İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                 

Azərbaycan əhalisi 6 manatlıq “nehrə yağı” ilə necə aldadılır... - İTTİHAM
Tarix: 6-01-2018, 11:46 | Çap et
Azərbaycan əhalisi 6 manatlıq “nehrə yağı” ilə necə aldadılır...
Azərbaycanda ötən ildən başlayaraq bahalaşan kərə yağı 2018-ci ildə 1 manata qədər ucuzlaşsa da, onsuz da aylıq xərclərini bu aydan o biri ayın başına qədər güclə çatdıran vətəndaş üçün yenə də əlçatan deyil. Necə deyərlər, kərə yağı “yağlı əppək” olub...

Hələ ötən ilin noyabrında Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və süddən hazırlanmış digər yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarını bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.
Xatırladaq ki, 2017-ci ilin son aylarında Yeni Zellandiya istehsalı “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17-18 manata, Fransa istehsalı olan "French Cow" 18 manat 50 qəpiyə, Hollandiya istehsalı “President” yağı 18 manat 50 qəpiyə, Türkiyə istehsalı “Pınar” kərə yağı isə 24 manat 40 qəpiyə təklif edilirdi.
Hazırda bu yağların qiymətində cüzi ucuzlaşma hiss olunsa da, ümumi xərclərə təsir edəcək səviyyədə deyil. Belə bir məqamı fövtə verməyən işbazlar isə yenə iş başındadırlar. Belə ki, sosial şəbəkələrdə, qonum-qonşuda “əsl kənd yağı”, “əsl nehrə yağı” adı altında 7-8 manata yağ təklif edilir. Qiymət ilkin olaraq, cəlbedici görünür. Ta ki, “nehrə yağı”nı əridib qoxusundan “bihuş” olana qədər. 1 kiloqramı 7 manata satılan 5 kiloqram “nehrə yağı”ını əridən zaman qazandakı yağ buxar olub havaya sovrulur. Əvəzində ətrafa elə bir qoxu yayılır ki, onunla xörək belə bişirmək istəmirsən.

Deyilənə görə, hansısa “işbazlar” xaricdən Azərbaycana palma yağı idxal edir ki, həmin yağlar da ölkəboyunca dükan-bazarı cənginə alan “nehrə yağı”nın hazırlanmasında istifadə edilir.

Qeyd edək ki, Azərbaycanda istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti, eyni zamanda idxal zamanı Dövlət Gömrük Komitəsi həyata keçirir.

Yağlarla bağlı məsələni araşdırmaq üçün biz də ilkin olaraq, rəsmi qurumlara müraciət etdik. Aidiyyatı qurumların bir neçəsindən saytımıza bildirildi ki, qida təhlükəsizliyi məsələlərinə nəzarət Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub:

“Biz bu məsələ ilə bağlı açıqlama vermək, araşdırma aparmaq səlahiyyətində deyilik”.

Yenicə fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyindən isə hər hansı açıqlama almaq hələ kə ki müşküldür...

Nənələrimiz nehrə yağının hazırlanması zamanı qabaqcadan tədbir görərdilər. Yağın hazırlanması üçün qatıq çalar, sonra həmin qatığı nehrənin içərisinə tökər və çalxalayardılar. Proses uzun sürdüyündən nehrə yağının alınması asan başa gəlmir. Bir müddət çalxalanandan sonra həmin çalxalanan qatıq ayrana və yağa ayrılır.

Uzun illərdir nehrə yağı hazırlayan, əslən Qazax rayonundan olan Əsmər Kərimova Modern.az-a deyib ki, nehrəni çalxalamaq böyük səbir tələb edir:

“Ən azı 1-2 saat qatığı çalxalamaq lazımdır. Yalnız bu müddətdən sonra qatıq ayrana və yağa çevrilir. Ən yaxşı nehrə yağı isə gildən hazırlanan küplərdə düzəldilir. Bu cür qabda həm yağın dadı ləzzətli olur, həm də çıxarı çox çıxmır”.

Müsahibimiz qeyd edir ki, müasir üsulla hazırlanan nehrələr daha tez başa gəlir:

“Onlar xüsusi aparatla hazırlanır. Amma ona əsl nehrə yağı demək olmaz”.

Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov Modern.az-a gün ərzində yağlarla bağlı bir neçə şikayət aldığını bildirib:

“İnsanlar daha çox “kənd yağı” ilə satılan məhsulun ekspertizasının keçirilməsini istəyirlər. Məndən də əsasən bunu soruşurlar. Qeyd edim ki, bu, mümkündür. Amma yağların müstəqil laboratoriyada analizdən keçirilməsi 250-300 manata başa gəlir. 6-7 manata yağ alan vətəndaş isə təbii olaraq bu yoxlamadan imtina edir”.

Hüquq müdafiəçisi də təsdiqləyir ki, kərə yağının bahalaşmasından sonra bu cür “kənd yağları”nın istehsalı sürətlə artır:

“Bu bir aksiomadır ki, hansısa mal, məhsul bahalaşanda, onun saxtası bazara ayaq açır. Məlum olur ki, əslində “nehrə yağı” adı altında satılan yağlar heyvanların iç yağı, marqarin, palma yağlarının süd, qatıqla qarışığından hazırlanır. Xüsusi aparat vasitəsilə çalxalandıqdan sonra “nehrə yağı” hazır olur. Əlbəttə, bunu bütün nehrə yağlarına aid etmək doğru deyil. Amma əsl nehrə yağını saxtasından ayırd etmək də çətindir. Bunu əsasən yağın dadından, qoxusundan anlayışı olan adamlar seçə bilir. Amma istəyənlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyalarında ödəniş etməklə yağın analizini apara bilərlər”.
\\moderator.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Dünən, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Dünən, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Dünən, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Dünən, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dünən, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Dünən, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Dünən, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Dünən, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Dünən, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru