ƏLİ ƏHMƏDOV "EL"Ə İLİŞDİ...
Tarix: 12-04-2013, 11:32 | Çap et
"KASIB İTİNİN ADINI GÜMÜŞ QOYAR""EL" hərəkatının prezident seçkiləri ilə əlaqədar diqqəti cəlb edəcək hər hansı perspektivi yoxdur. Bunu Trend-ə müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini, icra katibi, deputat Əli Əhmədov deyib.
"Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar "EL" hərəkatının perspektivləri məsələsinə nəzər salmalı olsaq, sizi əmin etmək istəyirəm ki, bizim həm təhlillərimizin, həm də ki, cəmiyyətdəki abu-havanın dəyərləndirilməsinin bilavasitə nəticəsində səsləndirilən fikir ondan ibarət olacaq ki, "EL" hərəkatının prezident seçkiləri ilə əlaqədar diqqəti cəlb edəcək hər hansı perspektivi yoxdur. Bu mənada "EL" hərəkatına qarşı guya ki, Yeni Azərbaycan Partiyasından, iqtidardan hücumların olması haqqında miflərin uydurulmasının heç bir əsası yoxdur", deyə Əhmədov hərəkatın son günlər hakimiyyəti "EL"-i ofisdən çıxarmaqda ittiham etdiyini bildirib. Əhmədov bunu "Deyirlər ki, hakimiyyət bizim fəaliyyətə başlamağımızdan narahatdır və buna görə də işimizə maneəçilik törədilir. Bu barədə fikriniz nədir?" sualını cavablandırarkən bildirib.
YAP rəsmisi deyib ki, Azərbaycan iqtidarının onların iddia etdiyi kimi "EL" hərəkatına qarşı hücuma keçməsinə ehtiyac yoxdur.
"Azərbaycanda çox gözəl bir el məsəli var. Deyir, kasıb həmişə itinin adını "Gümüş" qoyar. Bu hərəkatı yaradanlar da ona elə təmtəraqlı ad qoyublar ki, sanki böyük bir el gücünü ifadə edirlər. Həqiqət isə tamam başqa formada təzahür edir. Bu hərəkatda toplaşan bir neçə nəfərdən savayı "EL" hərəkatını nəinki dəstəkləyən, ondan xəbəri olan belə yoxdur. Bu mənada "EL" hərəkatının yaranması, onlar tərəfindən gurultulu bəyanatların səsləndirilməsi nə Yeni Azərbaycan Partiyasını, nə bugünkü Azərbaycan iqtidarını azacıq da olsa narahat etmir. Bu, bir güc deyil ki, ona qarşı hücuma keçəsən. Ortada bir şey yoxdursa, nəyə hücuma keçəcəksən?", Əhmədov bildirib.
Onun sözlərinə görə, nə Yeni Azərbaycan Partiyasının, nə Azərbaycan iqtidarının belə bir ehtiyacı yoxdur.
"O ki qaldı, onların ofisləri ilə əlaqədar özlərinin uydurduqları qalmaqal məsələsinə, bilirsiniz ki, onlar ayrı-ayrı fərdi adamların evlərindən istifadə etmək yaxud onlara məxsus olan binalardan öz ofisləri kimi istifadə etmək istəyiblər. Hər hansı bir problem yaranıbsa, bu problemlər "EL" hərəkatının nümayəndələri ilə onlara evlərini, binalarını icarəyə vermək istəyən adamlar arasında yaranmış münaqişədən başqa bir şey deyil. Digər tərəfdən, onlar dövlət binalarından istifadə etmirlər ki, Azərbaycan hökuməti və iqtidarı onlara hansısa əngəllər törətməyə çalışsın. Ayrı-ayrı adamlarla söhbətləşiblər və sonra bu söhbət pozulubsa, bunun günahını Azərbaycan iqtidarının üzərinə yıxmaq ən azından insafsızlıq olardı. Amma əsl həqiqət ondan ibarətdir ki, sadəcə olaraq, bu tamaşaları qurmaqla "EL" hərəkatı, belə deyək də, əgər bu sözü işlətmək mümkündürsə, onların texnoloqları Azərbaycan iqtidarının üzərinə ləkə atmaq istəyirlər. Guya bu "EL" hərəkatı sanki elə bir şey imiş ki, Azərbaycan iqtidarı işini-gücünü buraxıb və onlarla mübarizə aparmaq niyyətinə düşüb. Əlbəttə, Yeni Azərbaycan Partiyası seçki kampaniyasında layiqli bir rəqib olacaqsa, onunla mübarizə aparacaq. Ancaq "EL" hərəkatı ilə nə mübarizə aparasan? O nədir ki, onunla da mübarizə aparasan? Ortada mübarizə aparıla biləcək heç nə yoxdur", Əhmədov bildirib.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|