
"AYGÜNLƏ BARIŞMAMIŞAM"
Xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibinin barışması ilə bağlı mətbuatda çıxan xəbərlər təsdiqini tapmayıb.
Axşam.az-ın məlumatına görə, Natavan “Plyus-Minus” verilişinə açıqlamasında bunun yalan olduğunu deyib:
“Kimləsə barışmaq mənlik deyil. Küsülü olduğum insan bunu istəyə bilər, amma əsas mənim barışıb-barışmayacağımdır. O ki qaldı sizin dediyiniz barışığa, bu, heç vaxt gerçəkləşməyib”.