Dekabrın 6-sı Aşura günüdür. Hicri təqvimlə 61-ci il (miladi tarixlə 680-ci il) məhərrəm ayının 10-da, aşura günü Kərbəla çölündə Məhəmməd peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn silahdaşlarıyla birgə qətlə yetirilib. Aşura günündə şiə müsəlmanlar VII əsrdə Kərbəla düzündəki döyüşdə qətlə yetirilənləri yad edirlər.
DİA.AZ “Media forum” saytına istinadən Aşura günü Bakının Təzə Pir məscidindən çəkilmiş fotoşəkilləri təqdim edir.