Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                     Bu şirkət nizamnamə kapitalını yenə azaltdı .....                     “BazarStore”da yeni təyinat .....                     Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... .....                     "Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" .....                     Bıçaqlanan məktəb direktoru ilə katibə arasında .....                     23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən .....                     Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan .....                     "Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." .....                     Nazir rektorun oğluna yeni vəzifə verdi .....                     Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB .....                     İsrailin bu hücumda iki cari hədəfi var... .....                     Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... .....                     "Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" .....                     5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? .....                     Aşıq Ələsgərin heykəli tənqid olundu .....                     ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün .....                     BRİCS-ə üzvlük müraciətindən nə xəbər? .....                     “Bank Respublika”nın uğursuz yatırımı .....                     Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi .....                     Göyçayda fermerlər ÇƏTİN DURUMDA .....                     Xeyir mənşəcə yalandır! .....                     Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır .....                     "Azərbaycan da hazır olsun!..." .....                     Dəmir Yollarında NƏ BAŞ VERİR? .....                     Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub .....                     “Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb .....                     "Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                     Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? .....                     Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... .....                 

Nazirin "stəkanda fırtına" siyasəti... - Müraciət
Tarix: 30-05-2019, 10:02 | Çap et
Nazirin "stəkanda fırtına" siyasəti...
Dövlət tərəfindən uzun illərdir ki, milyardlarla vəsaitin sərf edildiyi, proqramların həyata keçirildiyi Azerbaycan səhiyyəsini göstərilən bütün cəhdlərə rəğmən xilas etmək mümkün olmur. Bu gün ölkə səhiyyəsinin acınacaqlı durumu hamıya məlumdur. Bircə dəfə hansısa xəstəxanaya getmək kifayətdir ki, bu sahədə hökm sürən anarxiya, özbaşınalıq səni dəhşətə gətirsin.

Hər şeyin pulun iradəsinə tabe edildiyi səhiyyəmizdə bəlkə də ən son yerdə duran,en ucuz tutulan insan sağlamlığı, insan taleyidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan vətəndaşı canını götürüb qonşu ölkələrə üz tutur. Oqtay Şirəliyevin ozü öz sağlamlığının rəhbəri olduğu Azərbaycan səhiyyəsinə etibar etməyərək Avropanın klinikalarını dolaşmaqdadır. Ümumiyyətlə, onun nazir olduğu dönəmə nəzər saldıqda adamda ele təəssürat yaranır ki, nazir sanki qonşu ölkələrin səhiyyəsini inkişaf etdirmək üçün çalışır.. Məhz onun dönəmində Azərbaycan vətəndaşlarının qonşu ölkələrə müalicə üçün kütləvi axını başlandı, pulun tibb ocaqlarında diktaturası bərqərar olundu. Oqtay Şirəliyev ölkə səhiyyəsini məhv etmek üçün olan her şeyi edib-onun nüfuzunu sıfra endirib,dərman mafiyalarının ölkədə at oynatmasına münbit şərait yaradib, peşəkar kadrlarin xaricə axınını təmin edib. Bir ölkenin səhiyyə nazirinin müalicə üçün xarici ölkələrə üz tutmasından boyük utanc ola bilərmi? Bəs cənab Prezidəntə, Mehriban xanıma təqdim olunan, Avropa klinikalarından geri qalmadığı bildirilən tibb ocaqları harda qaldı, kimin üçün fəaliyyət göstərir? Tam əminliklə demək olar ki, Azərbaycan səhiyyəsi heş zaman indiki qədər acınacaqli durumda, bataqlıqda olmayib. Müasir görünüşlü xəstəxanaların, klinikaların binalarında ölkə səhiyyəsi "can verir". Oqtay Şirəliyev vəziyyeti düzəltmək əvəzinə yalan məlumatlarla yuxarı dairələri aldatmaqla meşğuldur. Əgər ölkənin səhiyyəsini bilavasitə çökdürmək üçün kimisə vəzifəyə təyin etsəydilər belə yenə də O. Şirəliyev qədər bu işin öhdəsindən gələ bilməzdi. O.Şirəliyev hər şeydən öncə Azərbaycan vətəndaşının səhiyyəsinə inamını məhv etməyi bacardı- xəstələrimiz acınacaqlı durumda İranın, gürcüstanın, Rusiyanın xəstəxanalarında dolaşırlar. Şirəliyev həkimlərin tamamilə ələbaxan, cibəgirən vəziyyətinə düşməsi prosesini rəsmən yekunlaşdırdı, rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrildi. Yeni tikilən, tam təmir olunan xəstəxanaların göz dağına çevrilməsi prosesi baş verdi-el diliylə desək “neyniyirəm qızıl teşti, içinə qan qusum” məsəli reallaşdı. Dərman mafiyası qol qanad açdı, keyfiyyətsiz məhsullar, mənşəyi məlum olmayan kimyəvi preparatlar ömrümüzə balta çaldı. Əksər özəl və dövlət xəstəxanalarında göstərilən xidmətlərin səviyyəsi həddindən artıq aşağı, qiymətlər isə həddindən artıq bahadır. Həkimlərin səhlənkarlıqları üzündən baş verən ölüm hadisələri isə ölkə mətbuatının gündəmindən düşmür. Belə “səhiyyə xadimləri”nin xidmətləri nəticəsində Azərbaycan səhiyyəsinin özü xəstə vəziyyətdədir.
Artıq vəziyyət elə həddə gəlib çatıb ki, vətəndaşlar nazirliyin binası qarşısında etiraz aksiyaları keçirir, səhiyyənin dəhşətli durumunu diqqətə çatdırırlar. Oqtay Şirəliyevin fəaliyyəti bir qədər də belə davam edərsə kütləvi etirazların olacağı istisna olunmur. Onun vəzifədə qaldığı hər gün dövlətin imicinin zədələnməsinə xidmət edir.
Son illərdə səhiyyə sistemində hökm sürən neqativ halların aradan qaldırılması üçün bir sıra layihələr həyata keçirilməyə başlayıb. Bunlardan biri də həkimlərin işə qəbulu prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə bağlıdır. Səhiyyə nazirliyinin rəsmi məlumatına inansaq Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Müsabiqədə iştirak üçün namizəd Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində müvafiq elektron xidmət bölməsinə daxil olaraq, elektron ərizənin doldurulmalıdır. Qanunla nəzərdə tutulmuş hallarda sertifikasiyadan keçirilməyən şəxslər ali təhsil haqqında sənədin və olduğu halda, ixtisaslaşma haqqında sənədin surətlərini ərizələrinə əlavə etməlidirlər. Həmçinin namizəd işə qəbul olunmaq üçün ixtisasına və ya baza təhsilinə uyğun 5 vakant yer seçə bilər. Namizədin topladığı bal onun seçdiyi 5 vakant yerə uyğun olaraq ardıcıllıqla yoxlanılır. Vakant elan edilmiş vəzifəyə təyin olunmaq üçün həmin vəzifəyə namizədlər arasında daha yüksək bal toplamış şəxs seçilir.
Göründüyü kimi prosesin şəffaflığı üçün mükəmməl hüquqi baza formalaşdırılıb. Lakin apardığımız araşdırma əslində Səhiyyə Nazirliyinin “stəkanda fırtına” effekti yaratdığını, həkimlərin işə qəbul prosesinin Nuh Nəbidən qalma üsullarla aparıldığını ortaya çıxartdı.
Xatirladaq ki, bu günlərdə paytaxt xəstəxanalarında vakant yerlərə qebulla bağlı elanlar verilib. Düzdür, ilk baxışda hər şeyin qanunauyğun olduğu görünsə də apardığımız araşdırmalara gorə bütün bunlar görüntü xatirinə edilir. Əslində isə artıq boş yerlərə nazirliyin xüsusi siyahısı ilə təyinatlar edilib. Yəni nazirlik prosedur qaydalarını qanuni şəkildə həyata keçirsə də son mərhələdə məhz “damara baxıb qan almaqla” işə qəbul həyata keçirdir. İmtahan verən şəxs lap təbib-loğman olsa belə mərkəzi xəstəxanalara qəbul üçün tələb olunan “kriteryalara” cavab verməlidir. Bu kriteryaların isə neçəyə olduğu barədə aidiyyatlı orqanlar araşdırma aparsalar daha məqsədəuyğun olardı. İnanmırıq ki, bizə və çoxlarına məlum olan faktları onlar bilməsinlər. O zaman sual yaranır ki, nədən dövlətin qanunları bir qrupun mənafeləri naminə tapdalanır və buna göz yumulur? Niyə savadlı həkimlərin işə qəbulu prosesi bir qrupun tamahı ucbatından korrupsiya, rüşvət bataqlığına çevrilir.
Hormətli Mehriban xanım! Sizin səhiyyənin inkişafı üçün atdığınız addımlar bütün vətəndaşlar tərəfindən təqdir edilir. Bütün fəaliyyətinizlə ölkəmizin güclənməsinə, insanların daha rahat, asan həyat şərtlərində yaşamasına çalışırsınız. Amma, yuxarıda qeyd etdiyimiz kimi Səhiyyə naziri O.Şirəliyev bütün mümkün vasitələrlə sizin fəaliyyətinizə kölgə salmağa çalışır. Azərbaycan səhiyyəsinin «Oqtay Şirəliyev xəstəliyini» müalicə etməyin tam zamanıdı.. İnanırıq ki, siz yenə də hər zaman olduğu kimi ən doğru qərarı qəbul edəcək, hamının çoxdan gözlədiyi bu qərarın reallaşmasına çalışacaqsınız. Sizə öncədən təşəkkür edirik.
Nicat Mahmudov
Rubrika.Az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
İsrailin bu hücumda iki cari hədəfi var... - İNCƏLƏMƏ
Bu gün, 09:44
Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... - DƏYİŞƏN HEÇ NƏ YOXDUR...
Bu gün, 09:42
"Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" - GİLEY
Bu gün, 09:33
5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? - HAZIR OLMALIYIQ...
Bu gün, 09:28
Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...
Bu gün, 09:26
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Bu gün, 09:25
BRİCS-ə üzvlük müraciətindən nə xəbər? - prosedurların ikisi keçilib, sonra...
Bu gün, 09:24
“Bank Respublika”nın uğursuz yatırımı - Şirkətin biznesi sürətlə əriyir
Bu gün, 09:22
Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi - TƏFƏRRÜAT
Bu gün, 09:21
Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..."
Bu gün, 09:19
Xeyir mənşəcə yalandır! - Aqşin Yenisey yazır...
Bu gün, 09:14
Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır
Bu gün, 09:08
"Azərbaycan da hazır olsun!..." - Qonşuluqda qalanan TONQAL
Bu gün, 09:05
Dəmir Yollarında NƏ BAŞ VERİR? - İşçilərə TƏZYİQ OLUNUR?
Bu gün, 09:02
Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub - İsrafil Kərimovun yazısı
Bu gün, 08:54
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Bu gün, 08:50
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru