SOROS FONDU AZƏRBAYCANDA YENİDƏN TƏŞKİL OLUNACAQ
Tarix: 5-12-2011, 13:49 |
Çap et
QURUM GƏLƏN İL QRANT FƏALİYYƏTİNİ BAŞA VURUR
Açıq Cəmiyyət İnstitutu – Soros Fondunun mərkəzi Nyu York ofisi Açıq Cəmiyyət İnstitutu Yardım Fondu – Azərbaycanın (ACİYFA) fəaliyyətinin yenidən təşkil olunması barədə bəyanat yayıb.
Bəyanatda deyilir ki, “Azərbaycanda demokratik islahatların və vətəndaş cəmiyyətinin irəliləməsi üçün 15 illik qrant istifadəsindən sonra Açıq Cəmiyyət İnstitutu Yardım Fondu – Azərbaycan (ACİYFA) 2012-ci ildə öz qrant fəaliyyətini başa vuracaq və təşkilati-struktur yenilənmə prosesi başlayacaq.
Keçid dövründə Açıq Cəmiyyət İnstitutu Azərbaycanda açıq cəmiyyətin irəliləməsi üzrə səyləri kənardan dəstəkləməkdə davam edəcək. Məlumat almaq üçün Raçel Harta müraciət etmək olar: [email protected]