
Kürdəmir rayon, Hərbi şəhərciyində yaşayan Gülcahan İbrahimxəlil qızı Abdullayeva aztəminatlı ailədir. O, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VEMTAS saytına onlayn müraciət edib, ancaq ona imtina cavabı gəlib.
DİA.AZ-ın məlumatına görə, imtinanın səbəbi kimi isə “onun rəsmi iş yeri olmadığı” göstərilib. Gülcahan Abdullayeva bununla bağlı Kürdəmir rayon Məşğulluq Mərkəzinə və Kürdəmir rayon DSMF-nun ƏƏSM-nə şikayət bildirsə də, ona heç bir köməklik göstərilməyib.
Qeyd edək ki, narazı vətəndaş üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət edərək köməklik göstərilməsini istəyir.
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...