Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                     Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? .....                     TƏBİB-ə göz verir... TENDER VERMİR... .....                     Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu .....                     Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı .....                     Prezident İlham Əliyev real olmayanı deməz... .....                     “AzerGold”da yeni təyinat olub .....                     `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... .....                     "Nəbadə yolunuzu burdan salasınız..." .....                     “Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” .....                     ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ .....                     "İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." .....                     "Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" .....                     "Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." .....                     DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı .....                     “Azər-Türk Bank” yenə də narazılıq yaradır... .....                     `Azercell` premium müştərilərini də incidir .....                     Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? .....                     İrəvanın gözləntisi böyükdür .....                     Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... .....                     Həm alanın, həm satanın vergi borcu var .....                     Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir .....                     Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi .....                     Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır .....                     Ziya Məmmədovdan qalma problem... .....                     “Heykəltəraş can qoyub, ayıb deyilmi?” .....                     5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? .....                     İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib .....                     Vətəndaş “Unibank”a ödəniş etməyəcək... .....                     İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                 

Tovuzda məmur özbaşınalığı bir sahəni necə batırır? - İTTİHAM VAR
Tarix: 15-02-2017, 08:42 | Çap et
Tovuzda məmur özbaşınalığı bir sahəni necə batırır?
“Gündəm Xəbər”in elektron poçtuna Tovuz rayon sakinləri adından müraciət daxil olub. Həmin müraciətdə Tovuzun təhsil sistemində yaşanan neqativ hallara xüsusi yer verilir, baş alıb gedən qanunsuzluqlardan əməlli-başlıca bəhs olunur. Müraciət müəllifləri vurğulayırlar ki, 2012-ci ildən Tovuz təhsilinə rəhbərlik edən Validə Hüseynovanın fəaliyyəti, hal-hazırda rayon ictimaiyyəti tərəfindən məqbul qiymətləndirilmir. Sakinlərin iddialarına görə, o, qeyd olunan ildən yarıtmaz fəaliyyəti ilə bu sahənin həm məhvinə, daha çox isə geriləməsinə səbəb olmuşdur. Bir müddət bundan əvvəl, adı çəkilən rayonun təhsilində yaşananlar haqda tənqidi açıqlama dərc edərkən onu da vurğulamışdıq ki, Validə Hüseynova 2010- cu il parlament seçkilərində deputatlığa namizəd oldu və amma MM-də əyləşə bilmədi. Buna baxmayaraq o, çox keçmədi ki, hansısa himayədarının “dobro” deməsindən sonra, Tovuz təhsilinə rəhbərlik etmək ixtiyarını da qazana bildi. Əldə etdiyimiz məlumatlara görə onun əsas istəyi rayonun təhsilinə rəhbərlik etmək yox, daha çox deputat olmaq imiş. Odur ki, həmin vaxtdan bir neçə il keçsə də, Validə xanım hələ də həmin günlərin uğursuz ab-havasını unuda bilmir. Onu da vurğulayaq ki, Validə xanım Tovuz təhsilinə rəhbərlik etdikdən sonra məktəblərdə şagirdlərin dərslərə davamiyyətləri xeyli aşağı düşür. Hal-hazırda müəllimlərin tam əksəriyyəti repetitorluq fəaliyyəti ilə məşğul olduqlarından, onlar şagirdləri öyrətmək istəmirlər, yuxarı sinif şagirdlərinin əksəriyyəti isə dərsələrə getmirlər. Məktəb direktorları müəllimlərdən “xərac” yığırlar və şagirdlərin dərslərdən yayınmalarına göz də yumurlar. Təbii ki, yaxın vaxtlara qədər Tovuz təhsilinə müdirlik edən Validə xanım bütün bunlardan xəbərdar olub və onun belə bir məsələlərdə marağı olduğu üçün o, bir kimsəni heç vaxt cəzalandırmağa cəhd belə göstərməyib. Rayonun Mülkülü, Xatınlı, Qaraxanlı, Bozalqanlı, Azaflı, Əsrik Cırdaxan kənd tam orta məktəblərində və digər təhsil ocaqlarında yaşanan ab-hava, artıq dözülməz həddə çatıb. Əksər məktəblərdə istiliklə bağlı ciddi problemlər yaşansa da, problemin varlığı əksər hallarda Validə xanımı heç də narahat etməyib Validə Hüseynovanın qol qoyduğu qanunsuzluqlardan biri də, rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış büdcə vəsaitlərini təyinatı üzrə xərcləməməsi və minbir yollarla ələ keçirməsi də olub. Belə bir səbəblər üzündəndir ki, bu gün rayonun mərkəzi ərazilərində, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində fəaliyyət göstərən təhsil müəssisələrindən bəziləri bərbad haldadır. Hər il avadanlıqlar almaq məqsədilə büdcədən ayrılan vəsaitlərə, heç də yeni avadanlıqlar alınmır. Məhz, ötən illərdə alınmışlar təmir olunaraq qaydaya salınır və rəsmi sənədlərdə yeniləri alınıb deyə sənədləşdirilir. Təhsilə ayrılan yanacağın “qeybə çəkilməsi” də, başqa bir söhbətin mövzusudur. Digər bir məqama da diqqət yetirək. Validə xanım adı çəkilən təhsil şöbəsinə müdir təyin olunduqdan sonra, təhsil şöbəsinin bütün strukturlarında nəzarəti tam ələ keçirir. Bu da ona digər vəzifə sahiblərinin hansısa maxinasiyalara qol qoymalarına, nəsə əldə etmələrinə imkan vermir. Onun belə bir addımlarının nəticəsi o olur ki, əldə olunan gəlirlər bir əldə cəmləşir və onun özünə çatdırılır. Məsələn, əgər bir kimsə yaxınını təhsil şöbəsinə hansısa işə düzəltmək istəyərsə, o zaman o, "get “haqq-hesab”ı düzəlt gətir, mən özüm həll edəcəyəm” deməkdən də çəkinmir.
Bir sözlə onun rəhbərliyə təyinatından sonra Tovuz təhsilində həyacan təbili çalındı, əksər direktorlar daşıdıqları vəzifələrinə “əlvida” dedilər, peşəkar müəllimlərin çoxu olmazın oyunlara da salındılar. Baş verən və daha çox narazılıq hissinin əmələ gəlməsinə səbəb olan amillərdən biri də, dərs saatlarının bölgüsü zamanı ədalətsizliyə yol verilməsi hallarının varlığıdır. Onun müdir təyinatından sonra, təhsil şöbəsinin giriş qapısına "zabor” çəkilməsi, mühafizəçi yerləşdirilməsi və mühafizəçilərə xüsusi tapşırıqlar verilməsi və s-də, əslində ciddi müzakirəyə səbəb olan problemlərdən birinə çevrildi. Məhz, ona görə ki, Tovuz rayon Təhsil Şöbəsi qapalı müəssisələrdən biri deyil ki, ora daxil olmaq üçün hansısa rəhbər şəxsdən, yaxud da mühafizəçidən xüsusi icazə almağa ehtiyac duyulsun. Çünki qanunvericiliyin tələbinə görə, təhsil şöbələri açıq müəssisələrdən biri hesab olunur və belə bir səbəblər üzündən də, ora daxil olmaq, yaxud da oradan çıxmaq üçün, bir kimsədən icazə almaq tələb olunmamalıdır Əvvəla onu qeyd etmək yerinə düşər ki, Validə xanımın bu cür idarəçiliyi tətbiq etməkdə məqsədi, heç də onun Tovuz təhsilinin qayğısına qalmaq deyil, sadəcə olaraq qol qoyduğu çoxsaylı qanunsuzluqların daha çox mediaya sızmasının qarşısını almağa hesablanmış addımlarıdır. Çünki, əldə etdiyimiz məlumatlara görə, o, təhsil şöbəsində əməlli-başlıca "bazar” açıb. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Araşdırmalarımız davam edəcək. Odur ki, bizi izləməyi unutmayın.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” - “Hraparak”
Bu gün, 09:11
ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ - "Azərbaycan hazırlaşmalıdır..."
Bu gün, 09:10
"İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." - Ekspert danışır...
Bu gün, 09:04
"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Bu gün, 08:59
"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!
Bu gün, 08:56
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 08:47
“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Bu gün, 08:45
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi -- Mümtaz
Bu gün, 07:07
Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır - İNCƏLƏMƏ
Bu gün, 07:01
Ziya Məmmədovdan qalma problem... - hələ də BƏLASINI ÇƏKİRİK...
Bu gün, 06:54
“Heykəltəraş can qoyub, ayıb deyilmi?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:50
5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? - AKTUAL
Bu gün, 06:48
İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib - TASS
Bu gün, 06:43
Vətəndaş “Unibank”a ödəniş etməyəcək... - "Nə edirlər, etsinlər..."
Bu gün, 06:41
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru