İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                 

Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası - Belə deyirlər...
Tarix: 11-12-2017, 09:05 | Çap et
Fazil Məmmədovun işdən çıxarılması ilə bağlı 4 milyardlıq oğurluq iddiası
Sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılması gündəmin əsas müzakirə mövzusuna çevrilib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdimatı ortada ciddi mətləblərin olmasından xəbər verir.

Gələn məlumatlara görə, yaxın zamanlarda iri vergi məmurlarının, xüsusən də Fazil Məmmədovla yaxın qohumluq əlaqələrində olanların həbsi gerçəkləşə bilər. Çünki Prezident Administrasiyası rəhbərinin dilindən Fazil Məmmədovun fəaliyyətinin tənqid olunması sıradan bir hadisə deyil. Ramiz Mehdiyevin şəxsən Vergilər Nazirliyinə gedərək orada sabiq nazirlə bağlı tənqidi çıxış etməsi proseslərin çox ciddi bir axarla davam edəcəyini söyləməyə əsas verir. Məlumatlara görə, artıq proses başlayıb. Fazil Məmmədovun fəaliyyətini ucqarlardan - onun qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir və Gədəbəydə araşdırmağa başlayıblar.

Müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Bundan başqa məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirlib. Sovet dövründə inşa olunan, 2010-cu ildə əsaslı təmir olunmuş stadion bir gecənin içində rayon sakinlərinin üzünə qapadılıb. Sonrakı müddətdə isə Fazil Məmmədovun kadrı olan rayonun icra başçısı Ramiz Yediyarovun rəhbərliyi ilə stadionun meydançası darmadağın edilib. Stadiona 2010-cu ildə dövlət büdcəsindən ayrılan milyonlar da hədər gedib.

İddia olunur ki, Şəmkirdə və Gədəbəydə müəyyən olunanlar Fazil Məmmədovun işdən qovulma səbəbinin yanında çox kiçik faktlardır. Əsas səbəb Fazil Məmmədovun 18 illik nazirliyi dövründə vergi şəkilində yığılan və büdcədən yayındırılan böyük məbləğlərdir. İddia olunur ki, böyük pul kütlələrinin büdcədən yayındırılaraq ofşorlara yönləndirilməsində sabiq nazirin yaxın qohumu olan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da adı keçir. Söhbətin 4 milyarda yaxın manatdan getdiyi vurğulanır.

Bun fakt məlum olandan dərhal sonra Fazil Məmmədovun işdən qovulması qərarı verilib. Sabiq nazirin həmin məbləğin yarısını qaytardığı haqda da bilgilər var. Deyilir ki, məhz buna görə Fazil Məmmədov və yaxın ətrafına daxil olan şəxslərə qarşı əməliyyatın başlanmasına göstəriş verilməyib.

Yaxın müddət ərzində vergi şəklində yığılaraq müxtəlif gizli hesablara yönləndirilən pullar geri qaytarılmasa, Fazil Məmmədovun qudası, vergilər nazirinin müavini postunu tutan Namiq Əliyev də sorğu-suala tutula bilər. Yeri gəlmişkən, qeyd edək ki, Fazil Məmmədovun qudası artıq işə çıxmır. Məlumatlara görə, Fazil Məmmədovun müşaviri olan Firuz Həsənov da artıq istefa ərizəsini yazıb. Vergilər nazirinin digər müşaviri, nazirə xüsusi yaxınlığı ilə seçilən Riyad Hüseynov işdən ayrılmaqla bağlı könüllü olaraq oxşar addım atıb. Yaxın günlərdə onların işdən ayrılması rəsmi təsdiqini tapacaq.

Fazil Məmmədov işdən çıxarılandan sonra hər gün “Yeni Həyat” yaşayış kompleksində yerləşən ofisində olur. Orada başına toplaşanlar isə yazıda adı keçən qohum-tanışları olan vəzifə sahibləridir. Sabiq nazirin və ətrafının, xüsusən Xaləddin İsgəndərovun psixoloji durumunun da son dərəcə gərgin olduğu deyilir.

Yada salaq ki, Fazil Məmmədovun 5 gün əvvəl prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad olunması ətrafında müzakirələr davam edir və çox güman ki, ən azı bu ayın sonunadək də davam edəcək. Əksəriyyət Fazil Məmmədovun səhhəti ilə əlaqədar işdən çıxarılmasına inanmır, onun istefaya göndərilməsində başqa səbəblərin olduğunu dilə gətirirlər. Fazil Məmmədov özü də açıqlamasında konkret fikir söyləməkdən yayınıb deyə müzakirələr bir qədər də qızışıb. Uzun illərdir vergilər naziri postunu tutan, bu müddət ərzində Azərbaycanın ən qüdrətli oliqarxlarından birinə çevrilən, var-dövləti milyardlarla ölçülən, səs-sədası hətta ofşorlardan belə gələn Fazil Məmmədovun “vurulması”nın sıradan bir hal olmadığı yəqinləşməkdədir. Hazırda Fazil Məmmədov “vurulmuş” nazir statusundadır, amma mümkündür ki, yaxınlarda onun statusu bir daha dəyişsin...
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Dünən, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Dünən, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Dünən, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Dünən, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dünən, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Dünən, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Dünən, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Dünən, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Dünən, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Dünən, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru