İrəvanın gözləntisi böyükdür .....                     Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... .....                     Həm alanın, həm satanın vergi borcu var .....                     Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir .....                     Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi .....                     Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır .....                     Ziya Məmmədovdan qalma problem... .....                     “Heykəltəraş can qoyub, ayıb deyilmi?” .....                     5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? .....                     İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib .....                     Vətəndaş “Unibank”a ödəniş etməyəcək... .....                     İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər .....                     İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                 

“İlham Qasımovun pulunu alıb oğlunu buraxıblar” - "MTN işi"
Tarix: 16-12-2016, 09:02 | Çap et
“İlham Qasımovun pulunu alıb oğlunu buraxıblar”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamı İlham Qasımovun başı yenidən bəladadır. Onun adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçir, özü isə hazırda həbsdədir.

Günunsesi.info-nun yaydığı xəbərə görə, İlham Qasımov ifadəsində Eldar Mahmudovun onun başına gətirdiyi olayı bu şəkildə anladıb: “Eldar Mahmudov oğlum Nurlan Qasımlını yaşadığı evin qarşısından oğurladaraq, onun azad olunması müqabilində 1 milyon 50 min manat pulumu aldı. Oğlum köhnə avtovağzalın yanındakı yeni binalarda yaşayırdı. Evdən çıxan kimi aparıblar. Mənə xəbər göndərdi ki, ”əli dolu" gəl, oğlunu apar. Mənə dedilər ki, oğlunu azad etdirməsən, 10 ildən artıq həbsxana həyatı yaşayacaq. Məcbur olub pulu verdim".

Hazırda həbsdə olan İlham Qasımovun vəkili Mərdəli Süleymanov “Yeni Müsavat”a açıqlamasında deyib ki, müvəkkilinin qanunsuz və əsassız olaraq 15 il müddətinə azadlıqdan məhrum edilməsi ilə oğlunun oğurlanması arasında əlaqə barədə onlarda məlumat yoxdur: “Amma bilirik ki, Mahmudovun dəstəsi onun başına oyun açıb, oğlunu qanunsuz tutub saxlayıblar, İlham Qasımovun pulunu alıb oğlunu buraxıblar”.

Vəkil müvəkkilinin hazırda həbsdə saxlanılmasının səbəbindən də danışıb: “İlham Qasımovun barəsində bu il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqda hökm çıxardı. 33 səhifəlik hökmdə əsaslandırma, sadəcə, yoxdur. İlham Qasımovun barəsində ittiham aktında yazılanları faktiki olaraq hökmə köçürdülər. İttihamda yazırdılar ki, İlham Qasımov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən sui-istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin küllü miqdarda əmlakını ələ keçirib. Guya Nərimanov rayonu, N.Yusifbəyli küçəsi 39/41 saylı ünvanlarda çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirməli olan ”MTK-Real" MTK-nın fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib. Layihə sənədlərinin hazırlanması və təsdiq olunmasını 10 milyon manat pulun müqabilində həll edəcəyini MTK-nın faktiki təsisçilərindən olan Gülağa Qənbərova yalandan vəd verib. Əslində isə məsələ belə deyil. Gülağa Qənbərovla İlham Qasımovu general tanış edib. Həmin generalın onları tanış etməsini Gülağa Qənbərov da gəlib məhkəmədə dedi. Bildirdi ki, adlını çəkməyəcək.

İlham Qasımov isə dedi ki, onları Müqəddəs müəllim tanış edib, deyib ki, gedib şərik işləyin. İlham Qasımov 3 gün vaxt istəyib ki, gedib Gülağa Qənbərovun kimliyini araşdırsın. Araşdırıb, bilib ki, bu adamı hamı şair Gülağa Tənha kimi tanıyır. Vaxtilə OMON-çulara dəstək verib. OMON ləğv ediləndən sonra Gülağa Tənha Rusiyaya qaçıb. Orada bir müddət Aleksandr Mixayloviç Urov ad-soyad, ata adı ilə yaşayıb. Orada Moskva meri Lujkovun həyat yoldaşı ilə tikinti biznesi ilə məşğul olub, milyonlar qazanıb. Gülağa Tənha Azərbaycana Eldar Mahmudovun vasitəsilə gəlib. Bütün bunları araşdırıb biləndən sonra müqəddəs müəllimə deyib ki, bizim şərikliyimiz baş tutmaz, MTK-dakı payımı Gülağa Tənhaya satıb bu günə qədər gördüyüm işlərə görə faizimi götürəcəyəm.

Bütün razılaşmalar mülki müqavilələr şəklində rəsmiləşdirilib. İlham Qasımov MTK-dakı payını Gülağa Tənhaya satıb və MTK onun həyat yoldaşı Şəhla Rüstəmovanın və Təranə Əliyevanın adına rəsmiləşdirilib. Beləliklə, 2014-cü ildən İ.Qasımov MTK-nın nizamnamə fondunda olan öz payını sataraq kooperativin təsisçiliyindən çıxıb. Bundan sonra Gülağa Tənha tikinti aparılacaq ərazidə yaşayan sakinlərin köçürülməsi, özülün qazılması, betonun tökülməsi və s. işlərin görülməsi üçün 13 milyona yaxın pul xərcləyib. İlham Qasımovun həmin vaxt həmin MTK-ya heç bir aidiyyəti olmayıb. Buna baxmayaraq, Gülağa Tənha Binəqədi Rayon Məhkəməsinə müraciət edərək İlham Qasımova qarşı mülki iddia qaldırıb. İddasında göstərib ki, binanın tikintisinə ayrılan pulların təyinatı üzrə xərclənməməsindən şübhələnir. Məhkəmə araşdırıb, məlum olub ki, 13 milyon manatın 8 milyon 400 min manatı xərclənib, yerdə 4 milyon 790 min manata yaxın vəsait qalıb. Məhkəmə qərar çıxarır ki, həmin vəsait MTK-dan tutulub Gülağa Tənhanın həyat yoldaşına verilsin".

Vəkil deyir ki, bundan sonra G.Tənha Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək özünə qarşı dələduzluq həyata keçirildiyini bildirib: “Məhkəmənin mülki qaydada həll etdiyi məsələ üzrə cinayət işi başlanıb və İlham Qasımov dələduzluqda ittiham edilib. Saxta ittihamlarla tez-tələsik həbs olunub və Bakı İstintaq Təcridxanasına göndərilib. Həmin sürətlə də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə çatdırılıb. Yəni mülki qaydada həll edilməli olan işi cinayət müstəvisinə çıxarıb İlham Qasımovu qanunsuz olaraq 15 il müddətinə azadlıqdan məhrum etdilər. Məhkəmə hökm çıxarandan sonra bildik ki, hakim Zeynal Ağayevlə Gülağa Qənbərovun vəkili Elmar müəllim də tələbə yoldaşıdır. Məhkəmədə hakim bizə Gülağa Tənhaya suallar verməyə imkan vermədi. Məqsədi isə tez-bazar iş adamının hökmünü çıxarmaq idi. İttihamda ”zərərçəkən" kimi təqdim edilən şəxslər məhkəmədə “biz heç bir zərər çəkməmişik, İlham Qasımova qarşı heç bir şikayətimiz yoxdur” dedilər. Gülağa Tənha isə məhkəmədə cəmisi bir dəfə iştirak etdi, qalan məhkəmə proseslərinə isə gəlmədi. Proses başdan-ayağa araşdırma aparılmadan keçirildi. Dövlət ittihamçısı Əli Məmmədov İlham Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etdi. Sonrakı prosesdə isə heç bir vəkilin iştirakı olmadan, İlham Qasımova son söz verilmədən 15 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm oxudu".

Vəkil bildirib ki, hökmü qanunsuz və əsassız saydıqlarından artıq apelyasiya şikayəti hazırlayıblar, yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsinə təqdim edəcəklər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Həm alanın, həm satanın vergi borcu var - Təmir "alış-verişi"...
Bu gün, 07:59
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı
Bu gün, 07:55
Bu hücum ABŞ-a İrana zərbə bəhanəsi verdi -- Mümtaz
Bu gün, 07:07
Rusiya, Çin və İran Birləşmiş Ştatları dünya liderliyindən sıxışdırıb çıxarır - İNCƏLƏMƏ
Bu gün, 07:01
Ziya Məmmədovdan qalma problem... - hələ də BƏLASINI ÇƏKİRİK...
Bu gün, 06:54
“Heykəltəraş can qoyub, ayıb deyilmi?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:50
5 oktyabr olmadan qalmaqal başlayıb: Müəllimlərə hədiyyə verilməlidir? - AKTUAL
Bu gün, 06:48
İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib - TASS
Bu gün, 06:43
Vətəndaş “Unibank”a ödəniş etməyəcək... - "Nə edirlər, etsinlər..."
Bu gün, 06:41
İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər - KİV
Bu gün, 06:35
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru