"BAYAĞI MAHNILARA EFİR QAPILARI TAYBATAY AÇIQDIR"
Tarix: 4-04-2013, 09:03 | Çap et
Bəstəkar Xanım İsmayılqızının Milli.Az-a müsahibəsi.
- Xanım İsmayılqızı uzun illərdir bəstəkardır. Olubmu ki, istədiyiniz bir əsəri ərsəyə gətirə bilməyəsiz, üzüləsiz?
- Yaratdığım əsər uğursuz tale yaşayanda üzüldüyüm vaxtlar olub. Həmişə uğur qapılarımı açmır ki.
- Əsərlərinizin nə qədəri uğursuz tale yaşayıb?
- Az da olsa, uğursuzları da olub. Amma sizlər onları görməmisiz, eşitməmisiz.
- Bütün məşhurlar sizin mahnılarınıza müraciət edirlər. Məncə, sizi yüz faiz xoşbəxt bəstəkar saymaq olar…
- Tamaşacı, dinləyici hər şeyi bizdən yaxşı görür. Bizlər yazırıq, işləyirik, sizlərə təhvil veririk. Qəbul edilirsə, demək ki, alındı, sevildi. Bu baxımdan, deyəsən, bəxtim gətirib. Şikayət edə bilmərəm. Amma yüz faiz deməzdim.
- Həyatda şikayətiniz nədəndir? Elə bir şey varmı ki, sizi çox narahat edir?
- Təbii ki, narahat edən məqamlar var. Onsuz olmaz ki. Həyat varsa, yaşam varsa, ömür varsa, yaradıcılıq, ailə, şəxsiyyət, vətəndaş məsuliyyəti varsa - demək ki, narahatlıqlar da var, olub və olacaq. Rahat insan - düşünməyən, hiss etməyən, yaşamayan insan ola bilər.
- Bir ara bayağı mahnılar çox idi. Son zamanlarsa bayağı ifalar azalıb. Siz necə, hiss edirsiniz bu azalmanı?
- Bayağı mahnılar həmişə olub, bu gün də var. Amma fərq nədədir?.. Əvvəllər bayağı mahnılar efirə ayaq açmırdı. İndi isə belə mahnılar üçün qapılar taybatay açılıb. Onsuz da, zaman öz sözünü deyir. Dəyərlilər qalır, dəyərsizlər ölür.
- Müğənni Ayanın adını çəkərkən nədənsə siz yada düşürsünüz...
- Ayanla çox uğurlu iş birliyimiz alınıb, yəqin ki, ondandır.
- Hansı məşhur müğənnilər ilə işləmək istərdiniz?
- Azərbaycanın məşhurları ilə işləmişəm və yenə də işləyirəm.
- Mahnılarınıza həmişə tələbat var... Maddi cəhətdən necə, əziyyətinizin bəhrəsini görürsünüz?
- Yaradıcılığım mənim mənəvi dayağımdır, yaşama səbəbimdir. Maddi tərəfdən şikayətim yoxdur.
- Yaradıcılığını izlədiyiniz və bəyəndiyiniz gənc bəstəkarlar varmı? Kimlərin adını çəkə bilərsiniz?
- Təbii ki, var. Amma ad çəkərəm, kiminsə adı yadımdan çıxar, inciklik olar. Çox istedadlı gənc yazarlarımız var.
- Siz, həqiqətən də, gənclərə çox dəstək olursunuz. Rəhbəri olduğunuz “Xan” qrupu buna əyani sübutdur...
- Qrupu gənclərə dəstək məqsədi ilə yaratmışam.
- Repertuar seçimində ortaq nəticəyə gəlirsiniz?
- Bəli.
- Hazırda nə kimi layihələr üzərində işləyirsiniz?
- Şair kimi yeni şeirlər yazıram. Növbəti şeir kitabımı nəşrə hazırlayıram. Bəstəkar kimi yeni mahnılar üzərində işləyirəm.
- Kinofilmlərə necə, musiqi yazmaq təklifi gəlir sizə? - Hələ ki, belə bir təklif gəlməyib. - Serial musiqiləri sizi qane edir? - Seriallara yazılan musiqilərdən söhbət gedirsə - bəzilərini bəyənirəm. Serialların özündən söhbət gedirsə - əksəriyyətini bəyənmirəm. - Həyatda çox haqsızlıqla üzləşmisiniz?
- Olan olub, keçən keçib... Ötənləri yada salmaq istəmirəm. Təbii ki, olub. Amma mən udanlardan oldum. Uduzanlardan yox. - Fərqiniz nədədir? - Sıradan biri olmamağımda. Məhz fərqli olmağımda... - Facebook-dan gündəlik istifadə edirsiniz? - Hərdənbir Facebook-a da vaxt ayırıram. - Gündəlik yazışdığınız dostlarınız varmı? - Gündəlik deməzdim. Ara-sıra konkret yazışdıqlarım, statuslarını, şeirlərini, yazılarını oxuduqlarım var. Özüm də şeirlərimi, musiqilərimi Facebook-da paylaşıram, oxucu və dinləyici fikirlərini öyrənirəm. Müəyyən məlumatları Facebook vasitəsi ilə alıram. Yaxşı tərəfləri var. - Bir bəstəkara veriləcək olan ən gözəl sual hansıdır? - O baxır əhvalımın hansı vaxtına düşür. Bu gün mənə gözəl görünən sual sabah məni əsəbləşdirə bilər. Odur ki, bu suala konkret cavab yoxdur.

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52 |
|
|
|
• Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42 |
|
|
|
• Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38 |
|
|
|
• Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34 |
|
|
|
• "O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10 |
|
|
|
• Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08 |
|
|
|
• “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03 |
|
|
|
• Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39 |
|
|
|
• Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36 |
|
|
|
• Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31 |
|
|
|
• "Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04 |
|
|
|
• Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02 |
|
|
|
• Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55 |
|
|
|
• Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53 |
|
|
|
• ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30 |
|
|
|
• "Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26 |
|
|
|
• “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23 |
|
|
|
• Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20 |
|
|
|
• Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15 |
|
|
|
• 310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09 |
|
|
|
• Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04 |
|
|
|
• Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01 |
|
|
|
• Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59 |
|
|
|
• Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56 |
|
|
|
• Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53 |
|
|
|
• Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49 |
|
|
|
• Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47 |
|
|
|
• Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51 |
|
|
|
• “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49 |
|
|
|
• "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53 |
|
|
|
• Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41 |
|
|
|
• "Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20 |
|
|
|
• Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16 |
|
|
|
• Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07 |
|
|
|
• “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04 |
|
|
|
• Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01 |
|
|
|
• Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59 |
|
|
|
• Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57 |
|
|
|
• Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52 |
|
|
|
• "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48 |
|
|
|
• Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44 |
|
|
|
• 8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38 |
|
|
|
• Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34 |
|
|
|
• Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28 |
|
|
|
• Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19 |
|
|
|
• “Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16 |
|
|
|
• Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58 |
|
|
|
• Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56 |
|
|
|
• Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54 |
|
|
|
• Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49 |
|
|
|
|