İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                 

Vətəni, dövləti və xalqı satmaq müqabilində varlanmaq - Xəyanətin anatomiyası...
Tarix: 10-03-2018, 10:01 | Çap et
Vətəni, dövləti və xalqı satmaq müqabilində varlanmaq
Azərbaycan inkişaf etdikcə, beynəlxalq aləmdə nüfuzu artdıqca ölkəmizin dostları da çoxalır, dəstəkçilərimiz də artır. Təbii olaraq belə vəziyyət dostlarımızı qəlbən sevindirir. Amma bununla yanaşı, Azərbaycanın uğurları bəzi dairələri qıcıqlandırır.

Ölkəmizin əldə etdiyi nailiyyətləri həzm etməyi bacarmayan qüvvələr bütün vasitələrə əl ataraq antiAzərbaycan kampaniyalar təşkil edirlər. Bu kimi halları biz dəfələrlə müşahidə etmişik. Misal üçün, Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləndə, o cümlədən paytaxt Bakı "Avroviziya-2012” beynəlxalq musiqi yarışmasına, Bakı-2015: Birinci Avropa Oyunlarına, "Formula-1”-ə, Bakı-2017: İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəndə xarici ölkələrdə Azərbaycan əleyhinə təbliğata start verildi. Sapı özümüzdən olan baltalar ermənipərəst dairələrin qrantları hesabına "Demokratiya naminə oxu” və sair bu kimi kampaniyalara başladılar.

Eyni mənzərə Azərbaycanda keçirilən seçkilər ərəfəsində də aydın şəkildə müşahidə edilməkdədir. Parlament, bələdiyyə, prezident seçkiləri ərəfəsində, həmçinin Konstitusiyaya dəyişikliklər üçün ümumxalq səsverməsi – referendum öncəsi düşmən dəyirmanına su tökməyi özlərinə şərəf(sizlik) bilən adamlar People in Need (PİN) kimi təşkilatlardan aldıqları 5-10 avro müqabilində fəallaşırlar. Dünyadakı erməni lobbisinin, ermənipərəst dairələrin, erməni puluna satın alınmış xarici siyasətçilərin də dəstəyi ilə beynəlxalq aləmdə Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışırlar.

Bu yerdə bir xatırlatma verək ki, 1988-ci ildə Ermənistanın Spitak rayonunda dəhşətli zəlzələ olanda Çexiyada bir qrup tələbə təşəbbüs göstərərək, möhtac olan insanlara yardım aksiyası keçiriblər. Sonradan bu təşəbbüs əsasında adı "möhtac insanlar” (ehtiyac içində olan insanlar) kimi məna verən PİN adlı humanitar təşkilat yaradılıb. Lakin tezliklə bu təşkilat iç üzünü ortaya qoyub. 1992-ci ildə beynəlxalq humanitar hüququn prinsiplərini kobud surətdə pozaraq, Xankəndində döyüş əməliyyatlarında yaralanan erməni döyüşçülərini müalicə etmək üçün qospital yaradıb. Beynəlxalq humanitar hüququn prinsiplərini pozan PİN-in "humanizmi” ancaq ermənilərə münasibətdə özünü göstərib. O vaxt yaralanaraq əsir düşən azərbaycanlıları (hərbiçi və ya mülki şəxsləri) PİN öz qospitalına qətiyyən qəbul etməyib. Sonradan bu bədnam "humanitar” təşkilatın adı daha dəhşətli məsələlərdə hallanıb. Belə ki, girov götürülən Azərbaycanlı əsir uşaqların orqanlarının çıxarılması və satılmasında PİN özünəməxsus rol oynayıb. PİN həmin qospital vasitəsi ilə azərbaycanlı əsir və girovların, xüsusən də uşaqların orqanlarının ticarətini təşkil edib. Yəni, bu təşkilat Azərbaycan xalqına qarşı törədilən insanlıq əleyhinə cinayətlərin bilavasitə iştirakçısıdır. Belə təşkilatın Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahat olması sadəcə gülüş doğurur.

Lakin əfsuslar olsun ki, ən müxtəlif bəhanələrlə Azərbaycandan qaçıb xaricə sığınan bəzi Vətən xainləri bu gerçəkləri ya görmür, ya da görmək istəmirlər. Həbib Müntəzir, Arzu Qeybulla, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Arif Məmmədov, Qənimət Zahid, Natiq Güləhmədoğlu, Fikrət Hüseynov, Ataxan Əbilov, Arif, Leyla və Ramiz Yunus kimi antimilli ünsürlər PİN kimi təşkilatlardan "qidalanaraq” sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniya aparmaqdadırlar. Bu şəxslərin erməni lobbisi ilə əməkdaşlığı danılmaz faktdır. Onlar davamlı şəkildə ermənilərlə əməkdaşlıq edir, erməni lobbisinin idarə etdiyi mərkəzlərin tədbirlərinə qatılır, erməni lobbisindən tapşırıqlar alırlar. Və yaxud, özünü ata-ana müxalifət hesab edən AXCP sədri Əli Kərimlinin Londonda təhsil alan oğlu Türkel Kərimli ABŞ-dakı tədbirdə qondarma "Dağlıq Qarabağ Respublikasının” nümayəndələri ilə bir sırada yer alır, Azərbaycana qarşı çıxış edir.

Bu günlərdə Avropada keçirilən tədbirlərin birində Leyla Yunusun Xocalı soyqırımı ilə bağlı sualı necə ironiya ilə qarşıladığı da heç kimə sirr deyil və uzun müddət yaddan çıxmayacaq.

Bu faktları istənilən qədər artırmaq da olar. Tez-tez beynəlxalq səviyyəli tədbirlərdə Qeyri Hökumət Təşkilatının (QHT) sədri, hüquq müdafiəçisi kimi iştirak edən hüquqşünas Sahib Məmmədov da hesab edir ki, ermənilər ölkəmizdə və ölkədən kənarda azərbaycanlılardan ibarət şəbəkə qurur, Avropanın və ABŞ-ın müxtəlif qurumlarında, beynəlxalq təşkilatlarda tədbirlər təşkil edib başda azərbaycanlıları oturdur, "hakimiyyət əleyhinə” adlanan kampaniyalar altında əslində dövlətin nüfuzunu sarsıdan aksiyalar keçirirlər. Onun fikrincə, ermənilər öz məqsədləri üçün "bizimkilərdən” gen-bol istifadə edir. Hüquqşünas bildirir ki, ermənilər müxtəlif təşkilatlar vasitəsilə hətta valideynini qətlə yetirdikləri, evlərini dağıtdıqları, nəslini didərgin saldıqları adamları da bu şəbəkələrə cəlb edə bilir, hətta lazım gəldikdə satqınların bir hissəsini Ermənistana aparıb orada da istifadə edirlər. QHT sədrinin sözlərinə görə, Ermənistanda heç bir kəs buna etiraz etmir və bilir ki, bu satqınlardan erməni maraqları üçün istifadə olunur. Lakin Azərbaycan tərəfi hansısa bir ermənidən dövlət maraqlarımız üçün istifadə etmək istəyəndə aləmi bir-birinə qatırlar. S.Məmmədov deyir ki, bu, idarəolunan prosesdir.

Hüquq müdafiəçisi onu da əlavə edir ki, "bizimkilərə” PİN xətti ilə dəstək verilir. O qeyd edir ki, beynəlxalq humanitar hüququn prinsiplərinin ciddi şəkildə pozan PİN indi də hüquq-müdafiə təşkilatı kimi çıxış edir. Lakin maraqlı burasıdır ki, bu təşkilat sözügedən istiqamətdə yalnız Azərbaycana münasibətdə fəallıq nümayiş etdirir, sistematik və davamlı antiAzərbaycan kampaniya aparır, ölkəmizin insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayır. Halbuki, PİN heç zaman region ölkələri olan Gürcüstan və Ermənistanla bağlı hər hansı bir kampaniya aparmır. QHT sədrinin sözlərinə görə, indinin özündə də ermənilərlə sıx əlaqədə fəaliyyət göstərən PİN müxtəlif layihələr və proqramlar vasitəsi ilə antiazərbaycan şəbəkəsi qurmağa nail olur. Bu təşkilat insan hüquqlarının müdafiəsi adı altında müxtəlif kampaniyalar təşkil edir, informasiya vasitələrini, sosial şəbəkələrdə müxtəlif adlarla səhifələrini yaradır, beynəlxalq tədbirlərdə antiAzərbaycan aksiyaları, yəni piketlər, mitinqlər, sərgilər və sair təşkil edir.

Bütün bu faktlar, yazının əvvəlində adlarını sadaladığımız antimilli ünsürlərin davranışları, əlaqədə olduqları təşkilatlar tam çılpaqlığı ilə sübut edir ki, onların problemi ölkəmizdəki siyasi hakimiyyətlə deyil. Bu şəxsiyyətsizlərin hədəfi ümumilikdə Azərbaycan dövləti və xalqıdır. Məşhur alman yazıçısı Erix Mariya Remark "Zəfər tağı” romanında belə xəyanətkar insanların portretini cızıb. Fransaya casusluq etməyə gələn "SS” zabiti miqrant Raviklə söhbət edən zaman o dövrdə bəzi fransızlar haqqında danışır və bildirir ki, "qalib gəlmək üçün onlar bir-birini, nəticə etibarilə Vətənini satırlar”. Elə həbib müntəzirlər, arzu qeybullalar, orduxanlar, məhəmməd mirzəlilər, tural sadıqlılar, arif məmmədovlar, qənimət zahidlər, natiq güləhmədoğlular, fikrətlər, ataxanlar, rriflər, leylalar, ramiz yunuslar da bu işlə - Vətəni, dövləti və xalqı satmaqla məşğuldurlar.
\\kaspi.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Dünən, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Dünən, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Dünən, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Dünən, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dünən, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Dünən, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Dünən, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Dünən, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Dünən, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Dünən, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru