“UÇASTKOVI”NIN TORBASINI TİKDİLƏR
Tarix: 5-12-2011, 17:12 |
Çap et
SAHƏ MÜVƏKKİLİ RÜŞVƏT ALARKƏN YAXALANDI
2011-ci il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edərək yaşadığı ünvanda iki mərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.
Modern.az saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilən operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanıb.
Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Törətdiyi əmələ görə təqsirləndirilən şəxs qismində cəlb edilən Toğrul Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Respublikanın hüquq mühafizə orqanları tərəfindən korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan halların qarşısının alınması və aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.