EVLƏRİ SÖKÜLƏNLƏR BAKIDA ŞOK AKSİYA HAZIRLAYIR
Tarix: 3-04-2013, 13:37 |
Çap et
«QIŞ BULVARI»NIN QURBANLARINDAN İLGİNC ADDIM
DİA.AZ: - Son günlər «Qış bulvarı» yeni salınan parkın yaxınlığındakı binaların sakinləri ilə inşaatı aparan şirkətin əməkdaşları, həmçinin Bakı şəhər icra hakimiyyətinin işçiləri arasında cərəyan edən toqquşmalar daha da intensiv xarakter alıb. Hətta vəziyyət o həddə çatıb ki, həmin ərazinin sakini olan tanınmış kinorejissor Şeyx Əbdül olduqca sərt açıqlamaları ilə də diqqətə gəldi.
Bununla bağlı DİA.AZ-a müraciət edən Dilarə Əliyeva küçəsi 181,183, 185, 193 v? 197 saylı ünvanın sakinləri bildiriblər ki, onlar etiraz aksiyası keçirməyə hazırlaşırlar: «Amma belə bir aksiya Bakıda ilk dəfə olacaq və yeganə məqsədimiz səsimimizin prezidentə çatdırılmasıdır».
Redaksiyamıza daxil olan məlumata görə, həmin ünvanda yaşayan bütün sakinlər evlərinin qanunsuz olaraq sökülməsinə və bunun müqabilində uyğun kompensasiyasının verilməməsinə etiraz olaraq, evlərindəki əşyaları yandıracaqlar: «Hələlik danışıq aparırıq. Bütün sakinlər razılıq verəndən sonra bu addımı atacağıq ki, etirazımız lazımi ünvanlara çatsın».