“Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                     Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu .....                     Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” .....                     Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir? .....                     İran hakimiyyəti adamlarını qoruya bilmir .....                     “Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” .....                     Laçın və İrpen qardaşlaşmış şəhərlər olub .....                     Nazim Bəydəmirliyə hökm oxunub .....                     MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                     İranda həbsdə olan Fəridin anası danışdı: .....                     Gözlənilən əməliyyat və məntiqi nəticə: .....                     Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı .....                     İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı .....                     "Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA .....                     Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi .....                     Xalq artistindən illər sonra ETİRAF: .....                     Əvəz Zeynallının şikayətinə .....                     Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... .....                     "Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim" .....                     İsrail “cin ordusu”ndan istifadə edir .....                     Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... .....                     Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb .....                     "Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim" .....                 

Cəlilabadda başçını camaat düşündürmür... - GİLEY
Tarix: 27-06-2020, 09:46 | Çap et
Cəlilabadda başçını camaat düşündürmür...
Cəlilabadın Sərhədabad kənd sakini Pərviz Ağayev hərəkət qabiliyyətini tamamilə itirib. İndi səhhətindən əlavə problemləri də var. Həm yaşadığı ev qəzalı vəziyyətdədir, həm də dolanışığı yaxşı deyil. DİA.AZ xəbər verir ki, Pərviz Ağayev miopatiyadan əziyyət çəkir. Yəni əzələ hüceyrələrində metobolik proseslərin pozulması baş verib. Həkimlər xəstəliyin anadangəlmə olduğunu bildirir. Amma 30 yaşlı gənc bununla razılaşmır. Pərviz Ağayev orta məktəbdə özünü yaxşı hiss etdiyini xatırlayır.

“İnkişaf 16-17 yaşımdan sonra dayandı. Geri getməyə başladım. 20-21 yaşımdan sonra xəstəlik özünü daha qabarıq göstərdi. Əvvəllər divardan tuta-tuta birtəhər gəzirdim. Sonra yerişim tamam sıradan çıxdı. İlyarım olar ki, heç gəzə bilmirəm. Bir otaqdan o birisinə otura-otura gedirəm”, - Sərhədabad kənd sakini danışır.

Pərviz Ağayev deyir ki, ayaqlarından sonra qolları da gücdən düşməyə başlayıb. Yemək yeyəndə, çay içəndə bir qolu ilə digərini qaldırmağa çalışır.

Pərviz Ağayev birinci qrup əlildir, iki körpə övladı var. Sərhədabadda valideynləri və ailəsi ilə yaşayır. Altı nəfərlik böyük ailəyə ayda cəmi 450 manat daimi pul gəlir. Bunun 250 manatı özünün aldığı təqaüddür. Cəlilabadlı gənc bu pulun normal dolanmağa yetmədiyini, çox sıxıntı keçirdiklərini deyir.

“Məcburiyyətdən sosial şəbəkədə yazıb ərzaq köməyi istəmişdim. Allaha and olsun, o iki uşağa özümüzdən çox xərc gedir. Uşaqlardan biri 3 yaşı var, o biri 1 yaş 3 aylıqdır. Kənddə hamı güclə dolanır. Yazdım ki, görüb yardım edərlərmi. Bakıdan bir qadın ərzaq göndərdi. Ev qəzalı vəziyyətdədi. 30 ilin evidi. Axırıncı dəfə 13 il əvvəl əl gəzdirilmişdi. İndi bir tərəfi tamamilə sıradan çıxıb. Divarlar dərin çat verib. Pəncərələr sınıq-sınıqdır. Ev və dolanışıq dərdi xəstəliyi də yaddan çıxarır”, - müsahibimiz danışır.

Pərviz Ağayev çox yerə müraciət etdiyini, hətta Nazirlər Kabinetinə də yazdığını bildirir. Dediyinə görə, bir dəfə Cəlilabad Rayon İcra Hakimiyyətindən gəlib 1500 manat veriblər: “Ev o qədər pis vəziyyətdədi ki, 1500 manatla düzələn deyil. İcra hakimiyyətinin gücü hamam-tualetin tikintisi üçün pul ayırmağa çatdı. Evin vəziyyətinə baxdıq, hələ tikməyə başlamamışıq. Çünki bu vəziyyətdə hamam-tualet də çat verəcək. Ev bütünlüklə xilas edilməlidir”.

Pərviz Ağayev hərəkət məhdudiyyətini aradan qaldırmaq, inkişafdan qalmamaq üçün çox mübarizə aparıb. Müalicə üçün Azərbaycanın bir çox yerlərində olub, hətta İrana da gedib. İndiki vəziyyətə düşməmək üçün əlindənm gələni etməyə çalışıb. Axırıncı dəfə Bakının Şaqan qəsəbəsində Əlillər üçün Müalicə Pansionatında müalicə alıb:

“Əvvəllər sanatoriyalara müalicəyə gedirdim. Ümidverici sözlər eşitmirdim. Bir ildən çoxdur müalicəni dayandırmışam. İrandan gələndən sonra bir az inkişaf hiss elədim. Amma müalicənin davamını gətirə bilmədim. Normal müalicə olsaydı, bəlkə də, sağalardım. Heç olmasa, gəzərdim. Çox şeyə imkan çatmadı. Bir ay müalicə elətdirirdim, yaxşılaşırdım, davam eləməyə maddi gücüm qalmırdı. Güclü müalicəyə tələb olunan pul məndə yoxdu. Daha həkimlər sağaltmağa da söz vermir, tam müalicənin daha mümkün olmadığını deyirlər”.

Pərviz Ağayev bir az ümidsizliyə qapılıb. Gəzmək arzusu həmişə var, amma indi daha çox ailənin bu günü, sabahı haqqında düşünür.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Bu gün, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Bu gün, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Bu gün, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Bu gün, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Bu gün, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Bu gün, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Bu gün, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Bu gün, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Bu gün, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Bu gün, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Bu gün, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Bu gün, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Bu gün, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Bu gün, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Bu gün, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Bu gün, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Bu gün, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Bu gün, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Bu gün, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Bu gün, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:38
"Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim"
Bu gün, 12:33
İsrail “cin ordusu”ndan istifadə edir – Molla
Bu gün, 12:27
Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... - AÇIQLAMA
Bu gün, 12:19
Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb - KİV
Bu gün, 12:16
"Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim"
Bu gün, 12:15
“Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb - SİYAHI
Bu gün, 12:11
2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi - DETALLAR
Bu gün, 12:09
"İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." - HƏBSXANADAN MƏKTUB
Bu gün, 12:04
“89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğurur” - Osman Gündüz
Bu gün, 11:59
Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB... - hər şey QURAMA İMİŞ...
Bu gün, 11:57
ADY beynəlxalq standartlara cavab vermir... - "Adını eşidirik ki, “sürət qatarları” var, tısbağa kimi gedirlər..."
Bu gün, 11:53
"Tıxac başqa, yolu konkret bağlamaq başqa..." - ETİRAZ VAR...
Bu gün, 11:48
Azərbaycanlı milyarder Rusiyadan deport edilir - SƏBƏB
Bu gün, 11:40
“Azərsun Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 11:34
İki milyon mənimsəyən “falçı” yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 11:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru