Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib .....                     Zay məhsulu satmaları bir yana... .....                     Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi .....                     İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb .....                     “Gümrü-Qars dəmir yolu...” .....                     Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR .....                     Burada təhsildən daha çox puldan danışılır... .....                     Ermənistanın ədliyyə naziri istefa verib .....                     KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq .....                     “Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” .....                     Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? .....                     Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır .....                     "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib .....                     KAPİTAL BANK müştəriləri belə risqə atır... .....                     Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? .....                     İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər .....                     Pənah Hüseyn niyə istefa vermədi? .....                     Bu şirkət nizamnamə kapitalını yenə azaltdı .....                     “BazarStore”da yeni təyinat .....                     Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... .....                     "Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" .....                     Bıçaqlanan məktəb direktoru ilə katibə arasında .....                     23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən .....                     Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan .....                     "Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." .....                     Nazir rektorun oğluna yeni vəzifə verdi .....                     Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB .....                     İsrailin bu hücumda iki cari hədəfi var... .....                     Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... .....                     "Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" .....                     5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? .....                     Aşıq Ələsgərin heykəli tənqid olundu .....                     ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün .....                     BRİCS-ə üzvlük müraciətindən nə xəbər? .....                     “Bank Respublika”nın uğursuz yatırımı .....                     Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi .....                     Göyçayda fermerlər ÇƏTİN DURUMDA .....                     Xeyir mənşəcə yalandır! .....                     Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır .....                     "Azərbaycan da hazır olsun!..." .....                 

Bir avantüraya qurbangedən milyonlar... - İLGİNC
Tarix: 9-04-2019, 09:43 | Çap et
Bir avantüraya qurbangedən milyonlar...
Beynəlxalq Bankdan oğurlanan 20 milyardın müəyyən hissəsi yüksək vəzifəli şəxslərə bağlı iş adamları tərəfindən kredit kimi alınaraq mənimsənilib. Xeyli sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb, qaytarmayıb. Bunlardan biri, götürüb qaytarmadığı kreditn həcminə görə bəlkə də birincisi “Hacı İbrahim” ləqəbi ilə tanınan İbrahim Nehrəmlidir.

Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı olan İbrahim Nehrəmli fantastik və fırıldaq “Xəzər Adaları” layihəsi adı ilə Beynəlxalq Bankdan 850 milyon kredit götürüb. Həmin vaxt bu 1 milyard dollardan artıq edirdi (bugünkü məzənnə ilə 1,7 milyard manat.). Hansı ki, mifik bir layihə adı ilə aldığı bu 100 milyonların bir hissəsini xaricdə biznes qurmağa, şəxsi təyyarəyə, bahalı avtomobillərə, gözəllik yarışlarına, katibələri üçün yüz min dollarlıq “cip”lərə, səyahətlərə və s. bu kimi dəbdəbələrə xərclədiyi məlum olub.

İbrahim Nehrəmli “Beynəlxalq Bank işi” adını alan proses çərçivəsində DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (MCQMBİ) zirzəmisində 10-15 gecə saxlanıldıqdan sonra, krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxsa da, bunun çox cüzi bir hissəsini qaytardı. Hətta bir müddət sonra Beynəlxalq Banka qalan 800 milyondan artıq borcunu qaytarmaqdan imtina etdi. Xəzər dənizinin sahilində tikdiyi 4-5 yarımçıq binanı Beynəlxalq Bankdan götürdüyü kreditlərlə əvəzləmək niyyətini ortaya qoydu.

İddia etdi ki, guya nə vaxtsa Beynəlxalq Bankdan nümayəndə heyəti onun “Xəzər Adaları”ndakı 5 yarımçıq obyektini qiymətləndirib. Sitat: “Həmin 5 obyektə bankın qoyduğu qiymət 1,5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir ”Bandotdel” tərəfindən çağırılmağım doğru deyil…”

Layihəsinin dəyərini 100 milyard dollar qiymətləndirən, mətbuata verdiyi açıqlamalarda Amerika, Türkiyə, ərəb və Çin investorlarının onun fırıldaq layihəsinə böyük maraq göstərdiyini – guya türk iş adamı Əli Ağaoğlunun ona 125 milyon dollar, Çin şirkətlərinin 600 milyon dollaradək, Qətərin dövlət şirkətinin 1 milyard dollar yatıracağı, Kanada dövlət agentliyi “Export Development Canada”nın 4 milyard dollaradək kredit ayıracağı, son olaraq Çin Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin 15 milyard investisiya ayırdığını iddia edən, söylədiyinin hamısı da AĞ YALAN çıxan BİRİNİN 4-5 sınıq-salxaq, yarımçıq binanı 1,5 milyard manat dəyərləndirməsi, əlbəttə, təəccüblü deyil.

Başqası olsa, “dəlidir” deyib keçərdilər, ancaq bunu söyləyən İbrahim Nehrəmli olduğundan, “altından nəsə çıxacağını” gözləmək lazım idi.

“AzPolitika.info”ya verilən məlumatlardan belə məlum olur ki, İbrahim Nehrəmli ağlasığmaz hesab olunan bu niyyətini reallaşdırmaq üzrədir. Belə ki, “Hacı” İbrahimin Beynəlxalq Banka olan 800 milyondan artıq borcunun “Xəzər Adaları”ndakı 5-6 yarımçıq bina ilə əvəzlənilməsinə hazırlıq getdiyi bildirilir. Daha dəqiqi, kimlərinsə himayəsi ilə İbrahim Nehrəmlinin 800 milyonluq borcunu ümumi dəyəri heç 50 milyon etməyən yarımçıq və dağılmış binalarla əvəzləmək istəyirlər. Planları baş tutarsa, İbrahim Nehrəmlinin, kreditə görə ödəməli olduğu faizləri də nəzərə alsaq, dövlətin 1 milyarda yaxın vəsaitinin də bu yolla “silinəcəyini” söyləyə bilərik.

Belədə sual olunur: İbrahim Nehrəmli kimi sıradan bir yalançı - nə iş həyatında bir uğuru olan, nə də Azərbaycan dövlətinin inkişafında hansısa xidmətilə fərqlənən birisi - Cahangir Hacıyevin rəhbərlik etdiyi bankdan dövlətin təxminən 1 milyard pulunu ələ keçirib “yeyə” bilirsə, Hacıyevin özünün 60 milyon, hətta 160 milyon mənimsəməsi niyə təəccüb doğurmalıdır?…

Cahangir Hacıyev, əlbəttə, cinayət edib, ancaq Beynəlxalq Bankın talanmasının, dövlətin və deməli həm də millətin 20 milyard borcla “yüklənməsinin” tək günahkarı odurmu? Niyə hansısa fırıldaqçının ailəsinin kef içində yaşaması, HARINLIQDA SƏRHƏD TANIMAMASININ bədəlini sadə Azərbaycan vətəndaşları – 150 manat, 200 manat maaşlı müəllimlər, həkimlər, 55 manat pensiya ilə yaşamağa məhkum edilən təqaüdçülər ödəməlidir? Niyə fırıldaq layihələrlə, saxta satınalmalarla dövlətin 100 milyonlarını, milyardlarını talayanlar məsuliyyətə cəlb olunmur? Niyə, məsələn, elə İbrahim Nehrəmlidən dövlət bankından aldığı yüz milyonlarla vəsaiti hara xərclədiyi, xərcləməyibsə hansı ölkəyə daşıdığı soruşulmur?

Hansı ki, İbrahim Nehrəmlinin də bu milyarddan ona çatan vəsaitin böyük hissəsini Britaniya ərazində, o cümlədən Londonda biznes qurmağa yönəltdiyinə dair iddialar var. İbrahim Nehrəmlinin oğulları – Hüseyn və Həsən İbrahimov qardaşları da Londanda yaşayır.
Onlar Londondakı dəbdəbəli həyat tərzlərilə zaman-zaman medianın gündəminə gəliblər. İbrahimov qardaşlarının bahalı restoranlarda və lüks avtomobillərdə çəkilən fotoları onların dəbdəbəli həyat tərzinin sadəcə bilinən və balaca bir görüntüsüdür.

Hacı İbrahimin özü də xaricə çıxmasına qadağa qoyulmazdan əvvəl vaxtaşırı Londonda olurdu. Onun 2015-ci ildə ad gününü Londonda dəbdəbəli ziyafətlə keçirməsi, təkcə atəşfəşanlığa 50 min funt-sterlinq xərcləməsi xarici medianın da diqqətini çəkmişdi.

Beynəlxalq Bankın cəmi 63 milyonunu mənimsəyən Cahangir Hacıyevin Londandakı sərvəti, həyat yoldaşının günlük xərcləmələri bu qədər böyük səs-küy yaradıbsa, görün bu bankdan aldığı 800 milyonu qaytarmayan İbrahim Nehrəmlinin Britaniyada nələri ortaya çıxa, oğlanlarının günlük xərcləmələri barədə hansı rəqəmlər açıqlana bilər.
Bunun açılması üçün Britaniya hökumətinin İbrahimovların bu ölkəyə pul gətirmək imkanının tükəndiyinə əmin olması lazımdır. Yəni, Britaniyada “sağılan inəyi” kəsmirlər, qısırlaşmasını gözləyirlər…

Biz də gözləyək, görək, Zamirə Hacıyevadan sonra dünyanı İbrahimovların və digər ABB milyarderlərinin London macəraları ilə necə heyrətləndirəcəyik…
AzPolitika.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
“Gümrü-Qars dəmir yolu...” - Erməni nazirin müavini
Bu gün, 11:27
Bakı şəhər DYP-dən MÜHÜM TƏDBİR - FOTO
Bu gün, 11:24
Burada təhsildən daha çox puldan danışılır... - Və yaxud Əmrullayevin YIXDIĞI EV...
Bu gün, 11:21
Ermənistanın ədliyyə naziri istefa verib - KİV
Bu gün, 11:15
KOBİA “sevimli şirkətinə” bu dəfə 286 min manat ayıracaq - DETALLAR
Bu gün, 11:10
“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...
Bu gün, 11:04
Yasamalda abadlıq işlərini həyata keçirən Ramil adlı şəxs kimdir? - “Ay xanım, siz kimsiniz, məni niyə narahat edirsiniz?”
Bu gün, 11:01
Bu gün AŞPA-da yeni "erməni şousu" başlanır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:54
"Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
Bu gün, 10:40
KAPİTAL BANK müştəriləri belə risqə atır... - BU DA FAKT!!!
Bu gün, 10:39
Hər il kitab yeniləməklə nə qədər PUL SİLİRSİNİZ? - ETİRAZ VAR...
Bu gün, 10:30
İşçi ilə bağlanmış Əmək müqaviləsi aşağıdakı yolla ləğv edilə bilər - Ekspert danışır...
Bu gün, 10:19
Pənah Hüseyn niyə istefa vermədi? - Özü açıqladı
Bu gün, 10:16
Bu şirkət nizamnamə kapitalını yenə azaltdı - bu dəfə 1,2 milyon manat vəsait geri çəkildi
Bu gün, 10:14
“BazarStore”da yeni təyinat - FOTO
Bu gün, 10:14
Bələdiyyə sədri müəllim kimi işə götürülür, 15-20 ilin müəllimləri isə... - NARAZILIQ VAR...
Bu gün, 10:06
"Böyüklü-kiçikli məmurlar milyonları, milyardları dağıdırlar" - REAKSİYA
Bu gün, 10:01
Bıçaqlanan məktəb direktoru ilə katibə arasında məhkəmə çəkişməsi davam edir
Bu gün, 09:58
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar barədə qərar açıqlanıb
Bu gün, 09:57
Məhkəmə sabiq deputata qarşı dələduzluq etdiyi üçün həbs olunan iş adamının şirkəti ilə bağlı qərar verdi
Bu gün, 09:56
"Bu məkanda doğru sözü danışmağa, yazmağa imkan tanımırlar..." - deputat
Bu gün, 09:54
Nazir rektorun oğluna yeni vəzifə verdi - ƏMR
Bu gün, 09:50
Mişustini İrəvana aparan DAHA BİR SƏBƏB - AKTUAL
Bu gün, 09:46
İsrailin bu hücumda iki cari hədəfi var... - İNCƏLƏMƏ
Bu gün, 09:44
Naxçıvanda `Xan` gedib... `Canişin` gəlib... - DƏYİŞƏN HEÇ NƏ YOXDUR...
Bu gün, 09:42
"Gah deyirlər olacaq, gah da deyirlər, mümkün deyil" - GİLEY
Bu gün, 09:33
5 yerə bölünəcək İrandan BİZƏ PAY VARMI? - HAZIR OLMALIYIQ...
Bu gün, 09:28
Aşıq Ələsgərin heykəli tənqid olundu - Müəllifin cavabı...
Bu gün, 09:26
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Bu gün, 09:25
BRİCS-ə üzvlük müraciətindən nə xəbər? - prosedurların ikisi keçilib, sonra...
Bu gün, 09:24
“Bank Respublika”nın uğursuz yatırımı - Şirkətin biznesi sürətlə əriyir
Bu gün, 09:22
Kəsilən pensiya və pulsuzluğun yaratdığı ailə faciəsi - TƏFƏRRÜAT
Bu gün, 09:21
Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..."
Bu gün, 09:19
Xeyir mənşəcə yalandır! - Aqşin Yenisey yazır...
Bu gün, 09:14
Hindistan Ermənistana ballistik raket satmağa hazırlaşır
Bu gün, 09:08
"Azərbaycan da hazır olsun!..." - Qonşuluqda qalanan TONQAL
Bu gün, 09:05
Dəmir Yollarında NƏ BAŞ VERİR? - İşçilərə TƏZYİQ OLUNUR?
Bu gün, 09:02
Aşıq Ələsgər irsi yaddaşlara əbədi həkk olunub - İsrafil Kərimovun yazısı
Bu gün, 08:54
“Nar” Beynəlxalq Jest Dili həftəsi çərçivəsində sağlamlıq imkanları məhdud şagirdlərlə görüşüb
Bu gün, 08:50
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..." - VİDEO
Bu gün, 07:33
Hamınız görürüsünüz, ya da görməzdən gəlirsiniz… - AXI NİYƏ?..
Bu gün, 07:29
Nazirliyin bu idarəsi vergi borcu olan şirkəti qalib edib? - BU NƏDİ BELƏ?
Bu gün, 07:27
Kibercinayətkarlar BİZİ BELƏ SOYUR... - DİQQƏT
Bu gün, 07:22
Öz hərəkət zolağı olan avtobus YOLUNDAN ÇIXARSA... - AÇIQLAMA
Bu gün, 07:19
Ermənilər tarixi abidəmizin təmirinə pul ayırdılar
Bu gün, 07:05
Gəncədəki klinikanın rəhbərindən ETİRAZ - "Həqiqəti əks etdirməyən məlumatlara görə..."
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru