SƏFƏR ƏBİYEV İRANA GETMƏYƏCƏK
Tarix: 4-12-2011, 15:32 |
Çap et
HƏRBİ ATTAŞE AZ ƏVVƏL YAYDIĞI XƏBƏRİ TƏKZİB EDİB
Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin İran İslam Respublikasına səfər edəcəyi barədə məlumatlar yayılıb.
Məlumata görə, Azərbaycan Respublikasının İrandakı hərbi attaşesi Mehman Süleymanov bu informasiyaların İran kütləvi informasiya vasitələrində çap olunmuş məlumat əsasında yayıldığını bildirib:
“Lakin məlumatın doğruluğu Azərbaycanın və İranın müvafiq rəsmi orqanları tərəfindən təsdiqlənməyib. Əgər gələcəkdə belə bir səfər planlaşdırılarsa, rəsmi qaydada ictimaiyyətə məlumat veriləcək”, - deyə hərbi attaşe vurğulayıb.