Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR .....                     Burada təhsildən daha çox puldan danışılır... .....                     Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                     Bu şirkət nizamnamə kapitalını yenə azaltdı .....                     “BazarStore”da yeni təyinat .....                     Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... .....                     "Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" .....                     Bıçaqlanan məktəb direktoru ilə katibə arasında .....                     23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən .....                     Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan .....                     "Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." .....                     Nazir rektorun oğluna yeni vəzifə verdi .....                     Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB .....                     İsrailin bu hücumda iki cari hədəfi var... .....                     Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... .....                     "Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" .....                     5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? .....                     Aşıq Ələsgərin heykəli tənqid olundu .....                     ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün .....                     BRİCS-ə üzvlük müraciətindən nə xəbər? .....                     “Bank Respublika”nın uğursuz yatırımı .....                     Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi .....                     Göyçayda fermerlər ÇƏTİN DURUMDA .....                     Xeyir mənşəcə yalandır! .....                     Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır .....                     "Azərbaycan da hazır olsun!..." .....                     Dəmir Yollarında NƏ BAŞ VERİR? .....                     Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub .....                     “Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb .....                     "Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." .....                     Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… .....                 

Şəmkirdə icra başçısının “zibil şousu” - İDDİA
Tarix: 29-04-2019, 11:00 | Çap et
Şəmkirdə icra başçısının “zibil şousu”
Şəmkirdə icra başçısı Alimpaşa Məmmədov “zibilin içində” olan “JEK” rəisi Teymur Hacıyevi “təmizə” çıxarmaq üçün hərəkətə keçib. Teymur Hacıyev aprelin 2-də bankomatdan fəhlələrin əvəzindən maaş alarkən həbs edilmişdi. Yayılan məlumatlardan belə aydın olurdu ki, “JEK” rəisi 2 ay izlənilib, nəhayətdə bankomatdan 32 “ölü can”ın adına olan bank kartı ilə pul çıxararkən, necə deyərlər, “veşdok”la tutulub. Onun barəsində cinayət işi başlanıb, Baş Prokurorluq bu haqda məlumatları təsdiqləyib. Teymur Hacıyev hazırda ev dustağıdır. Bu olayı Şəmkirdə bilməyən yoxdur, hər kəs maraqla arestant rəisin cinayət işinin hansı sonluqla nəticələnəcəyini gözləyir. Teymur Hacıyevin isə əlinə vurulacaq qandalın bir halqasının da onu bu işlərə məcbur edənin qoluna vurulacağını başçıya çatdırması xəbəri də var...

Şəmkir küçələrinin zibil içində olması, rayonda hökm sürən antisanitariya haqda “Yeni Müsavat”ın ötən saylarında “Şəmkirdə zibil korrupsiyasından kimlər qazanır” sərlöhvəli (https://musavat.com/news/semkirde-zibil-korrupsiyasindan-kimler-qazanir-reportaj_607246.html ) reportaj təqdim etmişdik. Şəmkirin əsas küçələrində, Şəhidlər Xiyabanı önündə belə çirkabın dizə çıxdığını müşahidə etmiş, oxucularımızla bölüşmüşdük. Halbuki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna “DOST” mərkəzi xətti ilə məhz təmizlik işləri üçün 550 nəfərin işlə təminatını həyata keçirib. Hər ay bu məqsədlə dövlət büdcəsindən hər bir fəhləyə 180 manat əməkhaqqı da kəsilib. Şəmkirdə “DOST”dan fəhlələrin əməkhaqları hər ay alınsa da, 550 fəhləni görən olmadığını da öyrənmişdik.

Şəmkirdə icra başçısının “zibil şousu”

Həmin reportajdan sitat: “Sakinlər deyirlər ki, Şəmkirə ötən ilin ortalarında 550 ştat ayrılıb, hər işçiyə 180 manat təyin olunub: ”Məqsəd həm məşğulluğun artırılması idi, həm də onların şəhər təsərrüfatında iştirakı təmini idi. Amma zibilin dizə çıxmasının bir səbəbi də həmin 550 işçinin “ölü can”a çevrilməsi ilə əlaqədardır. Həmin 550 işçinin hələ 32 nəfərinin maaş kartı “JEK” müdirinin cibindən çıxdı. Onda icra hakimiyyətindəki digər vəzifəlilərin də cibinə baxsınlar, görsünlər ki, kimin cibində neçə fəhlənin maaş kartı var. Həmin fəhlələri işə götürmək səlahiyyəti rəsmi, qeyri-rəsmi İcra Hakimiyyətində çalışan Qüdrət Əliyev, Rasim Mustafayevdədir. Onlardan soruşmaq lazımdır ki, hanı bu 550 işçi, niyə gəlib küçələri təmizləmirlər?"

Şəmkirlilər deyirlər ki, 550 işçi səhərdən Şəmkir şəhərini təmizləməyə başlasalar, axşama 50-60 maşın tullantı çıxararlar: “Soruşanda deyirlər ki, guya fəhlələri Çinarlı, Zəyəm, Dəllər, Kür qəsəbələrinə küçələri təmizləməyə göndəriblər. Bunlar şəhəri düzəltməyiblər, kəndlərin dərdini çəkirlər? Həmin qəsəbələrdə, kəndlərdə bir nəfər də fəhlə işləmir. Kəndlərdə təmizliyi camaat özü eləyir. Bunu bilməyən var ki?”

Reportajdan sonra icra başçısı 50-yə yaxın şəxsi toplayaraq onların şəxsiyyət vəsiqələri və bank kartları ilə fotolarını çəkdirib. Başçı rayonun küçələrinin təmiz olması haqda uzun-uzadı “tost” deyib və məclis yekunlaşıb. Həmin foto-videolu məclisi başçı “yuxarılara” fəhlələrin varlığını sübut etmək üçün düzənləyib, Teymur Hacıyevlə bağlı “nöqsan”ı aradan qaldırmağa hesablanıb.

Aldığımız son məlumatlarda isə deyilir ki, “JEK”in guya işə qəbul etdiyi 550 nəfər “ölü can”ın sırasında illərdir Rusiyada olanlar da var. Yazdıqlarımızdan sonra Alimpaşa Məmmədov Rusiyada olan “ölü can”lar problemini də özünəməxsus şəkildə “həll” edib. Onların yaxınlarına “filankəs işə düzələndən sonra Rusiyaya işləməyə gedib” məzmunlu ərizələr yazdırılıb. Həmin şəxslərin pasportları ilə yoxlama aparılsa, məlum olacaq ki, adı işdə gedən “ölü can” illərdir ki, Rusiyadadır, onun Şəmkir küçələrindəki zibillə yaxından-uzaqdan heç bir əlaqəsi də yoxdur.

Şəmkirdən hazırladığımız reportajlardakı fotofaktlar ortalıqdadır - zibillik “göz oxşayır”. Başçı isə 50 nəfəri yığıb kameraya baxmağa məcbur edir, onlardan foto və videoları çəkilərkən gülümsəmələri tələb olunur. “Zibil şousu” bununla bitib. Növbəti tədbir isə Şəmkirin 42 bələdiyyə sədri və 48 icra nümayəndəsinin iştirakı ilə keçirilib. Bu tədbirdə isə iştirakçılardan nümayəndələri və bələdiyyə sədrləri olduqları yerlərdən asılı olaraq 3-7 min manat arası pul toplamaq tapşırığı verilib. Faktiki isə rayonun abadlaşdırılmasına büdcədən vəsait ayrılır. Həmin vəsaitləri isə Alimpaşa Məmmədov şəxsi pulları kimi xərcləyir. Onun faktiki sahibi olduğu “Azərforel”ə 3 milyon manat pul xərclədiyi bildirilir. 5 hektara yaxın ərazidə yerləşən “Azərforel” təkcə balıq yetişdirilməsi ilə məşğul olmur, orada balıq emalı, balıqların dondurulması və satışa hazırlanma sexləri fəaliyyət göstərir. Rayona səfərimiz zamanı gördüyümüz durumun səbəbini sakinlər başçının daha çox öz biznesinə vaxt ayırması ilə izah etmişdilər.

“İcra başçısının Şəmkirdəki nəhəng biznesi-qızıl balıq, maral və taxıl...” (https://musavat.com/news/icra-bascisinin-semkirdeki-neheng-biznesi-qizil-baliq-maral-ve-taxil-reportaj-fotolar_607872.html ) sərlöhvəli reportajda sakinlərin söylədikləri yer alırdı. Onlar demişdilər ki, Alimpaşa Məmmədov gününü əsasən Seyfəli kəndində olan özünə məxsus “Azərforel” adlı iri balıq fermasında və ya Şəmkir-Gədəbəy yolunun üstündəki maralçılıq fermasında keçirir. Alimpaşa Məmmədovun başının öz biznesinə qarışması onun müavini Qüdrət Əliyev və Ərazi İdarəetmə Şöbəsinin müdiri Rasim Mustafayevin Şəmkirin Könüllü kəndində örüş sahələrini “pay-puş” etmələrinə mane olmur. 5-6 sota bölünüb satılan örüş sahələrində hazırda evlər tikilib. Faktiki isə torpağın təyinatı belə dəyişməyib. Şəmkirdə işlər küçələrdə olduğu kimi, sözün hər mənasında, zibilin içindədir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
İsrailin bu hücumda iki cari hədəfi var... - İNCƏLƏMƏ
Bu gün, 09:44
Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... - DƏYİŞƏN HEÇ NƏ YOXDUR...
Bu gün, 09:42
"Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" - GİLEY
Bu gün, 09:33
5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? - HAZIR OLMALIYIQ...
Bu gün, 09:28
Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...
Bu gün, 09:26
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Bu gün, 09:25
BRİCS-ə üzvlük müraciətindən nə xəbər? - prosedurların ikisi keçilib, sonra...
Bu gün, 09:24
“Bank Respublika”nın uğursuz yatırımı - Şirkətin biznesi sürətlə əriyir
Bu gün, 09:22
Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi - TƏFƏRRÜAT
Bu gün, 09:21
Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..."
Bu gün, 09:19
Xeyir mənşəcə yalandır! - Aqşin Yenisey yazır...
Bu gün, 09:14
Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır
Bu gün, 09:08
"Azərbaycan da hazır olsun!..." - Qonşuluqda qalanan TONQAL
Bu gün, 09:05
Dəmir Yollarında NƏ BAŞ VERİR? - İşçilərə TƏZYİQ OLUNUR?
Bu gün, 09:02
Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub - İsrafil Kərimovun yazısı
Bu gün, 08:54
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Bu gün, 08:50
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Naxçıvanın KÖNTÖY MƏMURLARI - vətəndaşı ÇİLƏDƏN ÇIXARIB...
Bu gün, 06:57
Zibilliyə atılan NEMƏT... - Qarşısını ala bilməyəcəyik...
Bu gün, 06:52
Mənsum İbrahimova qarşı saxtakarlıq - FOTO
Bu gün, 06:48
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru