"Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                 

MİSİR MƏRDANOV HANSI NAİLIYYƏTLƏRDƏN DANIŞIB?!
Tarix: 12-04-2013, 09:29 | Çap et
MİSİR MƏRDANOV HANSI NAİLIYYƏTLƏRDƏN DANIŞIB?!
Xəbər verildiyi kimi, İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVI Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. 58 ölkədən 450-yə yaxın rəsmi şəxsin qatıldığı və həftənin sonunadək davam edəcək bu möhtəşəm tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. AzərTAc-ın məlumatına görə, toplantının bölmə iclaslarının birində çıxış edən nazir Misir Mərdanov ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərdən danışıb...
Bəh-bəh! Axır ki, bunu da gördük! Vallah, utanmasan oynamağa nə var?! Amma neyləyək, oynayırlar, özü də lap şıdırğısından! Budur, adam indi də gedib İstanbulda keçirilən beynəlxalq toplantıda heç bir mənəvi diskomfort keçirmədən Azərbaycan təhsilindən danışır, təhsilindən də yox, onun nailiyyətlərindən! Yəni bağ belə, bostan elə, badımcan şələ-şələ... İndi yazıq toplantı iştirakçıları bu adama nə desinlər?! Desinlər ki, bəsdir, 15 il Azərbaycan xalqına söylədiyin bu içiboş moizələri indi də gəlib burada bizə sırıyırsan?! Yaxud dünya təhsilinin öncüllərindən olan Sinqapurun, Yaponiyanın, Finlandiyanın təhsil nazirlərindən biri durub desin ki, cənab Mərdanov, siz hər dəfə beynəlxalq təhsil qiymətləndirmələrinə görə siyahının sonunda yer almısınızsa və bu, nailiyyətdirsə, onda siyahının əvvəlindəki bizim yerimizin adı nədir? – Müvəffəqiyyətsizlik?! Bəlkə sizin nazirlikdə təhsil qiymətləndirmələri zamanı siyahıya tərsinə – aşağıdan yuxarı baxırlar?!
Doğrudan da, görəsən, Misir Mərdanov “nailiyyət” deyəndə nə başa düşür, yaxud nəyi nəzərdə tutur? Məsələn, elə bu günlərdə Milli Məclisin deputatı Asim Mollazadə “Azadlıq” radiosunun efirindən bütün dünyaya elan elədi ki, “Azərbaycanın təhsil sistemində islahatlar həyata keçirilmir, bu sistem rüşvətlə idarə olunan və diplom satan universitetlərə çevrilib”. Özü də bu sözləri hansısa “qərəzli” bir təhsil eksperti yox, millət vəkili dedi! Cənab Mərdanov, bəyəm rüşvət yığmaq, diplom, attestat satmaq təhsilimizin nailiyyətidir?
Ötən il ümumtəhsil məktəblərini bitirən məzunların böyük bir hissəsi qəbul imtahanlarında görünməmiş savadsızlıq nümayiş etdirdiklərinə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) məcbur olub bəzi qruplarda müsabiqə ballarını 250-dən 150-yə endirdi ki, universitetlərin auditoriyaları boş, müəllimllərsə iş-gücsüz qalmasın. Bəlkə nailiyyətiniz bu savadsız abituriyentlər ordusudur?
Üç gün öncə ölkə başçısı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzaladı. Çox mühüm, yerində və zamanında verilmiş sərəncamdır. Çünki Təhsil Nazirliyinin bəh-bəhlə müsabiqə qalibi elan edib külli miqdarda dövlət vəsaiti hesabına nəşr etdirdiyi bir neçə “Azərbaycan dili” dərsliyi TQDK tərəfindən çıxdaş edilib. Şübhə etmirəm ki, bu sərəncamın vəziyyətdən çıxmağa böyük köməyi dəyəcək. Belə çıxır, nazirlik neçə illərdir Azərbaycan dilinin anasını ağlatmaqla məşğul imiş? Bəlkə Mərdanov “nailiyyət” deyəndə, xarici dillər bir yana qalsın, öz ana dilində yazıb-oxumağı bacarmayan bisavad Novruzəlilər dəstəsini gözünün önünə gətirir?!
Dünyanın aparıcı universitetlərinin diplomları başqa ölkələrdə, xüsusən də, inkişaf etmiş ölkələrdə tanınır və həmin diplomların sahibləri tərəddüdsüz işə götürülür. Çünki bu diplomların arxasında əsl təhsil, əsl bilik və bacarıq dayanır. Amma bizim diplomların 99 faizi nəinki inkişaf etmiş ölkələrdə, heç Şərqdə də tanınmır. Niyə də tanınsın?! Bizim özümüzün dövlət orqanlarında, yumşaq desək, bu diplomların sahiblərinə çox vaxt qapını o biri tərəfdən bağlamağı “tövsiyə” edirlərsə, digər ölkələr niyə bunu etməsin?
Yəqin Mərdanov bir-iki günə geri dönəcək. Çox ehtimal ki, o, yan-yörəsində çalışanları toplayıb beynəlxalq tədbirdəki görüşləri barədə ağızdolusu danışacaq, yenə də həmin sözlər və həmin frazalar: bağ belə, bostan elə, badımcan şələ-şələ... Amma sayın Mərdanovdan bircə ricam var: Zirvə Toplantısında “Azərbaycan təhsilinin nailiyyəti” deyəndə nəyi nəzərdə tutduğunu açıqlasın ki, biz də eşidib feyziyab olaq...

Nadir İSRAFİLOV, təhsil eksperti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru