İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                 

BŞDYPİ-nin «fenomen» adamı: - RƏŞADƏT BABAYEV
Tarix: 29-06-2016, 08:57 | Çap et
BŞDYPİ-nin «fenomen» adamı:
Ötən gün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) «sərxoş sürücü» biznesinin mövcud olduğu, il ərzində milyonlarla manat pul qazanıldığı barədə məlumat vermişdik. Həmin məlumatlarda aparılan müqayisələndirmə də təsdiqləyirdi ki, Alkoqol Sərxoşluğunun Müayinə Məntəqəsinin statistikası ilə BŞDYPİ-nin açıqladağı rəqəmlər arasında təxminən 70 faizlik fərq var.

İdeya müəllifi kimdir?

JAM.AZ-ın məsələ ilə bağlı apardığı araşdırlamalar zamanı ortaya çıxan məqamlarda o qədər ilginc tərəflər var ki, saymaqla bitən deyil. Məsələ odur ki, «sərxoş sürücü» biznesi ideyasının müəllifi elə də kiçik fiqur deyil. Bakı Alayının rəisi Rəşadət Babayev sözün həqiqi mənasında bu məsələdə «fenomen» sayıla bilər.
Bir müddət Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) işləyən, lakin «ideya»larını həyata keçirməyə macal verilməyən Babayev, sonradan yeznəsi, deputat Eldar İbrahimovun sayəsində BŞDYPİ-yə transfer olunub. Arxasında dayanan güclü adamın sayəsində karyera sahibi olan Babayev, qısa müddətdə Nuşirəvan Səfərovun da «gözünə girməyə» nail olub. İş o həddə çatıb ki, yeni-yeni «ideya»ların həyata keçirilməsi də bütünlüklə ona həvalə edilib.
«Sərxoş sürücü» biznesinin formalaşdırılması, araya-ərsəyə gətirilməsi, habelə qazanc yerinə çevrilməsi də Rəşadət Babayevlə bağlıdır. Onun ən incə detallarına qədər hazırlayıb, ortaya çıxaraq bu şəxsin sayəsində bu gün BŞDYPİ rəhbərliyi il ərzində milyonlara sahib olur. Elə Rəşadət Babayevin özünü də kasıb saymaq ağılsızlıq olardı. Çünki onun da imkanları həddindən artıq böyükdür.

250 min manata «besedka»

JAM.AZ-ın araşdırmaları zamanı məlum olub ki, Bakı Alayının rəisi Rəşadət Babayevin maliyyə imkanları həddindən artıq böyükdür. Onun Bakıda bir xeyli obyektinin və evlərinin olmasına dair məlumatlar var və hazırda tərəfmizdən yerləri müəyyənləşdirilməkdədir. Amma bu şəxsin maddi imkanlarını ehtiva edən bir başlıca məqam daha var.
Əldə etdiyimiz məlumatlara görə, Rəşadət Babayev bağ evlərindən birində həddindən artıq bahalı «besedka» quraşdırıb. İddia edilir ki, alay komandiri həmin istirahət guşəsini hazırlatmaq üçün düz 250 min manat xərc çəkib. Üstəlik, bu işi görən ustalara da xüsusi imtiyazlar tanıyıb.
JAM.AZ xəbər verir ki, Babayevin «besedka»sının bu qədər baha olmasının səbəbi istifadə olunmuş materallarla bağlıdır. Belə ki, həmin istirahət guşəsinin söykənəcəkləri, tutacaqları və bəzi yerləri qızıldan hazırlanıb. Bəzi hissələri qızıldan olmasa da, qızıl suyuna salınıb. Aylın əmək haqqısı 1000-2000 manat aralığında dəyişən Alay komandirinin bu qədər geniş maddi imkanlara sahib olmasının səbəblərini izah etməyə isə gərək yoxdur.
Qeyd edək ki, Babayevin bağındakı «besedka»nın fotoları əlimizdə olsa da, onlarla bağlı bəzi dəqiqləşdirmələr aparıldıqdan sonra yayımlanmasını nəzərdə tutmuşuq.

«Hal şahidi» oyunu

Ötən yazımızda Alkoqol Sərxoşluğunun Müəyyən Edilməsi Məntəqəsində hal şahidləri ilə bağlı məsələyə toxunmuşduq. JAM.AZ xəbər verir ki, bununla bağlı aparılan araşdırma zamanı ortaya çıxan ilginc məqam hal şahidlərinin ümumiyyətlə olmamasıdır. Belə ki, sərxoş halda saxlanınan sürücünün məntəqədə içkili vəziyyətdə olduğunu müəyyən etmək üçün aparılan analizlərlə yanaşı, DYP əməkdaşları həm də prosesi hal şahidlərinin iştirakı ilə həyata keçirməlidirlər. Qanunlara əsasən ən azı 4 hal şahidi olmalıdır ki, yazılmış protokol təsdiqlənsin və əsaslı hesab edilsin.
Yenə qanunlarımıza əsasən hal şahidi qismində polis əməkdaşı çıxış edə bilməz, onlar yalnız mülki şəxslər ola bilərlər. Elə bununla bağlı BŞDYPİ-nin yayımladığı görüntülərdən də aydın görünür ki, məntəqədə sərxoş sürücülərlə bağlı rəy verilərkən, yalnız polislər görünür, hal şahidlərindən isə xəbər yoxdur. Amma məntəqənin qeydiyyat kitabında onlarla hal şahidinin adı var. Bəs, onlar kimdirlər?
DYP işçiləri JAM.AZ-a etiraf ediblər ki, sərxoş vəziyyətdə olan sürücünü saxlayandan sonra onları qeydiyyata almaq üçün sözügedən məntəqəyə apardıqda heç bir hal şahidindən istifadə etmirlər. Daha doğrusu, kitaba elə öz qohum-əqrəbalarının adlarını yazdırıb, onları hal şahidi olaraq göstərirlər. DYP əməkdaşları bildirirlər ki, bunu etməkdə məqsədləri bir neçə yerə bölünür. Birincisi, hətta ayıq vəziyyətdə saxladıqları sürücünün məhkəmədə üzünə duran adamların özlərinki olmasıdır ki, sonra sürücü boyun qaçıra bilməsin və məhkəmə «hal şahid»lərinin dediklərini əsas götürüb, qərar çıxarsın. İkincisi isə saxlanılma saxlanılma zamanı 4 hal şahidinin tapılmasının problem olduğunu nəzərə alaraq, öz qohumlarının adlarını qeydiyyata saldırırlar ki, qanunvericiliyi «pozmasınlar».

Növbəti yazımızda:

- Səhər baxışı zamanı «Onun maşınını saxlayan DYP işçisinin əlini kəsərəm» sözünü deyən rütbə sahibi kimdir?
- Dayanma-durmaya görə cərimə meydançalarına gətirilən avtomobillərə görə, 156 xidmətinə ödənilən pullar kimin cibinə gedir?
- Rəşadət Babayevlə keçmiş müavini arasında hansı qalmaqal yaşanıb?
- İşçisinə pul üstündə mübahisə zamanı kəllə atan rəis kimdir?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Dünən, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Dünən, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Dünən, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Dünən, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dünən, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Dünən, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Dünən, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Dünən, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Dünən, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Dünən, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru