“Azərsun Holdinq”də yeni təyinat .....                     İki milyon mənimsəyən “falçı” yenidən .....                     "Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" .....                     Kolleclərə direktor müavinləri təyin olunub .....                     "Bu kafe haqqında tədbir görülsün" .....                     Rafiq Məmmədov Bakı həbsxanasında .....                     “Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi .....                     Azərbaycanda əsgərlik yaşı artırılır? .....                     Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? .....                     Bıçaqlanan Vidadi İsgəndərlinin qardaşı danışdı .....                     Sədərək gömrüyündə ÖZBAŞINALIQ... .....                     General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı .....                     İordaniyadan Azərbaycana qarşı təəssüf doğuran ADDIM .....                     Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı ÜZƏ ÇIXDI .....                     Vətəndaş cəmiyyəti sosial şəbəkələrdə fəal olmalıdır .....                     İki həftə əvvəl pulunu ödəyib, amma xeyri yoxdur... .....                     “12-ci imam” yenidən məhkəmə qarşısına çıxarılır .....                     Ruslar bütün istiqamətlərdə irəliləyir .....                     Mişustin Paşinyanı YOLA GƏTİRƏ BİLƏCƏK? .....                     Paşinyan ötən il Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? .....                     Vidadi İsgəndərli bıçaqlanıb, vəziyyəti ağırdır .....                     "Sədr demişdi ki, “s” hərfinin tələffüzündə problem var" .....                     Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb .....                     Pezeşkian Qərbi yalan danışmaqda ittiham edib .....                     Azərbaycanda su təchizatı tenderlərini kimlər udur? .....                     ETSN-in rüşvətə görə tutulan sabiq vəzifəli şəxslərdən .....                     Ucar sakini yerli hakimdən İnam Kərimova ŞİKAYƏT ETDİ .....                     “VMR Estetik” klinikasında mədəsini kiçiltmək istədi... CANINDAN OLDU .....                     Rasim Məmmədovun şikayətinə .....                     Həsən Nəsrullahın əmisi oğlu “Hizbullah”ın yeni lideri olub? .....                     Sabiq polis rəisinə ağır İTKİ .....                     Fazil Mustafaya qarşı sui-qəsd etməkdə təqsirləndirilən şəxslər .....                     Müharibə olmasaydı, Rusiya tənəzzül edəcəkdi .....                     İcra Hakimiyyəti 19 milyon manatlıq kommunal təyinatlı texnikalar alır .....                     Adil Vəliyev deyəsən, tənbehlərdən nəticə çıxarmır... .....                     Makronun adamları Bakıda istintaqa cəlb olunub: Şok yeniliklər .....                     Netanyahu İsrailin Yaxın Şərqdə güc balansını dəyişdiyini bəyan edib .....                     "Əvvəlcədən hüquqi yardım almağa çalışın, yoxsa..." .....                     Xaçmaz sakini ACINACAQLI DURUMA .....                     İran gərginlik içində: Zəngəzur mövqeyini dəyişəcək? .....                 

"ELDAR NAMAZOV KİMİLƏRİNƏ "SEZONŞİK" DEYİRLƏR"
Tarix: 30-04-2013, 09:58 | Çap et
"ELDAR NAMAZOV KİMİLƏRİNƏ "SEZONŞİK" DEYİRLƏR"
ƏLİ ƏLİYEVDƏN "EL"Ə AĞIR SÖZLƏR

Müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Trend-ə müsahibəsi
- Əli müəllim, bu gün müxalifət bir araya gəlmək istəyir, ancaq nədənsə alınmır. Müxalifətin bir araya gələ bilməməsinin kökündə nə dayanır?
- Müxalifətin vahid namizədlə çıxış etməsi üçün həm ölkədaxili, həm də ölkəxarici amillər münasib olmalıdır. Yəni real dəyişikliyə şansın olduğu bir dövrdə müxalifətin bir araya gəlməsi daha mümkün görünür. Ancaq builki dönəm Azərbaycan müxalifəti üçün bu şərtləri münasib etmir. Çünki Azərbaycanın yerləşdiyi coğrafi məkan siyasi baxımdan müqəddəratı həll olunmamış kimi xarakterizə edilə bilər. Yəni böyük dövlətlər arasında təsir çevrəsinin bölgüsü davam edir və Azərbaycan balanslaşdırılmış siyasətini qoruyub saxlaya bilib. Rusiya Azərbaycanı bu siyasətindən çəkinməyə təsir edir. Mənə elə gəlir ki, Azərbaycan müxalifətinin bir araya gələ bilməməsinin səbəblərindən biri kimi Azərbaycan ətrafında beynəlxalq şərtləri də vuruğulamaq lazımdır. Lakin son 20 ildəki siyasi mübarizə dönəmində münasib beynəlxalq şərtlərin olduğu dövrlər olub ki, Azərbaycan müxalifəti subyektiv səbəblər ucbatından bir araya gələ bilməyib. Ancaq bu il buna iddia etmək çətindir, çünki nə ölkədaxili, nə də ölkəxarici şərtlər Azərbaycan müxalifətini ümidləndirmir. Bu baxımdan Azərbaycan müxalifətində olan siyasilər bu prosesdən dividend götürməyi düşünürlər. Ona görə də namizədlərin elan olunması paradı, yaxud da siyasi gəlişmələrin hamısı bununla bağlıdır. Hamı növbəti mərhələnin uğuru haqqında düşünür və müxalifətin strateji qərarlarında da səhv etməsi bu amillərlə bağlıdır. Normal ölkələrdə seçkilərdə məğlub olan siyasətçilər bir qayda olaraq siyasətdən kənarlaşır, arxa plana keçməyə, yeni sima çıxarmağa çalışırlar. Amma Azərbaycanın demokratik qüvvələrini məğlubiyyətə gətirmiş 1992-1993-cü il hakimiyyət komandası bu gün də həlledici müxalifət olduğunu vurğulamaqdadır.
Azərbaycan hakimiyyətində olduğu kimi, müxalifət düşərgəsində də bir monopoliya əhval-ruhiyyəsi mövcuddur. Bir qisim insanlar düşünürlər ki, Azərbaycan müxalifət düşərgəsinin ideya müəllifliyi yalnız konkret dar çevrə insana məxsusdur. O da ya bir nəfərdir, ya iki nəfər. Özlərini aparıcı müxalifət adlandıran partiyaların avtoritarizmdən ciddi bir fərqi yoxdur.
"İctimai Palatadakı partiyaların qarşıdurması müxalifətin birliyinə təsir edir"
- Bir sıra siyasilər müxalifətin bir araya gələ bilməməsində İctimai Palatanın səbəbkar olduğunu da vurğulayırlar. Buna münasibətiniz?
- Mən 3 il bundan əvvəl İctimai Palatanın aqibəti barədə bəyanat vermişdim. Mən demişdim ki, o qurumun heç bir perspektivi yoxdur. Oradakı partiyalar heç vaxt konkret vahid mövqeyə gəlməyəcəklər, heç bir-birilərinə güzəştə getməyəcəklər və bu da təbiidir, çünki onlar təbii rəqibdirlər. Ona görə də bu gün orada baş verənlər mənim üçün təəccüblü deyil, gözlənilən və seçki ilində də bu proseslərin qabardılması ehtimal olunan idi. Bunların qarşıdurması təbii ki, müxalifətin birliyinə, bütövlükdə müxalifətə də təsir edir.
- Xarici qüvvələrin bəzi müxalifət liderlərindən vasitə kimi istifadə etməsi kimi iddialar ortalığa qoyulur. Bu iddiaları real hesab etmək olarmı?
- Mənim tövsiyəm ondan ibarətdir ki, qərar qəbul etməmişdən qabaq bir qədər düşünüb daşınsınlar. Mən birinci onu qeyd etməliyəm ki, təəssüf olsun ki, hələlik bu gün adekvat olaraq Vətəndaş və İnkişaf Partiyasından başqa heç kəs şimal qonşumuzun təhdid dolu hərəkətlərinə reaksiya vermir. Bunu mən vətəndaşlıq mövqeyindən xeyli uzaq sayıram və bunu şəxsi maraqların qorunması kimi qiymətləndirirəm və bununla da ehtiyatlanma kimi təəssürat formalaşdırırlar. Bu barədə açıq danışan yeganə partiya bizim partiyadır və son dövrlər biz bu məsələni qabartmışıq, gündəmdə saxlayırıq və davamlı olaraq bunu izləyəcəyik. Artıq Yeni Azərbaycan Partiyası da bu barədə danışmağa başlayıb. Amma təəssüflər olsun ki, müxalifətdəki qüvvələr hələlik buna reaksiya vermirlər. İknicisi isə biz şəxsi ədavət zəminində Azərbaycanın taleyi ilə bağlı qərarların qəbul olunmasının əleyhinəyik. Hesab edirəm ki, bir sıra gəlişmələr var ki, Azərbaycan dövlətçiliyi üçün çox ciddi təhdiddir. Hətta məndə məlumat var ki, bir sıra siyasətçilər pul müqavilində, şəxsi əvəz çıxma nöqteyi-nəzərindən bu prosesə qoşulmağa razılaşırlar. Dövlətçiliklə hakimiyyəti bir-birindən ayırmaq lazımdır. Hakimiyyət müvəqqətidir, dövlətçilik isə daimidir. Biz hakimiyyətdən əvəz çıxmaq xatirinə dövlətçiliyi təhdid altına salmaq haqqında düşünməməliyik. Bizim yanaşmamız ondan ibarətdir ki, Azərbaycan müxalifəti bu barədə qərar qəbul edərkən ilk növbədə dövlətçiliyi nəzərə almalıdır. Bəzi müxalifətdə olan siyasətçilərin də fikri mənə tanışdır ki, "biz Moskvanı aldadıb, onların gücü ilə hakimiyyətə gələrik, onlara "atarıq" söyləyirlər. Çox təəssüf ki, müxalifətçi həmkarlarım arasında bu cür düşüncə sahibləri də var. Bu, yanlış yanaşmadır. Hesab edirəm ki, bu, Azərbaycan dövlətçiliyi üzərində eksperimentdir. Ondansa dövlətimizi, dövlətçiliyimizi qorumaq şərtilə hakimiyyətə gəlmək haqqında düşünməliyik.
- Son dönəmdə müxalifət düşərgəsində bir sıra birliklər yaransa da, tərkib demək olar ki, dəyişmir. Sizcə bunlara ehtiyac varmı?
- Hamının sərbəst qərar qəbul etmək hüququ var və bu hüququ tanımaq lazımdır. Kim hansı qurumda olmaq istəyir, hansı formada təşkilatlanmaq istəyir, onların hüququdur və mən də bu hüququ tanıyıram. Hər halda bunu ictimai rəyin çaşdırılması kimi də xarakterizə etmək olar, güclənmə təşəbbüsü kimi də qiymətləndirmək olar. Misal üçün, Rüstəm İbrahimbəyov heç vaxt belə qurumlarda olmamışdı, indi bu qurumlarda olmağa hazırlaşır, Eldar Namazov seçkidən seçkiyə fəallaşır, sonra böyük fasilə götürür, daha sonra yenidən siyasətə qayıdır. Yəni son üçillik proseslərdə bu şəxslər olmamışdı, indi prezident seçkiləri dönəmində proseslərə qatılıblar.
- Bəs bunların məqsədi nədir?
- Siyasətçilər müxtəlifdir. Azərbaycanda mövsümi siyasətçilər də var. Sovet dövründə onlara "sezonşiklər" deyirdilər. Bazar məsələsi ortaya gələn kimi onlar ortaya çıxır, nəsə ortadan götürürlər, sonra aradan çıxır, iki-üç il istirahət edir, yenidən qayıdırlar, özlərinə də siyasətçi deyirlər.
Bu adamlar hamısı təcrübəli adamlardır, əgər qollarını çırmalayıb ortaya girişiblərsə, deməli, onlar nəyəsə ümid edirlər və xüsusən, mənim onların arasında tanıdığım adamlar var ki, onlar pulsuz işləmirlər. Lazım gələndə adlarını da çəkəcəyəm.
- Bəlkə elə ona görədir ki, müxalifət partiyaları ayrı-ayrı mənbələrdən maliyyələşdiyi üçün birləşə bilmirlər?
- Təbii ki, pulu kim verirsə, mahnını da o sifariş edir. Mən maliyyələşmə ilə bağlı bir sıra məlumatlara malikəm. Mən öz partiyamız haqqında danışa bilərəm, başqaları haqqında danışmaq istəmirəm, bunu hər kəsin öz vicdanına buraxıram. VİP-in maliyyə mənbəyi ancaq partiyanın üzvləri, tərəfdarları hesabınadır, bir qəpikdə olsun kənardan, hakimiyyətdən, müxalifətdən, beynəlxalq təşkilatlardan maliyyə, qrant, rüşvət, nə bilim başqa vəsait almamışıq və almaq niyyətimiz də yoxdur. Bizim maliyyə müstəqilliyimiz bizim siyasi mövqeyimizin müstəqilliyinin təminatçısıdır. Əks halda biz siyasi meydandan silinərik. Ona görə də biz sərbəst qaydada həm hakimiyyəti, həm də müxalifəti tənqid etmək gücündəyik.
Müxalifət saflaşmadıqca, təmizlənmədikcə, təşkilatlanmadıqca uğura nail ola bilməyəcək. Mən bu gün Azərbaycan hakimiyyətinin dəyişməsi yolunda əsas maneə kimi bu müxalifətin xoşagəlməz keyfiyyətlərini görürəm. Əgər biz bu keyfiyyətləri islah edə bilsək, ya dəyişdirə bilsək, ya yenisini gətirə bilsək, onda bir nəticəyə nail ola bilərik. Yoxsa bu cür kirəcləşmiş düşüncələr, kirəcləşmiş mövqe ilə, avtoritarizmlə qabağa gedə bilmərik.
"Siyasətçi Rüstəm İbrahimbəyov mənə bir az şəxsi hayıf alan insan təəssüratı bağışlayır"
- Mətbuatda da bəyan edildi ki, Rüstəm İbrahimbəyovun siyasi ambisiyaları yoxdur, ancaq ondan əvvəl Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olacağı kimi fikirlər də səsləndirilirdi. Belə fərqli bəyanatlar nəyə xidmət edir?
- Rüstəm İbrahimbəyov bu gün dünyada ən çox tanınmış azərbaycanlılardan biridir. Mən Rüstəm İbrahimbəyovun Azərbaycan xalqını kinorejisssor qiyafəsində tanıtmasından fəxr duyuram. Rüstəm İbrahimbəyov kimi dünya şöhrətli azərbaycanlıların sayı o qədər çox deyil. Bu, mənim ona bir kinodramaturq kimi birmənalı münasibətimdir. Amma siyasətçi Rüstəm İbrahimbəyov mənə bir az şəxsi hayıf alan insan təəssüratı bağışlayır. Əvvəllər Rüstəm İbrahimbəyov susurdu, amma indi qolların çırmalayıb, siyasi proseslərə qoşulub. Lakin ölkə hakimiyyətinin dəyişməsində rol almaq kimi bir ssenari formalaşdırmaq, Milli Şura kimi bir siyasi layihənin müəllifi olmaq siyasi ambisiyasızlıqdan xəbər vermir, əksinə, kifayət qədər siyasi ambisiyalıdır. Ancaq əgər Rüstəm İbrahimbəyov "Milyaderlər İttifaqı"nın Azərbaycan üzrə koordinatoru olmaqla siyasətə qoşulub ambissiya ortaya qoyacaqsa, ilk növbədə bizim partiyanı öz qarşısında görəcək. "Milyaderlər İttifaqı"nı Rusiya rəhbərliyi yaradıb, Rusiya rəhbərliyi də Azərbaycanın dövlət müstəqilliyinə təhdidlə məşğuldur. Mənim Rusiya xalqına da, Rusiya Federasiyasına da böyük hörmətim var, Rusiyanı Azərbaycanın ən yaxın qonşularından biri sayıram, Rusiya ilə əlaqələrin dərinləşməsinin tərəfdarıyam. Ancaq bu, Azərbaycanın dövət müstəqilliyinə, siyasətinə təsir etməyən sərhəddə olmalıdır. Burada şəxsi hayıflarını almaq xatirinə Azərbaycan dövlətçiliyini siyasi qumara çıxarmağa heç kəsə ixtiyar verilməyib və o arzuda olanlar da milli qüvvələrin cavabını alacaqlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərsun Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 11:34
İki milyon mənimsəyən “falçı” yenidən MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 11:32
"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir" - İTTİHAM VAR...
Bu gün, 11:19
Kolleclərə direktor müavinləri təyin olunub - ADLAR
Bu gün, 11:16
"Bu kafe haqqında tədbir görülsün" - ETİRAZ
Bu gün, 11:14
Rafiq Məmmədov Bakı həbsxanasında ÖLDÜ
Bu gün, 11:11
“Nar” BMT Qlobal Sazişinin Liderlər Zirvəsində iştirak etdi
Bu gün, 11:07
Azərbaycanda əsgərlik yaşı artırılır? - GƏLİŞMƏ
Bu gün, 10:58
Xaçmazda şagird müəllimləri tərəfindən döyülüb? - POLİS ARAŞDIRMAYA BAŞLADI
Bu gün, 10:53
Bıçaqlanan Vidadi İsgəndərlinin qardaşı danışdı - Hadisənin detalları
Bu gün, 10:49
Sədərək gömrüyündə ÖZBAŞINALIQ... - Məmura olar, sıravi vətəndaşa yox...
Bu gün, 10:44
General keçmiş partiya sədrinin oğlunu işdən çıxardı - AÇIQLAMA
Bu gün, 10:39
İordaniyadan Azərbaycana qarşı təəssüf doğuran ADDIM - BU NƏDİ BELƏ?!
Bu gün, 10:36
Azərbaycanın axtarışa verdiyi, Ermənistan elektrik şəbəkəsini idarə edən Rusiya oliqarxı ÜZƏ ÇIXDI - suallardan yayındı...
Bu gün, 10:33
Vətəndaş cəmiyyəti sosial şəbəkələrdə fəal olmalıdır - Novella Cəfəroğlu
Bu gün, 10:31
İki həftə əvvəl pulunu ödəyib, amma xeyri yoxdur... - GİLEY
Bu gün, 10:29
“12-ci imam” yenidən məhkəmə qarşısına çıxarılır
Bu gün, 10:22
Ruslar bütün istiqamətlərdə irəliləyir – Müharibə böyük şəhərlərə yaxınlaşır
Bu gün, 10:18
Mişustin Paşinyanı YOLA GƏTİRƏ BİLƏCƏK? - AKTUAL
Bu gün, 10:14
Paşinyan ötən il Əliyevlə hansı məxfi müqaviləni imzalayıb? - Sensasion iddia
Bu gün, 10:07
Vidadi İsgəndərli bıçaqlanıb, vəziyyəti ağırdır - Qənimət Zahid
Bu gün, 10:05
"Sədr demişdi ki, “s” hərfinin tələffüzündə problem var"
Bu gün, 10:03
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
Bu gün, 10:00
Pezeşkian Qərbi yalan danışmaqda ittiham edib
Bu gün, 09:47
Azərbaycanda su təchizatı tenderlərini kimlər udur? - İLGİNC
Bu gün, 09:43
ETSN-in rüşvətə görə tutulan sabiq vəzifəli şəxslərdən XƏBƏR VAR
Bu gün, 09:37
Ucar sakini yerli hakimdən İnam Kərimova ŞİKAYƏT ETDİ - MÜRACİƏT
Bu gün, 09:35
“VMR Estetik” klinikasında mədəsini kiçiltmək istədi... CANINDAN OLDU - TƏFƏRRÜAT
Bu gün, 09:27
Rasim Məmmədovun şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 09:20
Həsən Nəsrullahın əmisi oğlu “Hizbullah”ın yeni lideri olub?
Bu gün, 09:19
Sabiq polis rəisinə ağır İTKİ
Bu gün, 09:15
Fazil Mustafaya qarşı sui-qəsd etməkdə təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:14
Müharibə olmasaydı, Rusiya tənəzzül edəcəkdi - “Biznes İnsayder”
Bu gün, 09:05
İcra Hakimiyyəti 19 milyon manatlıq kommunal təyinatlı texnikalar alır - SİYAHI
Bu gün, 09:02
Adil Vəliyev deyəsən, tənbehlərdən nəticə çıxarmır... - FAKT BUDUR!
Bu gün, 08:59
Makronun adamları Bakıda istintaqa cəlb olunub: Şok yeniliklər - Britaniya mətbuatı
Bu gün, 08:50
Netanyahu İsrailin Yaxın Şərqdə güc balansını dəyişdiyini bəyan edib
Bu gün, 08:47
"Əvvəlcədən hüquqi yardım almağa çalışın, yoxsa..." - ÇAĞIRIŞ
Bu gün, 08:41
Xaçmaz sakini ACINACAQLI DURUMA - KÖMƏK İSTƏDİ...
Bu gün, 08:36
İran gərginlik içində: Zəngəzur mövqeyini dəyişəcək? - YOXSA YENƏ...
Bu gün, 08:24
Ərdoğana qarşı onu rəqib çıxara bilərlər - ÖZÜ AÇIQLADI
Bu gün, 08:20
DSMF onların pulunu NİYƏ VERMİR? - Neftçilər NARAZILIQ EDİR
Bu gün, 08:18
Ölkənin gələcək müqəddəratını müəyyən edən seçkilər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:10
Naxçıvan təhsilində yeni pulyığma yeri - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:08
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru