu oynanılır.
Sizdən bir Qarabağ müharibəsi veteranının anası kimi Xahiş edirəm, mənə köməklik edəsiniz.
Ümid edirəm və inanıram ki, Sizin köməkliyinizlə mətbuatda növbəti dəfə işıqlandırmaqla neçə illərdən bəri pozulan hüquqlarımız bərpa olunar və haqq-ədalət öz yerini tapar".
Qarşı tərəfi də dinləməyə hazırıq...

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|