GƏNCLƏR FƏVVARƏLƏR MEYDANINDA AKSİYA KEÇİRDİ
Tarix: 3-12-2011, 15:20 |
Çap et
ƏSAS ŞÜAR "ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ" OLDU
Bu gün günorta radələrində 50-dən artıq gənc paytaxtın mərkəzində, Fəvvarələr meydanında aksiya keçiriblər. Bu barədə musavat.com-a məlumat verən reportyorumuzun sözlərinə görə, əsas şüarı "Şəhidlər ölməz, Vətən bölünməz" olan aksiyaya Müsavat, AXCP üzvü olan gənclər, eləcə də müstəqil gənc fəallar qatılıblar.
Əllərində yuxarıdakı məzmunda şüarlar və şəhidlərimizin şəkillərini tutan aksiya iştirakçıları bir neçə şüar səsləndirdikdən sonra polislər onlara müdaxilə edib, aksiyanı dağıdıb.