İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                 

Xaləddin İsgəndərovun havadarlıq etdiyi “qoçu” dəstəsi haqda SENSASİON FAKTLAR - İTTİHAM
Tarix: 17-01-2018, 09:06 | Çap et
Xaləddin İsgəndərovun havadarlıq etdiyi “qoçu” dəstəsi haqda SENSASİON FAKTLAR
“Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun fəaliyyəti araşdırılır. Üzə çıxan faktlar isə cinayət dosyelərinin cildlərinə əlavə olunur”. Bunu musavat.com-a həmin proseslərin gedişindən məlumatlı olan mənbə deyib.

Ötən sayımızda xəbər vermişdik ki, Binəqədi RİH-ə Baş Prokurorluqdan verilən göstərişlə istintaq qrupu göndərilib. İstintaq qrupunun üzvləri ötən saylarımızdan birində təqdim etdiyimiz “Xaləddin İsgəndərovun müəmmalı məzuniyyəti - sensasion gəlişmə” sərlövhəli yazıda yer alan faktlardan birini də araşdırmağa başlayıblar. Həmin yazıda Azadlıq prospektində Xaləddin İsgəndərovun başçılığı altında ağacların məhv edilməsi və yerində restoranın tikilməsindən söhbət açılırdı.

Xaləddin İsgəndərov “yaşıl soyqırım”a etiraz edən sakinləri sakitləşdirmək üçün ərazidə kitabxana tikildiyini bildirib.Tikinti başa çatanda isə obyektin üzərinə “Kafe Lanç” sözləri yazılmış lövhə vurulub. Bu obyektin də Xaləddin İsgəndərovun oğlu Elnur İsgədərovun olduğu, lakin ailəyə yaxın digər şəxsin adına rəsmiləşdirildiyi üzə çıxıb.

8-ci mikrorayon, N.Nərimanov küçəsi 21, 20, 22, 26 saylı binaların sakinləri redaksiyamıza müraciət edərək Xaləddin İsgəndərovun “yaşıl soyqırım”a məruz qoyduğu ərazilərin fotolarını təqdim ediblər.

“Ana və uşaq” parkı göydələnə qurban verildi

Onlar şikayət ərizələrində yazırlar ki, N.Nərimanov küçəsi 21, 20, 22, 26 saylı binaların və 177 nömrəli uşaq bağçasının əhatəsində yerləşən ictimai zonada 1974-cü ildən etibarən “Ana və uşaq” parkı fəaliyyət göstərib. 2007-ci ildə müxtəlif MMC-lər ərazini hasarlayıb orada çoxmərtəbəli binanın tikintisinə cəhd göstəriblər. Lakin bunun qarşısı dövlət tərəfindən alınıb. 10 yanvar 2016-cı ildə ərazi yenidən hasarlanıb və “Murad-MS” MMC tərəfindən inşaat işlərinə başlanıb. 8 gün sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov FHN-ə, Binəqədi RİH-ə və Binəqədi Polis İdarəsinə “Tikintinin başlanmasına imkan verilməməsi, ərazinin ciddi nəzarətdə saxlanması” istiqamətində tapşırıqlar verib.

MMC məhkəməyə üz tutub və proses bu gün də davam etməkdədir. Tikinti sahibləri həmin torpaq sahəsindən əlavə olaraq yaxınlıqda yerləşən 21 saylı yaşayış binasının həyətində əhalinin zəruri istifadəsi üçün dövlət tərəfindən təyin edilmiş yaşıllıq sahəsini də məhv ediblər. Sakinlər müvafiq orqanlara üz tutub və məlum olub ki, MMC-nin torpaq sahəsinə dair hər hansı bir sənədi mövcud deyil. Tikinti işlərinin aparılması və bu istiqamətdə verilmiş sənədlər qanuna ziddir. Yəni torpaq sahələri faktiki olaraq MMC tərəfindən zəbt edilib.

Sakinlər bildirir ki, bu qanunsuzluq Binəqədinin başçısı Xaləddin İsgəndərovun razılığı ilə həyata keçirilir.

Qeyd olunur ki, tikintinin yerləşdiyi torpaq sahəsindəki ağaclar tikinti başlamazdan öncə sayılaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib. Buna baxmayaraq, ağaclar MMC tərəfindən məhv edilib. Bundan sonra Ekologiya Nazirliyi tərəfindən MMC-yə qarşı 100 min manat cərimə sanksiyası tətbiq olunub. Həmin məbləğin 20 min manatını ödəyən MMC rəsmiləri işlərini bitmiş hesab ediblər.

MMC cərimələnəndən sonra 21 nömrəli binanın həyətindəki inşaat tullantıları, texniki avadanlıqlar yığışdırılıb. Sakinlər ərazidə iməclik edib yeni ağaclar əkib, səliqə-sahman yaradıblar. Lakin bir müddətdən sonra MMC gətirdiyi inşaat materiallarını yaşıllaşdırılmış əraziyə yığıb, özbaşnalıqlarını davam etdirib. Sakinlərin şikayətlərindən sonra Ekologiya Nazirliyi MMC-yə, Binəqədi RİH-ə, Binəqədi bələdiyyəsinə müraciətlər edlərək “İnşaat materiallarının ərazidən yığışdırılması, yaşıllığın qorunması, ərazinin nəzarətdə saxlanması” istiqamətində icrası vacib olan “Məcburi Müddətli Göstəriş” verib.

“Qoçu” dəstəsi 1 sakinin qolunu sındırdı, digərini xəstəxanalıq etdi

Sakinlər yazır ki, bundan sonra əraziyə “qoçu” dəstəsi gətirilib. Polis orqanlarından qovulan, 9 il məhkumluq həyatı yaşamış İsmayıl Ağayev, Koroğlu adlı şəxs və digərlərdən ibarət 10-15 nəfərlik dəstə yaşıllıqları məhv edib. 21 nömrəli binanın 2-3 nəfər sakini dəstə üzvlərinə etiraz etdikdə isə MMC-nin direktoru Bakir Quliyev, İsmayıl Ağayev və digərləri onları döyüblər. Nəticədə 1 sakinin qolu sındırılıb, digər sakin isə müxtəlif dərəcəli xəsarətləri alıb. Bakı Şəhər Prokurorluğu olayla bağlı B.Quliyev, İ.Ağayev və başqalarına qarşı cinayət işi başlayıb. B.Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

Sakinlər yazır ki, Binəqədi Rayon Məhkəməsi “Torpaq sahəsi ictimai əsaslar üçün nəzərdə tutulduğundan MMC tərəfindən istifadə edilməsi qadağan edilməklə yanaşı yaşıllığın bərpa edilməsi, həyətin vətəndaşların istifadəsinə qaytarılması” istiqamətində MMC-nin üzərinə öhdəlik qoyub. İcra şöbəsi tərəfindən müvafiq qaydada sənədləşmə işləri aparılıb. Qarşı tərəf apelyasiya şikayəti versə də, təmin olunmayıb. İş materialları Binəqədi Rayon Məhkəməsinə qaytarılıb. Bu dəfə MMC işə Xətai Rayon Məhkəməsində baxılmasını tələb edib. Bəhanə kimi qeydiyatının həmin rayona olduğunu göstərib. Araşdırmalar zamanı MMC-nin 2007-ci ildən etibarən Binəqədi rayon ərazisində qeydiyyatda olduğu üzə çıxıb və MMC yalan məlumat verib məhkəmənin vaxtını uzatdığına görə 500 manat cərimələnib. İş materialları 5 yanvar 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə qaytarılıb. Hakim Fərrux Qasımov tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirib. Baxış zamanı MMC rəsmiləri torpağa aid sənədlərinin olmadığını deyiblər.

Sakinlər qeyd edirlər ki, Dövlət Ekspertiza İdarəsinin ərazidəki ağacların köçürülməsinə icazə verilmədiyinə dair rəyi də var. Bildirirlər ki, ağaclar heç bir yerə köçürülməyib və MMC tərəfindən məhv edilib.

Sakinlərin narahatçılığına səbəb olan digər hal isə odur ki, məsələyə dair mövqelərinin qanuni olduğu təsdiqləndiyi halda məhkəmənin 15 ay müddətinə uzadılması, görəsən, hansı mənafeyə xidmət etməsidir.

Binəqədidə prezidentin sərəncamına zidd tikinti aparılır, Xaləddin İsgəndərovun xəbəri “yoxdur”
Sakinlər bildirirlər ki, yaşıllıqların məhv edildiyi ərazi 14 sot torpaq sahəsindən ibarət olmaqla, 17 mərtəbəli, 97 mənzilli binanın inşası üçün yetərli deyil. Binada təxminən 500-600 nəfər sakinin yaşaması, sakinlərə məxsus 80-90 sayda avtomobilin olacağı məlumdur. Bu halda binanın həyət sahəsi, ümumiyyətlə, yoxdur, avtomobillər üçün isə binanın nə zirzəmisində, nə də ətrafında parklanma yeri nəzərdə tutulmayıb və buna şəraitdə yoxdur. Prezidentin 2 fevral 2006-cı il tarixli sərəncamı ilə hazırlanmış Tədbirlər Planının 15-ci bəndinə əsasən “Nəzərdə tutulan binanın layihəsində və mənzillərinə uyğun sayda olan avtomobillər üçün həmin binanın zirzəmisində və ya həyətində parklanma yerləri olmayan binaların tikintisi qadağan edilir”.

Deməli, həmin tikintinin hətta layihəsi də prezidentin sərəncamına ziddir.

Binəqədi Rayon İcra Hakimiyyətinin havadarlığı olmasaydı...

Sakinlər xüsusi olaraq diqqətə çatdırır ki, Xaləddin İsgəndərov ilk vaxtlarda tikintinin əleyhinə olub və sakinlərin qanuni mənafelərini müdafiə edib. Amma sonradan fikrini dəyişərək MMC-nin mövqeyini müdafiə etməyə başlayıb və hətta məhkəmələrə dolayı yollarla təsirlər də göstərib. MMC rayon icra hakimiyyəti rəhbərliyinin havadarlığına arxayın olduğuna görə yuxarıda bildirilən özbaşnalıqlara yol verib. Və bu özbaşınalıqları bu gün də davam etdirməkdədir. Sakinlər əminliklə bildirir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin havadarlığı olmasaydı, MMC, onun qoçu dəstəsi, digərləri tərəfindən sakinlərə, ictimaiyyətə qarşı təzyiqlər, təhqirlər, zorakılıqlar göstərilməsinə cəsarətləri və gücləri çatmazdı.

Özbaşına tikintinin həyata keçirilməsinə, yaşıllıqların məhv edilməsinə, həyətlərin zəbtinə imkan verilməz və qarşısı alınardı. Diqqətə çatdırırlar ki, analoji hallar mikrarayonun digər yerlərində baş verib və oradakı yaşıllıqlar hətta Binəqədi rayon Yaşıllaşdırma İdarəsinin Maşallah adlı müdirinin rəhbərliyi ilə məhv edilib. Aydın məsələdir ki, həmin ərazilərin də alver xidmətinə döndərilməsi üçün buradakı ağaclar düşünülmüş, qərəzli surətdə məhv edilib.
"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Dünən, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Dünən, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Dünən, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Dünən, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dünən, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Dünən, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Dünən, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Dünən, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Dünən, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Dünən, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru