VƏHABİLƏR DÖVLƏT ÇEVRİLİŞİ HAZIRLAYIR
Tarix: 3-12-2011, 15:51 | Çap et
VƏHABİLİKDƏN GERİ DÖNMÜŞ BİR AZƏRBAYCANLININ ŞOK ETİRAFLARI
DİA.AZ: - Azərbaycanda dini təriqətlərin fəaliyyətini heç kim inkar edə bilməz. O da gerçəklikdir ki, həmin təriqətlərin bir qismi Azərbaycan üçün ciddi təhlükə mənbəyidirlər. Bu dini təriqətlərdən nurçuların, Yeqova şahidlərinin adını xüsusi qeyd etmək lazımdır. Amma bunlardan daha açıq fəaliyyət göstərən vəhabilərdir ki, özlərinə sələfi təriqətçiləri deyillər. Zamanında Bakının mərkəzində yerləşən Əbu-Bəkr məscidinə toplaşan vəhabilərin ideoloji xətti ilə bağlı geniş şərhlər verildiyindən biz konkret məqamlar üzərində dayanmaq istərdik.
Cəhənnəm yolundan geri dönüş
Bir ara onlar Azərbaycanda çox məşhur idilər. İndii də geri qalmırlar. Amma Əbu-Bəkr məscidində məlum «TERROR AKTI»NDAN sonra onlar bir balaca qınlarına çəkilmiş kimi görünürlər. Bəli, Məhz qınlarına çəkilmiş kimi. Amma onların qınlarından sıyrılacağı gün isə uzaqda deyil. Çünki adamlar hələ də fəaliyyətlərini sürdürürlər və yerli hüquq-mühafizə orqanlarının ara-sıra onların saqqallarını qırxması da heç nəyi dəyişəcək gücdə deyil.
Bəli, onlar günbəgün təşkilatlanır, sıralarını genişləndirirlər. Elə bu günlərdə redaksiyamıza müraciət edən Bakı sakini Əhməd Xəlilov (ad şərtidir) da vəhabilərin qurduğu şəbəkə barədə şok məlumatlar verdi. Əhməd Xəlilov bir zamanlar vəhabi idi. Özünün dili ilə desək, artıq cəhənnəm yolundan geri dönüb. Bildirir ki, cəhənnəm yolundan geri dönmək mümkün olmasa da, vəhabilikdən birtəhər canını qurtara bilib.
Təsadüfi tanışlıq mexanizmi
Əhməd Xəlilov bildirir ki, onun «qardaşları» arasında adı Əbu Xəlil olub: «Onlarla təsadüfən tanış oldum. Keçən ilin yayında havalar isti olduğundan, istirahət yerlərinə gedə bilmədiyimdən elə arvad-uşağı evimizin yanındakı kiçik parka aparırdım. Demək olar ki, hər gün işdən gələn kimi onları götürüb parka gedirdim. Uşaqlar əylənir, biz də kölgəlikdə istirahət edirdik».
Ev təmiri ustası olduğunu bildirən Əhməd Xəlilov söhbətinin davamında artıq vəhabi «liniyasına» necə çıxmasından danışır: «Bizimlə bərabər onlarla ailə həmin parka gəlirdi. Onların arasında bir vəhabi ailəsi də var idi. mən hər zaman onun həyat yoldaşının qara çarşabda, istinin altında necə dayandığını görür, ürəyimdə ona acıyırdım. Daha bilmirdim ki, günlərin birində pula görə mən də yaxınlarımı çadraya bürünməyə məcbur edəcəm».
Xəlilov davam edir: «Həyat yoldaşımla həmin vəhabinin çadralı qadını rəfiqə oldular. Elə parkdaca tanışlığımız dostluğa çevrildi. Zaman-zaman müxtəlif mövzulardan söhbət etdik və günün birində həyat yoldaşım evdə olarkən mənə dedi ki, həmin vəhabi ailəsi bizim kasıb yaşadığımızı bildiyindən bizə 1000 manat yardım etmək istəyir. Açığı durumum o qədər pis idi ki, dedim, hansı münasibətlə. Amma ürəyimdə pulu almağa razı idim. Həyat yoldaşım da bildirdi ki, heç bir münasibət yoxdur, sadəcə olaraq bir inancı ailə kimi bizə kömək etmək istəyirlər. Mən də pulu aldım».
Müxalifəti də, iqtidarı da söyürlər
Bundan sonra artıq vəhabi xəttinə düşdüyünü bildirən həmsöhbətimiz bildirir ki, o da vəhabi kişi ilə dostluq etməyə başlayır və bir gün o, məni bir məclisə aparacığını deyir. Mən də razılaşıram. Getdiyimiz yerdə hər kəs onun kimi idi. hamısı uzun saqqalda, qısabalaq şalvarda. Məni «qardaşları» ilə tanış edir. Çox mehriban adamlar idi. ordan-burdan söhbət etdikdən sonra namaz qılma vaxtı çatır. Mənim namaz qılmadığımı görüB. Bu barədə mənimlə uzun-uzadı danışırlar».
Əhməd Xəlilov deyir ki, onun canında əməlli-başlı qorxu hissi yarada bilirlər: «O qədər cəhənnəmdən danışırlar ki, sanki bu dəqiqə məni oda atacaqlarını zənn edirəm. Daha sonra özlərinə qoşulmağı və bunun müqabilində dolanışığımın təmin olunacağını bildirirlər. Deyirlər ki, burada «qardaşlıq» sistemidir və heç bir qardaşın ailəsi ac ola bilməz».
Edilən təklifə razılaşdığını bildirən həmsöhbətimiz bildirir ki, bu şəkildə davamlı olaraq vəhabilərlə münasibətlərini daha da intensivləşdirir və günlərin birində özünün də uzun saqqalı, qısabalaqlı olduğunu görür: «Heç bilmirəm hər şey necə baş verdi. Bir də baxıb gördüm ki, yanımdakı həyat yoldaşım çadralı, mən də saqqalıyam. Amma maddi durumumuz xeyli düzəlmişdi. Həm pul yardımları alırdım, həm də işimə uyğun mənə işlər tapırdılar. Beləcə bir ilin içində özümə hər cür şərait qurub, bütün borclarımı bağlaya bildim».
Amma özünün də tutduğu yolun yanlış olduğuna əmin olduğunu söyləyən Əhməd Xəlilov vəhabilərin bəzən onunla siyasi məsələlər danışdıqlarını da söylədi: «Bu, tez-tez olmurdu. Mən yeni idim, bəlkə də ona görə. Amma ara-sıra siyasətdən danışır, bu hakimiyyətin əleyhinə sərt fikirlər söylənirdi. Amma müxalifəti də söyürdülər. Öz dövlətlərinin qurulmasını, Azərbaycanda əmirliyin yaradılmasını doğru yol kimi görürdülər. Mən də bui şin axırının olmayacxağını bildiyimdən tədricən onlardan uzaqlaşma yolunu tutdum. Yaşadığım ünvanı, telefon nömrələrimi dəyişərək, onlarla rabitəni birdəfəlik olaraq qırmışam. Təxminən bir aydır ki, məni axtarırlar. Amma mənim onlarla yol getmək niyyətim yoxdur».
Bəli, əziz oxucu, bütün bunlar faktdır və bu gün Azərbaycanda saylarının artıq 80 minə çatdığı iddia olunan vəhabilər günbəgün ölkə vətəndaşlarının «verebovat» olunması ilə məşğuldurlar. Kimdir onlar? Nə istəyirlər? Bunu araşdırmaq lazımdır…
Sələfilər üçün dövlət Azərbaycan, yox Ərəbistandır
Bu danılmaz faktdır ki, sələfi cərəyanının əksər daşıycıları son məqsəd kimi İslam Xilafətinin qurulmasını istəyirlər və fəaliyyətlərində də bu, açıq şəkildə görünür. Hər bir dövlət quruluşunu rədd edən, yalnız xəlifəlik prinsipi ilə ölkələrin formalaşmasını istəyən təriqətin yarada biləcəyi ən böyük təhlükə də məhz budur. Diqqət edin, Birinci çeçen savaşında toplum müstəqillik tələbi ilə ayağa qalxdı. Və qos-qoca Rusiyanı məğlub vəziyyətə saldılar. Çünki konkret məqsəd və məram vaaı idi. Bu məram və məqsədləri də beynəlxalq təşkilatlar dəstəklədi. Amma ikinci Çeçen savaşında tam məğlubiyyət qaçılmaz oldu. Çünki artıq Çeçenistanın müstəqilliyi ikinci, üçüncü dərəcəli məsələyə çevrilmişdi. Savaşa qalxanların hamısı vəhabiliyi qəbul edərək, mübarizələrinin İslam xilafəti yaratmağa xidmət etdiyini bəyan etdilər. Və elə bununla da öz məğlubiyyətlərinin təməlini qoydular. İslam fundementalizmi adı altında başlanan mübarizə yerindəcə boğuldu. Maraqlıdır ki, adıçəkilən təriqət üzvləri Səudiyyə Ərəbistanının Qərb dünyası ilə münasibətlərinə normal yanaşsalar da, kənar ölkələrin Qərb, konkret olaraq isə ABŞ-la münasibətlərini az qala şeytanla əlaqə saxlamaq səviyyəsində dəyərləndirir və yeri gələndə buna qaaşı terror aktları da həyata keçirirlər. Düzdür, bu gün Azərbaycandakı vəhabilər o qədər də geniş imkanlara malik deyillər. Amma bir gerçəklik var ki, bu təriqətin istənilən üzvü üçün Əaəbistanın mövcudluğu Azərbaycanın mövcudluğundan daha önəmlidir. Bir sözlə, Azərbaycan vəhabiləri hələ ki, prosesin birinci mərhələsindədirlər.
“Güc həm düşüncədə, həm də qolda olmalıdır”
“Güc həm düşüncədə həm də qolda olmalıdır”. Bu vəhabilərin proqramında ikinci mərhələnin prinsipidir. Məhz bu mərhələdə düşüncəcə zəif insanlar qol gücünə, iradəcə möhkəm insanlar isə düşüncə gücünə məxsus qanada aid edilir. Vahabilər indi bu mərhələnin astanasındadırlar.
Başqa bir məqama diqqət edin, zamanında Əbu-Bəkr məscidində oxunan xütbələrin hər birində insanlar saflığa, sülhpərvərliyə çağrılır, amma Çeçenistanda cihad edənlərin içərisində azərbaycanlı vəhabilərə də rast gəlmək olur. Yaxşı, hər gün sülh çağrışlaaını eşidib, bunu Allahın buyruğu kimi qəbul edən insanlar sırasından qan tökməyə həvəs göstərənlər necə meydana çıxır? Bu sualın cavabı, qol gücünə önəm verənlərin də səfərbər edilməsi prinsipindədir. Belələri üçün vətən uğrunda savaş aparmaq önəmli deyil. Əminliklə deyə bilərik ki, xavariclər adlanan bu dəstələr artıq Azərbaycanda foamalaşmaqdadırlar.
Dövlətin içinə doğru
Vəhabilərin qarşılarına qoyduğu məqsədlərdən biri də dövlətin içinə doğru getməkdir. Yəni, tərafdarları arasında dövlət postlarında çalışanların olmasına xüsusi önəm verirlər. Buna görə də, xüsusi qruplar mövcuddur ki, məscidə gələn yüksək posta malik insanlarla ayrılıqda iş aparılır və onların sıralarına qatılmaları üçün əllərindən gələni edirlər.
Bir ailə və bir hədəf
“Bir ailə və bir hədəf”. Bu da vəhabilərin əsas çağrışlarındandır. Ona görə də onlar bir-birinə müraciətdə “qardaş” sözündən daha çox istifadə edirlər. Deməli, imkanlı bir vəhabi imkansız bir neçə təriqət yoldaşını ətrafına alır və qurduğu bizneslə həm öz imkanlarını artırır, həm də işsiz qalmış bir neçə nəfərə iş verir. Beləliklə həm ciddi və zəncirvari biznes şəbəkəsi yaranır, həm də bu insanların asılılıq dərəcəsi kifayət qədər artır. Müşahidələr də göstərir ki, son 3 ildə vəhabilərə məxsus ticarət obyektlərinin, fermer təsərrüfatlarının sayı xeyli dərəcədə artıb.
Düzdür, onu da qeyd edə bilərik ki, vəhabilərin fəaliyyəti müvafiq strukturlar tərəfindən nəzarət altında saxlanılır. Amma vəhabilərin şəbəkələşmiş şəkildə fəailiyyət göstərməyə müvəffəq ola bilməsi də ortada olan gerçəkliklərdəndir.
Onlardan kimsə faydalana bilməz
Yuxarıda bir real hadisəni, yəni bir azərbaycanlının vəhabilik yoluna necə düşməsini diqqətinizə çatdırdıq, ardından da sizlərə vəhabilərin düşüncə tərzini açmağa çalışdıq. Bəli, onlar bu gün Azərbaycanda möhkəmlənmə yolunu tutublar və onların Azərbaycanla bağlı planları böyükdür. Şərti adı Əhməd Xəlilovun söylədiyi kimi, onlar Azərbaycanda əmirlik sistemini qurmağa çalışırlar. Azərbaycanın dünyəvi dövlət mahiyyətini darmadağın edərək Azərbaycanda Əfqanıstan mahiyyətli bir rejim qurmaq niyyətindədirlər. Əfqanıstan və digər vəhabi hökmranlığı olan ölkələrin aqibətinin isə necə olduğunu hər kəs gözəl bilir. Əslində onlar xristian Qərbin ortaya atdığı və müsəlman Şərqini iflic etmək üçün nəzərdə tutulan bir ideologiyanın daşıyıcılarıdır. Hər halda, «sünninin malı, şiənin canı halalımdır» deyən bir təriqət daşıyıcısından İslam aləminin hansısa mənada faydalana bilıəcəyi istisnadır. Eləcə də İslam Dünyasının bir parçası olan Azərbaycanın…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Bu gün, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Bu gün, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Bu gün, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Bu gün, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Bu gün, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Bu gün, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Bu gün, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Bu gün, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Bu gün, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Bu gün, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Bu gün, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Bu gün, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Bu gün, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Bu gün, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Bu gün, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Bu gün, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Bu gün, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Bu gün, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Bu gün, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Bu gün, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Bu gün, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Bu gün, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Bu gün, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Bu gün, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Bu gün, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Bu gün, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Bu gün, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Bu gün, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Bu gün, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Bu gün, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Bu gün, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Bu gün, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Bu gün, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Bu gün, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Bu gün, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Bu gün, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Bu gün, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Bu gün, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Bu gün, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Bu gün, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Bu gün, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Bu gün, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Bu gün, 10:10 |
|
|
|
• "Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - BU FAKTDIR...
Bu gün, 10:07 |
|
|
|
• Sülh müqaviləsi təhdid altında - İNCƏLƏMƏ
Bu gün, 10:05 |
|
|
|
|