“Spero Hospital“da qalmaqal .....                     Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender .....                     Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır .....                     Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır .....                     "O pulu sizə halal etmirəm" .....                     Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət .....                     “İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” .....                     Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır .....                     Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək .....                     Rüfət Səfərovun həbsinə nə səbəb olub? .....                     "Oğlumun qanını yerdə qoymayacağam" .....                     Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... .....                     Suriyadakı proses Ukraynada da təkrarlana bilər .....                     Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? .....                     ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir .....                     "Ya oxumağını et, ya da kinoya çəkil..." .....                     “Vətəndaş A”nın dron söhbəti yalan çıxdı .....                     Rüfət Səfərova HÖKM OXUNDU .....                     Avropa Ukraynanı fəda etmək niyyətində deyil: .....                     310 min manatlıq torpaq maxinasiyası... .....                     Turan ideyasına qarşı yaradılan “gizli əl” .....                     Generalın şikayəti təmin edilmədi .....                     Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil .....                     Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar .....                     Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? .....                     Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir .....                     Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır .....                     Ədliyyə naziri onu rəis TƏYİN ETDİ .....                     “Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” .....                     "Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… .....                     Bu rəhbər şəxslərə şiddətli töhmət verildi .....                     "Azpulmat" və "Manato" qaydaya əməl etmir... .....                     Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? .....                     Rütte Kiyevi hələ səbrli olmağa çağırıb .....                     “Vurulan” məmur və deputatların “sirli” vəzifəsi .....                     Messi və komanda yoldaşları Bakıya gəlir .....                     Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... .....                     Arabir yağış yağacağı gözlənilir .....                     Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib .....                     "Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." .....                 

TƏHSİL NAZİRLİYİNİN KEÇMİŞ ŞÖBƏ MÜDİRİ TƏQİB OLUNUR
Tarix: 3-04-2013, 11:18 | Çap et
TƏHSİL NAZİRLİYİNİN KEÇMİŞ ŞÖBƏ MÜDİRİ TƏQİB OLUNUR
Azərbaycanda deputat və onun ətrafı tərəfindən təqib olunduğunu deyən Təhsil Nazirliyinin 20 il İqtsadiyyat şöbəsinə rəhbərlik etmiş keçmiş əməkdaşı, professor, iqtisad elmləri doktoru, eləcə də onlarla titul və mükafatların sahibi Azərbaycan Respublikasının birinci xanımı, millət vəkili Mehriban Əliyevaya şok məktubla müraciət edib. Professor Bədirxan Musayev ömrünün 60 ilini həsr etdiyi və bir il 5 ay əvvəldən bu günə qədər Dövlət İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyev tərəfindən təqib olunduğunu, onun təzyiq və təhdidləri ilə haqqını bərpa edə bilmədiyini deyərək, üzləşdiyi problemlərin həllində ölkənin birinci xanımından dəstək istəyib.

Professorun Müstəqil İnformasiya Agentliyinə (mia.az) eksklüzm təqdim etdiyi məktubunu olduğu kimi dərc edirik:

«Çox hörmətli Mehriban xanım! İqtisad elmləri doktoru, professor, bir çox dövlət mükafatlarının təltifçisi kimi, bir ildən çoxdur ki, müvafiq orqanlara üzləşdiyim haqsızlıq, ölüm təhdidləri və təhlükəsi, həmçinin, ədaləti bərpa etmək məqsədiylə yazdığım yüzlərlə müraciətim cavabsız qalıbdır. Belə vəziyyətlə artıq ikinci dəfə üzləşdiyimdən, gec-tez haqqın qalib gələcəyinə şübhə etmirəm. Necə ki, 1980-ci illərdə elmi bazara çevirən bir qrup tərəfindən mənə həbs təhlükəsi yarandıqda Moskvada Ulu Öndər Heydər Əliyev tərəfindən yüksək səviyyədə qəbul edilərək, məhz onun yaxından köməyi ilə səfərimin 4-cü günü SSRİ Ali Sovetin sədri Qromıko ilə görüşüm təmin olunub. Bundan sonra ədalət, haqq bərpa edilib.

Çox hörmətli Mehriban xanım! Bir ildir ki, ömrümün 60 ilini həsr etdiyim və bu müddətdə 60-a yaxın elmlər namizədi və doktoru yetişdirən bir alim kimi çalışdığım Dövlət İqtisad Universitetindən rektor Şəmsəddin Hacıyev və onun 3-5 əl-altısı tərəfindən təzyiqlərlə üzləşmişəm. Şəmsəddin Hacıyev heç bir əsas olmadan, qondarma, saxta sənədlər tərtib etdirməklə məni tutduğum vəzifələrdən azad etməklə yetməyib, həm də universitetə girişimi də qadağan edib. Bu azmış kimi, heç bir elmi, insani səviyyəsi olmayan 3-5 nəfəri qabağa verərək, məni təhqir və təhdid etdirməkdən də çəkinmir. Bütün bunlarla bağlı bir ildir müxtəlif aidiyyatı dövlət qurumlarından, həmçinin məhkəmələrdən, hüquq-mühafizə orqanlarından həm pozulmuş hüquqlarımın bərpa edilməsini, həm barəmdə tərtib olunmuş qondarma sənədlərin araşdırılmasını xahiş və tələb etsəm də, təəssüf ki, nəinki təbir görülüb, heç mənə gərgüzarlıq xatirinə olsa da, cavab belə yazılmayıb. Belə yerdə bir məsəl yada düşür: “min bəndəyə yalvarmaqdansa, bir Allaha yalvarmaq daha yaxşıdır”. “Bir Allaha yalvarmaq” ümidimi Sizdə axtarıram. Ona görə də Sizə müraciət etmək məcburiyyətində qalmışam.

Çox hörmətli Mehriban xanım! “O insan öz hüququnu qoruya bilmirsə, yaşamaq hüququndan məhrum olmalıdır”. Hüququmun qorunmasını, bərpasını məhkəmələrdə axtarmışam. 35 hakimlə qarşılaşmışam. Ədaləti ədalətsizliyə satmalarının şahidi olmuşam.

Çox hörmətli Mehriban xanım! Gördüklərimi və qarşılaşdığım ədalətsizlikləri, indiyə qədər demədiklərimi Ulu Öndər Heydər Əliyevin mənə etdikləri yaxşılıqlara qurban vermişəm. Bundan istifadə edən Şəmsəddin Hacıyev indi məni Ulu Öndərin düşməni kimi qələmə verib, hörmətli Prezidentimiz İ.Əliyevə səhv informasiya verir. Açığı, onun yaxın ətrafının bu haqda dediklərini əvvəl ciddiyə almırdım. Amma dövlət qurumlarının laqeydliyini gördükdə, Ş.Hacıyevin yuxarıları yanlış informasiyalara inandırdığı haqda deyilənləri ciddi düşünməyə məcbur qalmışam.

Çox hörmətli Mehriban xanım! Verilən səhv və tamamilə yalan məlumatların əksinə olaraq, Ulu Öndər H.Əliyevin mənə etdiyi yaxşılıqlar əvəzedilməzdir, o, qəlbimdə yaşayır və ömrümün axırına kimi yaşayacaqdır. Çünki Ulu Öndər MTK sədri olan zaman məni üç il dalbadal xüsusi hal kimi xaricə gedən qrupa rəhbər təyin etmiş və xaricdəki fəaliyyətimdən razı qalmışdır. (sənədləri Milli Təhlükəsizlik Nazirliyinin arxivindən götürə bilərsiniz).

Moskvaya yüksək vəzifəyə dəvət olunduqdan sonra 20.06.1986-cı ildə ulu öndər H. Əliyevin Moskvada qəbuluna düşmək üçün onun yanına getdim. Ancaq xaricdə olduğuna görə düşə bilmədim. (Sənədi əlavə edirəm). 27 oktyabr 1978-ci ildə və ondan sonrakı illərdə ulu öndər H.Əliyevə məktubla müraciət etdim. Məni sonsuz yoxlamalardan xilas etdi və mənim fakültə dekanı olmağıma səbəb oldu. (Sənədi əlavə edirəm). 6 mart 1987-ci ildə rektorun 8 günlük icazəsi ilə Moskvada olduq. Ulu öndər H.Əliyev mənim 4-cü gün SSRİ Ali Sovetin sədri Qramıkonun qəbuluna düşməmə kömək etdi, ədalətin bərpa olub, məni həbsxanaya düşməkdən azad etdi. (Sənədi əlavə edirəm). İkinci dəfə hakimiyyətə gələn kimi prorektor və bir qədər sonra müşavir vəzifələri təsis etdirmiş və məni həmin vəzifələrə təyin etdirmişdir. (Sənədləri əlavə edirəm). İqtisad elmləri doktoru Aqil Əliyevi İqtisad Universitetinə rektor təyin edilməsi müraciətimə rəğmən, Ulu Öndər mənim rektor təyinatım üçün platformamı tələb etmişdir. Platformam xoşuna gəldiyindən çox hörmətli akademik Ramiz Mehdiyev və Fatma xanım Abdullazadəyə mənimlə söhbət aparıb, 3 günə rektor təyin olma haqqında əmrimin hazırlanması göstərişini vermişdir. (R.Mehdiyev və F. Abdullazadədən soruşa bilərsiniz). Rektor təyin olunmam baş tutmadıqda Cəlal Əliyevə narazılıq məktubumu göndərmişəm (əlavə edirəm). 2002-ci ildə Universitetin yubileyindəki tənqidi çıxışında “yazılanlarda həqiqət vardır”. O məsələ burada təlimatçı səviyyəsində həll oluna bilərdi» cümlələrini işlətməklə mənim haqlı olduğumu bir daha sübut etmişdir. (Qəzetdəki çıxışı ilə tanış ola bilərsiniz). Mən imkanım daxilində cüzi də olsa etdiklərimi əlavə edirəm. Mənə bu cür yaxşılıqlar edən və yaxşı münasibət bəsləyən ulu öndər H. Əliyev heç zaman məni tənqid etməyib, tam əksinə, mənə «afərin» qiymətini veribdir.

Çox hörmətli Mehriban xanım! Əminəm ki, prezident İlham Əliyevə müraciətlərimi hansısa səbəbdən çatdırılmır. Əgər 1987-ci ildə institutda oxuyanların 80%-nin bilik səviyyəsi 0 –a bərabər idisə, indi obyektiv (rüşvətsiz, xahişsiz) imtahan götürdükdə tələbələrin 98%-nin bilik səviyyəsi 0 olur.(Yoxlama komissiyasının arayışını və hal-hazırda 199 nəfərin imtahan sesiyasının nəticələrini əlavə edirəm).

Hörmətli Mehriban xanım! Möhtərəm Prezidentimiz İlham Əliyev, Sizin və akademik Ramiz Mehdiyev haqqında Ş.Hacıyevin rektora və millət vəkilinə yaraşmayan sözlərini yalnız Sizə deyə bilərəm. Xahiş edirəm məni qəbul edəsiniz.
Çox hörmətli Mehriban xanım! Mənə həmişə yardım əlini uzadan, həbsxanaya düşmək təhlükəsindən qurtaran, mənim fəaliyyətimi həmişə izləyən və yaxşı qiymət verən ulu öndər H.Əliyevin ruhuna and verib, Sizdən xahiş edirəm ki, məni qəbul edib, ədaləti bərpa edəsiniz.

Böyük hörmətlə:

İqtisad elmlər doktoru, professor, Dövlət mükafatı laureatı, Türk Dünyası Beynəlxalq araşdırmalar Akademiyasının akademiki, 8 guşəli qızıl ulduz medalına layiq görülən, Respublikanın “100 görkəmli alimləri”, Rrespublikanın iqtisadi inkişafında rolu olan “100 persona”, XXI əsrin görkəmli ziyalıları və s.i küliyyatlar siyahısına daxil olan, əlaçı təhsil işçisi, respublikada yeni elmi istiqamətin - Iqtisadi Kibernetikanın yaradıcısı və təşkilatçısı, Respublika və xarici dövlətlər üçün 60-dan çox elmlər namizədi və doktoru yetişdirən, 20 ildən çox Təhsil Nazirliyində “İqtisad” bölməsinə rəhbərlik edən, universitetdə rektordan başqa bütün vəzifələrdə çalışan, qabaqcıl əmək veteranı və i.a.

Bədirxan Sarı oğlu Musayev»









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Spero Hospital“da qalmaqal – Baş mühasib dava saldı
4-12-2024, 21:52
Zəngilan şəhərinə ilk köç başlayır: 600 min manatlıq tender - DETALLAR
4-12-2024, 21:42
Qərbin ən iyrənc ssenariləri: Cəsus şəbəkələrinin iştirakı ilə çızılır - AKTUAL
4-12-2024, 21:38
Bakı onu seçdi: İki mühüm coğrafiyaya “qapı” açılır – Qarabağ detalı
4-12-2024, 21:34
"O pulu sizə halal etmirəm" - Əməkdar artist
4-12-2024, 21:10
Həmidə Ömərovadan qalmaqallı xəbərə münasibət - "Mənim adımı niyə verirlər?"
4-12-2024, 21:08
“İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları...” - ŞƏRH
4-12-2024, 21:03
Azərbaycan NATO ilə imzaladığı əməkdaşlıq məsələlərinə ciddi yanaşır - RƏY
4-12-2024, 20:39
Bakını hədəfə aldı, özü “vuruldu”: 4 səhvə görə prezidentliyi itirəcək - GƏLİŞMƏ
4-12-2024, 20:36
Rüfət Səfərovun həbsinə nə səbəb olub? - TƏFƏRRÜAT
4-12-2024, 20:31
"Oğlumun qanını yerdə qoymayacağam" - Qətlə yetirilən şəxsin anası
4-12-2024, 20:04
Ermənistanın avantürist çıxışları: İrəliləyişlərin səbəbi... - Bakının konstruktiv yanaşmasıdır
4-12-2024, 20:02
Suriyadakı proses Ukraynada da təkrarlana bilər - Sərdar Cəlaloğlunun TƏHLİLİ
4-12-2024, 19:55
Məmurlar sosial şəbəkələrdən necə istifadə edirlər? – “Bu, onların vəzifə öhdəliyidir”
4-12-2024, 19:53
ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir - NƏ BAŞ VERİR?
4-12-2024, 19:30
"Ya oxumağını et, ya da kinoya çəkil..."
4-12-2024, 19:26
“Vətəndaş A”nın dron söhbəti yalan çıxdı - AÇIQLAMA
4-12-2024, 19:23
Rüfət Səfərova HÖKM OXUNDU - 4 aylıq HƏBS və...
4-12-2024, 19:20
Avropa Ukraynanı fəda etmək niyyətində deyil: - həm pul, həm silah, həm də sığınacaq
4-12-2024, 19:15
310 min manatlıq torpaq maxinasiyası... - Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi
4-12-2024, 19:09
Turan ideyasına qarşı yaradılan “gizli əl” - Yeni münaqişə başlaya bilər
4-12-2024, 19:04
Generalın şikayəti təmin edilmədi - QƏRAR
4-12-2024, 19:01
Ermənistan hakimiyyətinə Azərbaycanla müharibə lazım deyil - Paşinyan belə deyir...
4-12-2024, 18:59
Məşhurların adından istifadə edib jurnalist xanımı aldatdılar - ARAŞDIRMA
4-12-2024, 18:56
Bayden Administrasiyasının uğursuz planı: Niyə Səfərov? - Asif Nərimanlı yazır...
4-12-2024, 18:53
Rüfət Səfərova əlavə ittiham verildi: Məhkəmə gedir - TƏFƏRRÜAT
4-12-2024, 18:49
Əsas hədəf yeni “Minsk Qrupu planı”nı işə salmaqdır - Qərb Ermənistanın fəlakətində maraqlıdır
4-12-2024, 18:47
Ədliyyə naziri onu rəis TƏYİN ETDİ - ƏMR
4-12-2024, 14:51
“Ağadadaşı tutdular, 3-5 il verdilər, nə dəyişəcək?” - Şeyxdən xalq artistinin baltalı hücumunu yatıracaq sözlər
4-12-2024, 14:49
"Kənd yumurtası" bahalaşır, sənaye üsulu ilə istehsal olunanlar isə… - BELƏ DAVAM EDƏRSƏ...
4-12-2024, 13:53
Bu rəhbər şəxslərə şiddətli töhmət verildi - ADLAR
4-12-2024, 13:41
"Azpulmat" və "Manato" qaydaya əməl etmir... - Faizlər hələ də yüksəkdir
4-12-2024, 13:20
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib? - AÇIQLAMA
4-12-2024, 13:16
Rütte Kiyevi hələ səbrli olmağa çağırıb
4-12-2024, 13:07
“Vurulan” məmur və deputatların “sirli” vəzifəsi – Nazirliklərdə “ələkçinin qıl verəni” ştatı
4-12-2024, 13:04
Messi və komanda yoldaşları Bakıya gəlir - GÖRÜŞƏ BİLMƏK ÜÇÜN...
4-12-2024, 13:01
Qanunlar pozulur... aidiyyatı qurumlar görərsə... - BU DA FAKT!
4-12-2024, 12:59
Arabir yağış yağacağı gözlənilir - belə deyirlər...
4-12-2024, 12:57
Gəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsindən azad edilib - ƏMR
4-12-2024, 12:52
"Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan..." - Ekspert danışır...
4-12-2024, 12:48
Azərbaycanda vəzifəli şəxs intihar etdi - TƏFƏRRÜAT
4-12-2024, 12:44
8 min erməni mühasirəyə düşdü: deyirlər, türklərin… - Mesropyan
4-12-2024, 12:38
Tramp qubernatoru Pentaqonun rəhbəri vəzifəsinə təyin edə bilər
4-12-2024, 12:34
Röyal Sarıməmmədova verilən vaxt daralır - İLGİNC FAKTLAR
4-12-2024, 12:28
Qərbi Azərbaycana axır ki, türk vali təyin olundu - AÇIQLAMA
4-12-2024, 12:19
“Kristal Bakı İnşaat” təşkilati-hüquqi formasını dəyişir
4-12-2024, 12:16
Bazarda satılan məhsullar BAHALAŞACAQ – Yeni qərar qüvvəyə minir
4-12-2024, 11:58
Həbs edilən bələdiyyə sədri saxta sənədlər düzəldərək rüşvət alırmış - TƏFƏRRÜAT
4-12-2024, 11:56
Milli Məclisin iclası niyə LƏĞV OLUNDU? - ehtiyac qalmayıb
4-12-2024, 11:54
Şəbnəm QADAĞA QOYDU: - “Həddini bildirirəm”
4-12-2024, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru